ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif Almaniyada çıxan Şpigel qəzetinə verdiyi müsahibədə Almaniya, Britaniya və Fransadan ibarət üç Avropa ölkəsinin nüvə sazişində ixtilafların həlli mexanizmini işə salmaları ehtimalı barədə deyib: Avropalılar bu kimi mexanizmə əl atmaq üçün qanuni dəlillərə malik deyillər.
İran İslam Respublikası xarici işlər naziri həmçinin İranın Nüvə Silahlarının Yayılmasını Qadağan edən Müqavilədən(NPT) çıxmağa dair təhdidləri barədə isə deyib: İranın NPT-dən çıxması atom bombası düzəltmək demək deyildir ona görə ki, İran İslam Respublikası əxlaqi və etiqadi prinsiplərinə əsasən əsla atom bombası istehsal etmək ardınca deyil.
Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) Qüds qüvvələrinin komandanı General Leytenant Qasim Süleymaninin Amerika tərəfindən terror edilməsinə toxunaraq deyib: Amerika, Avropa və bütün beynəlxalq ictimaiyyət, İŞİD-in məhv edilməsində General Süleymaniyə borcludur.
..........
340