25 yanvar 2020 - 09:53
Tehran Vaşenqtonun Sərdar Qaanini terror edəcəyi təhdidlərinə cavab verdi

Seyyid Abbas Musəvi terrorçu rejimin belə bir açıqlama verməsini sərt tənqid edərək deyib: "Beynəlxalq aləm buna sərt reaksiya verməlidir. ABŞ-ın dövlət səviyyəsində terroru həyata keçirtməsinin əleyhinə çıxmalı və məhkum etməlidirlər. Əks təqdirdə bu cinayət tez ya gec digər dövlətlərin başlarına da gələcəkdir!"

Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ XİN-in sözçüsü Brayan Huk-un İran İslam İnqilabı Keşikçiləri Korpusunun- Sepahın Qüds Qüvvələrinin komandiri Sərdar İsmail Qaanini terror edəcəkləri barəsindəki təhdid edici çıxışına sərt cavab verib.

İİR XİN spikeri Seyyid Abbas Musəvi deyib: "Xarici İşlər Nazirliyinin açıqlaması Amerika Birləşmiş Ştatlarının dövlət səviyyəsində hədəfli şəkildə terroru həyata keçirtməsi üzərindən rəsmi sürətdə bütün pərdələri kənara çəkdi. Və öz terrorçu hədəflərini aşkar etdilər."

Seyyid Abbas Musəvi sözlərinə əlavə edərək deyib: "Hazırda ABŞ sionist rejimdən sonra ikinci rejimdir ki, dövlətin bütün imkanatlarından və silahlı qüvvələrdən terror aktlarını həyata keçirtmək üçün istifadə etdiyinə və gələcəkdə də edəcəklərinə rəsmi olaraq etiraf edir."

İran İslam Respublikasının Xarici İşlər Nazrliyi ABŞ rejiminin terrora üz tutmasını bu rejim rəsmilərinin zəiflik, acizlik və depresiyaya düşdüklərinin nişanəsi kimi qiymətləndirib. Seyyid Abbas Musəvi terrorçu rejimin belə bir açıqlama verməsini sərt tənqid edərək deyib: "Beynəlxalq aləm buna sərt reaksiya verməlidir. ABŞ-ın dövlət səviyyəsində terroru həyata keçirtməsinin əleyhinə çıxmalı və məhkum etməlidirlər. Əks təqdirdə bu cinayət tez ya gec digər dövlətlərin başlarına da gələcəkdir!"

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!