15 yanvar 2020 - 07:59
ABŞ konqresmeni Pompeonu tənqid edib

ABŞ konqresinin nümayəndələr palatasının beynəlxalq əlaqələr komitəsinin sədri bu ölkənin dövlət katibini general şəhid Soleymaninin terroru barədə izahat vermədiyinə görə, kəskin tənqid atəşinə tutub.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Eliot Engel bir açıqlamada ABŞ-ın dövlət katibi Mayk Pompeonun Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı general-leytenant pasdar Qasem Soleymaninin və silahdaşlarının terror edilməsi əməliyyatı barədə izahat vermək üçün bu komissiyanın iclasında iştirak etməmək qərarından təəssüf və məyusluq ifadə edib.

Tramp və Pompeo iddia ediblər ki, general Soleymaninin terror edilməsi qərarı onun Amerika səfirliklərinə qarşı hücumu planlaşdırdığına görə, çıxarıldı.

Amerikanın müdafiə naziri Mark Esper isə bazar günü bu iddianı rədd etdi və bildirdi ki, bu barədə heç bir məlumat və fakt mövcud deyildir.

.........
340