Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata görə, İngiltərə baş naziri Boris Consonla telefonla danışan Prezident Həsən Ruhani, Amerikanın İraqdakı bazalarına İİR tərəfindən raket hücumları edilməsini BMT-nin qaydalarına uyğun və qanuni bir özünümüdafiə hüququ olduğunu bildirib. Cənab prezident vurğulayıb ki, Amerika Birləşmiş Ştatları başqa bir səhvə yol verərsə daha təhlükəli cavab alacaqdır.
O, İngiltərə hökumətindən şəhid Marşal Qasim Süleymaniylə bağlı mövqeyini ciddi şəkildə nəzərdən keçirməsini tələb edərək bildirib: “General Süleymaninin səyləri olmasaydı, Londonda sabitlik və əmin-amanlıq olmazdı”.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani şəhid Marşal Süleymaninin bölgə xalqının dostu və terrorizmlə mübarizənin qəhrəmanı olduğunu bildirərək deyib: "ABŞ-ın terror fəaliyyəti bölgəni ciddi şəkildə təhdid edir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!