ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həzrət Ayətullahuluzma Xamenei dünən bu müraciətdə belə qeyd ediblər: Möhtərəm şəhid general-leytenant pasdar Qasem Soleymaninin pak cənazəsinin son mənzilə yola salınması mərasimində bir qrup iranlının həyatını itirməsi ilə bağlı acı və kədərli hadisə, eləcə də sərnişin təyyarəsinin qəzaya uğraması kimi müsibətli hadisə və iranlı və qeyri-iranlı sərnişinlərin həyatını itirməsi bu iki gündəki iki qəmli nöqtə idi.
Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə qəm içində olan ailələrin kədərilə ən səmimi şəkildə bölüşüb, təəssüf və narahatlıq ifadə edərək, Allah-Taaladan həyatlarını itirənlər üçün rəhmət və bağışlanma, onların ailələri üçün isə səbir və təmkinlilik diləyiblər.
İranın nazirlər kabineti də bu münasibətlə bir məlumatda bu günü ümumi matəm elan edib.
Çərşənbə axşamı günü Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymaninin cənazəsilə vida mərasimində böyük izdiham və sıxlıq nəticəsində mərasim iştirakçılarından bir qrupu həyatını itirdi və ya yaralandı.
Dünən səhər də Ukrayna hava yollarına məxsus bir ədəd sərnişin təyyarəsi Tehranın İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında qəzaya uğradı. Nəticədə 167 sərnişin və 9 ekipaj üzvü həyatını itirdi.
Təyyarənin əksər sərnişini İran vətəndaşı olub. Bu uçuşda digər miliyyətli sərnişinlər də olubdur.
Ukraynanın Tehrandakı səfirliyi bu hadisənin səbəbini texniki nasazlıq adlandırıb.
...........
340