Məlumatımıza görə, Gəncə şəhərindən olan hal şahidi müşahidə etdiyi səhnə ilə bağlı belə deyib: "Özüm şəxsən girmişəm İmamzadəyə, gördüm ki, İmam Hüseyn (əleyhi səlam) meydanında adının yazıldığı lövhə yoxdur. Soruşmuşam, mənə zibilliyi göstəriblər. Orda arxada, Qurbanlıqda qurbankəsmə mərasimi üçün yer var, onun arxası da zibillikdir. Həm minbəri, həm də "İmam Hüseyn (əleyhi səlam)" yazılan lövhəni ora atıblar..."
Şiəçiliklə qatı düşmənçilik prinsiblərinə söykənən Elmar Vəliyev Gəncənin "İmamzadə" ziyarətgahında yerləşən "İmam Hüseyn (əleyhi səlam)" meydanını bağlatdırıb. Və özünə çox böyük bir “cürət” verərək Şəhidlər Ağası, əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) nəvəsi və səhabəsi olan İmam Hüseyn (əleyhi səlam) həzrətlərinin adı yazılan lövhəni zibilliyə tullayıb.