Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işğalçı cühüd rejiminin baş naziri Benyamin Netanyahonun əliyevlər rejiminə etdiyi məlum “səfərinin” ardınca bu ölkədə əksəriyyətini (98%-ni) təşkil edən Müsəlman Şiələrə qarşı rejim məmurları tərəfindən ardıcıl şəkildə aqressiv addımlar atılır. Qanlı Nardaran “işi” ilə bağlı keçirilən qondarma məhkəmə prosesində Tale Bağırzadəyə ömürlük, və digər ŞƏRLƏNMİŞ mülki vətəndaşlara isə, 30, 20, 15 il məhbəs həyatı istənilməsi, Xanım Fatiməi Zəhra (səlamullahi əleyha) adına Məscid ərazisinin mənimsənilməsi prosesinin aparılması və Elmar Vəliyev Gəncədə İmam Hüseyn (əleyhis səlam) meydanına hücum edib İmam Hüseynin (əleyhis səlam) pak Adı yazılmış şüarı zibilliyə tullaması sadəcə İslama və Şiəçiliyə yönəlmiş geniş bir qara piarın ilkin hissələridir...
Məlumatımıza görə, Gəncə şəhərindən olan hal şahidi müşahidə etdiyi səhnə ilə bağlı belə deyib: "Özüm şəxsən girmişəm İmamzadəyə, gördüm ki, İmam Hüseyn (əleyhi səlam) meydanında adının yazıldığı lövhə yoxdur. Soruşmuşam, mənə zibilliyi göstəriblər. Orda arxada, Qurbanlıqda qurbankəsmə mərasimi üçün yer var, onun arxası da zibillikdir. Həm minbəri, həm də "İmam Hüseyn (əleyhi səlam)" yazılan lövhəni ora atıblar..."
İbni Ziyad ləqəbini qazanmış Elmar Vəliyevin belə bir addımı sosial şəbəkə istifadəçilərinin də qeyzinə səbəb olmuşdur. Belə ki, Azərbaycanın dəyərli mübariz Ruhaniləridən olan Tohid İbrahimli şəxsi səhifəsində “Elmar Vəliyevin intihara cəhdi...” adlı bəyanat yayımlayaraq bu rəzalətə etirazını bildirmişdir.
Bəyanatın tam mətnin saytımızın izləyicilərinə təqdim edirik:
“Elmar Vəliyev Gəncədə İmam Hüseynin (əleyhis səlam) meydanına hücum edib.
İmamzadədə olan minbərlə bir yerdə İmam Hüseyn (əleyhis səlamın) Ağanın mübarək adını meydandan qırıb, zibilliyə atıb.
Ümumiyyətlə tarix boyu hər kəs kimliliyindən aslı olmayaraq İmam Hüseynə (əleyhis səlam) qarşı rəftarına fikir verməyibsə o intihar kəndirini öz boynuna keçirtməli olub.
Hüseynlə (əleyhis səlam) düşmənçilik edən hər kəs öz canına və iqtidarina qəsd edib.
O, cılız, iki ayaqlı heyvan bunu qanmır ki, bu radikal hərəkətlər Müsəlman cəmiyyətini qeyrətləndirir, ona şücaət verir, yüzlərlə cahili dindar və yüzlərlə dindarı mücahid edir.
Açıq aşkar İmam Hüseynlə (əleyhis səlam) düşmənçilik xalqın gözünü açır, xalq düşməninin kim olduğunu tanıyır, yatmışları yuxudan oyadır...
Cılız hökmdarlar axmaqlıq nəticəsində bu hərəkətlərə əl atırlar. İmam Hüseyn (əleyhis səlam) məktəbini tanımayan bu səfehlər radikal qərarlar nəticəsində öz mövcudiyyətlərinə qəsd edib, intiharla həyat dəftərlərini bağlayıb, əbədi cəhənnəmə yola düşərək, tarixin zibilliyinə atılırlar.
Həqiqətən əbədi cəhənnəm, insaniyyət düşmənlərinin vəhşətli və dəhşətli ən qorxunc son mənzilidir.
Tohid İbrahimbayli"
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır