Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
şənbə

22 iyun 2019

08:21:37
953610

Açıq qalmış beynəlxalq Qaşıqçi cinayət işi

Qaşıqçının faciəli qətlindən doqquz aydan çox vaxtın keçdiyi bir halda BMT-nin xüsusi məruzəçisi ərəbistanın vəliəhdi Muhəmməd bin Salman daxil olmaqla bu ölkənin yüksək vəzifəli rəsmilərinin səudları tənqid edən bu jurnalistin qətlində əllərinin olmasından xəbər verir.

(ABNA24.com) Qaşıqçının faciəli qətlindən doqquz aydan çox vaxtın keçdiyi bir halda BMT-nin xüsusi məruzəçisi ərəbistanın vəliəhdi Muhəmməd bin Salman daxil olmaqla bu ölkənin yüksək vəzifəli rəsmilərinin səudları tənqid edən bu jurnalistin qətlində əllərinin olmasından xəbər verir.

Bir müddət sükutda qalan və qətl amilləri mühakimə edilməyən bu beynəlxalq cinayət işi 9 aydan sonra hələ də açıqdır. İndi BMT-dən verilən bir hesabat aşkar bir hekayətdən söz açır.

Bəlkə də xanım Kallamerd İstanbula təhqiqata gələrkən Camal Qaşıqçının qətlinin arxasında nələrin durduğunu bilirdi ki, indi faktlara istinad və edam dəstəsinin danışıqlarını dinləməklə həqiqətə çatmış olsun.

Müsahibə(qadın): Mötəbər sənədlərə çatmışıq ki, ərəbistanın yüksək vəzifəli şəxslərinin, o sıradan bu ölkənin vəliəhdi Muhəmməd Bin Salmanın Qaşıqçının qətlində əllərinin olduğunu sübut edir. BMT bin Salman və onun Qaşıqçının qətlindəki rolu ilə bağlı beynəlxalq təhqiqata başlamalıdır.

BMT-nin yüz səhifəlik hesabatı qətlin baş verdiyi ölkə üçün də mühümdür. “Qaşıqçı cinayəti” bir neçə ay sükutdan sonra yenə də Türkiyə medialarının əsas sərlövhəsinə çevrilibdir. Və dərhal Türkiyənin xarici işlər nazirinin twitter-dəki mesajı və prezidentin sözləri.

Müsahibə(qadın): BMT-nin hesabatı səudiyyənin Qaşıqçının qətlindəki rolunu təsdiq edir. Onlar bu cinayətin əvəzini ödəyəcəklər. Bu hesabatla dünyaya sübut oldu ki, səudların Türkiyəyə baxışları yanlış olubdur.

Camal Qaşıqçı sonuncu dəfə ötən ilin sentyabr-oktyabr aylarında öz ayağı üstə görünübdür.

Bəlkə də daha səudların Qaşıqçının övladlarına olan iqtisadi bağlamaları da dərdə çarə olmasın və BMT-nin hesabatı səud kralı və vəliəhdi üçün bir mesaj olmuş olsun ki, beynəlxalq bir cinayətdən bəraət qazanmaq bu asanlığa deyildir.




/129