Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabiəqidəli Xəlifə sülaləsinin muzdlu güc qüvvələri Ali məntəqəsinə yürüş edərək 22 Şiəni həbs ediblər.
Məlumata görə, vəhhabi güc strukturları həmçinin bir neçə qadın olmaqla 9 sivili dindirmək üçün daxili işlər nazirliyinə aparıblar.
Digər bir məlumata görə, Xəlifə sülaləsinin həbsxanalarında günahsız yerə saxlanılan Şiə qadınlardan bir qrupu onlara qarşı düzgün rəftar olunmadığına görə, aclıq aksiyası keçiriblər.
Qeyd edək ki, bu günlər Bəhreyndə vəziyyət daha da gərginləşib. Belə ki, qanunsuz hökümət tərəfindən Vəd İcmasının qadağan edilməsinin ardınca insanlar küçələrə axışaraq etirazlar etməyə başlayıblar. Hər bir yanda ara-sıra atışma səsləri gəlir. Vəhhabi güc strukturları insanlara qarşı odlu silahlardan, gözyaşardıcı zəhərli qazlardan istifadə edir.
Dqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır