Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Nur-Az.com
çərşənbə

7 iyun 2017

12:10:37
834913

Xəbərlər

BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını istəyir

Ali komissarın yaydığı bəyanatda vurğulayıb: “Bəhreyn dövlətindən istəyirəm ki, 23 may hadisəsi və bu hadisədə həlak olanlar barədə lazımı araşdırma aparsın, onun nəticələrinin açıq şəkildə yayılmasını və təqsirkarları cəzalandıracağını təzmin etsin”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT-nin insan haqları təşkilatlarından biri Bəhreyn hökumətindən bu ölkənin təhlükəsizlik qüvvələrinin etirazçılara hücumu barədə araşdırma aparmaq üçün icazə istəyib.

İordaniyalı doplomat və BMT-nin insan haqları ali komissarı şahzadə Zeyd ibn Rəd Hüseyn Bəhreyn təhlükəsizlik qüvvələrinin etirazçılara hücum edərək beş nəfəri qətlə yetirmələri barədə araşdırma aparılmasını istəyib. Komissar Bəhreyndə həbs edilən etirazçılar barədə də narahat olduğunu bildirib.

Ali komissarın yaydığı bəyanatda vurğulayıb: “Bəhreyn dövlətindən istəyirəm ki, 23 may hadisəsi və bu hadisədə həlak olanlar barədə lazımı araşdırma aparsın, onun nəticələrinin açıq şəkildə yayılmasını və təqsirkarları cəzalandıracağını təzmin etsin”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır