Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
cümə axşamı

9 mart 2017

04:24:46
816575

Bəhreyn Xəbərləri

Bəhreyn üləmaları Şeyx İsa Qasimə dəstək məqsədi ilə xalqı kütləvi etirazlara dəvət etdilər – Bəyanat!

Biz hamılıqla zülm və sitəmlər qarşısında, hüquqlarımıza olunan təcavüzlərə cavab olaraq ayağa qalxıb dinimizi, vətənimizi, izzət və kəramətimizi qoruyaraq tarixdə yeni bir parlaq səhifə açmalıyıq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn üləmaları bəyanat verərək bütün Bəhreyn xalqını 9 martdan 14 marta kimi genişmiqyaslı təzahüratlar keçirməyə dəvət etmiş və Şeyx İsa Qasimə dəstək olmaqlarını istəmişlər.

Bəyanatın mətni belədir:

 

Bismillahir Rəhmanir Rəhim

(De: Mənim sizə bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir qiyam edin, sonra da bir düşünün.) Səba sürəsi, Ayə 46.

 

Bu kəlam “Allah üçün iki-iki, bir-bir qiyam edin” Allah kəlamıdır. Bu ayə qələbə rəmzidir. Yenilməz Allah bunu Peyğəmbərlərinin, Övliyalarının və Saleh bəndələrinin dili ilə bizə çatdırıb.

Bilin ki, ölkə və insanları Allah üçün Qiyam etmədən və Allah yolunda Şəhidlər vermədən islah etmək mümkün deyildir.

Ey Haqq, Ədalət, İzzət, Kəramət, Din və Vətən carçısı! Ey izzətli xalqımızın övladları! Bu gün sizin günüzdür. İstəklərininzin həyata keçməsi üçün böyük bir fürsət əlinizə düşübdür. Elə isə Allah yolunda qiyam edin ki, İlahi rəhmət sizə də şamil olsun.

Biz, mömin, Allah Təbarəku Təalaya təvəkkül edən, Allahın verdiyi bütün vədlərinin həqiqət olduğuna inanan və iman gətirən xalqımızı dəvət edirik ki, 9 mart tarixindən etibarən 14 mart tarixinə kimi yəni Milli və Dini hüviyyətimiz olan Şeyx İsa Qasimin məhkəmədə mühakimə olunacaq günlərini kütləvi aksiyalar və təzahüratlar keçirtməklə, “Evlərimizə Qayıtmarıq!” – “Biz Ölərik Dönmərik!” şüarlarını verməklə tarixi bir hadisəyə çevirəsiniz.

Biz hamılıqla zülm və sitəmlər qarşısında, hüquqlarımıza olunan təcavüzlərə cavab olaraq ayağa qalxıb dinimizi, vətənimizi, izzət və kəramətimizi qoruyaraq tarixdə yeni bir parlaq səhifə açmalıyıq.

(Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah Bağışlayandır, Rəhm edəndir!) Nisa sürəsi, Ayə 100.

 

 

Bəhreyn Üləmaları

Hicri Qəməri tarixilə Cəmadiul Axər ayının 9-u, 1438-ci il.

Miladi tarixi ilə 8 mart, 2017-ci il.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır