Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəhreyn əl-Vifaq İslami Cəmiyyətin Katibi, Şeyx Əli Səlman, Bəhreyn İctimai Təhlükəsizlik Təşkilatın sədrləri Con Yeytis və Con Tiymuni-yə, Bəhreyn Xalqından üzür diləyib, öz xahişləri ilə tutduqları vəzifələrdən istefa verib, Bəhreyni tərk etmələrin tövsiyə edib.
Məhz, Təhlükəsizlik Təşkilatı amilləri tərəfindən iki Bəhreyn vətəndaşına qarşı törədilən cinayətlərin videosunun kütləvi informasiya vastələrində yayımından sonra Şeyx Əli Səlman onlara belə bir tövsiyə etmişdir.
Xatırladaq ki, beynəlxalq “Human Rights Watch” təşkilatı, dəfələrlə Bəhreyndə İnsan Haqqlarının kütləvi halda pozulmasın bildirsə də, lakin qeyd olinan xarici hərbi məsləhətçilər Bərheyn zindanlarında monitorinq keçirtdiklərini və yoxlanış zamanı hər hansı bir qanunsuzluqla üzləşməmiş və işkəncə verilmə faktı ilə bağlı heç bir sənəd tapa bilməmlərin elan etmişlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır