Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

30 avqust 2012

19:30:00
343068

Qoşulmama Hərəkatının 16-cı Samiti

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası katibinin QH liderlərinə müraciəti: Şiələrin haqqları uğrunda müdafiəyə qalxın!

Qoşulmama Hərəkatının 16-cı Sammitində iştirak edən bütün nümayəndələrdən aşağıdakı sadalananlara diqqət yetirməyi və bunları nəzərdən keçirdərəy təsdiqləyib davamlı səylərlə həll etmələrini istəyir/

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının baş katibi Höccətül İslam vəl Müslimin cənab Muhəmməd Həsən Əxtəri Tehranda keçirilən Qoşulmama Hərəkatının 16-cı Sammitində iştirak edən müxtəlif ölkələrin prezidentlərinə və dövlət nümayəndələrinə dünyada məzlum Şiələrin Haqqlarında müdafiəyə qalxmaqdan ötrü Müraciət edib.

Müraciətin tam mətnin saytımızın ziyarətçilərinə təqdim ediriy:

Bismillahir Rəhmanir Rəhim

Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası İran İslam Respublikasında Qoşulmama Hərəkatının 16-cı Sammitinin keçirilməsindən sevinc hissi düyaraq, konfransda iştirak edən QH-ya üzv olan ölkə başçılarına və ali məqamlı dövlət nümayəndələrinə xoş gəldiniz deyir və bu qiymətli və dəyərli Sammitdə, bütün iştirak edən müxtəlif ölkə başçılarına, ali məqamlı dövlət nümayəndələrinə çoxlu müvəffəqiyyətlər arzulayaraq, bu iclasın sülh və təhlükəsizliyin dünyada (xüsusi ilə də QH-ya üzv olan ölkələrdə) bərqəraq olmasından ötrü, dövlətlərin və millətlərin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynamasına ümüd edərəy, yoxsulluğu, ictimai ədalətin inkişafı, xeyrxahlıq və əməkdaşlığın çoxalması, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı əlaqələrin möhkəmləşməsi, beynəlxalq miqyasda zəiflərin, haqqları tapdanmışların və azlıqların haqqlarından müdafiə edərəy, onların dinlərarası əməkdaşlıq zəminində və xalqların bir-birinə yaxınlaşması üçün hüquqlarından himayət etmənizi arzulayır.

Hazırkı durumda dislokasiyaların, xalqların müqəddəslərinə hörmətsizliylərin, azlıqda olanların qətlə yetirilməsinin, məzlumların canına, malına və namuslarına qəsd edilməsinin şahidiyik. Bir neçə ay öncə bəzi ölkələrdə və dünyanın bəzi məntəqələrində Müsəlmanlara, xüsusi ilə də Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin davamçılarına qarşı edilən təcavüzlər nəticəsində günahsız insanlar qətlə yetirilmiş və müqəddəs məkanlar dağıdılmışdır. Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərindən xahiş ediriy, daşıdığınız mühüm məsuliyyətinizi nəzərə alaraq, bəşəriyyətə, dinlər və onların ardıcıllarına öz humanitar yardımlarınızı edərəy, mənfi hadisələrin baş verməsinin qaşısını almaqda effektiv və müvafiq addımlarınızı atasınız.

Bu məqsədlə dünyada yeganə Nonprofit (gəlirsiz) müaəssisə olan və dünya üzrə bütün Əhli-Beyt Məktəbinin davamçıları ilə sıx əlaqə saxlayan, Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası Qoşulmama Hərəkatının 16-cı Sammitində iştirak edən bütün nümayəndələrdən aşağıdakı sadalananlara diqqət yetirməyi və bunları nəzərdən keçirdərəy təsdiqləyib davamlı səylərlə həll etmələrini istəyir:

1. Bu ölkələrdə azlıq təşkil edən dinlərin, xüsusi ilə də Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin davamçılarının haqqları rəsmən tanınaraq hörmətlə yanaşılsın, və qanun baxımından himayət olunsunlar.

2. Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin davamçıları yaşadıqları ölkələrdə digər din və məzhəb ardıcılları olan vətəndaşlar kimi heç bir təzyiq görmədən azadcasına öz din və məzhəb ayinlərin həyata keçirdə bilsinlər və bu yöndə onlardan himayət olunsun.

3. Onların dini, məzhəbi ayin və mərasimlərindən himayət olunsun.

4. Qoşulmama Hərəkatına üzv ölkələr azlıq təşkil edən Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin davamçılarına qarşı hər hansı zülm edilməsinə yol verməməlidir.

5. Onların haqqlarına, canlarına, namus və mallarına təcavüz edən hər bir şəxs öz qeyriinsani cinayətinin cəzasın almalıdır. Bu yöndə bir sıra işlər görülməlidir ki, gələcəkdə bir daha belə cinayətlər baş verməməlidir.

6. Möhtərəm dövlətlər dini şəxsiyyətlərin, xalq arasında nüfuza malik olan elitanın mənəvi qüdrət və söz keçənliyindən istifadə edərəy ictimaiyyətdəki mövcud həyəcanı aradan qaldıraraq yenidən sabitliyi xalqlara qaytarsınlar.

7. Həmçinin Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hörmətli məsullarından bəzi siaysi şəxsiyyətlərin, din rəhbərliyini iddia edənlərin təhrikedici çıxışlarının, qətl törədib, can, namus, mala təcavüz edib, müqəddəs dini məkanları dağıdıb xalqlar arasında qarşıdurmaya səbəb olan hökümlərinin qarşısın alasını tələb ediriy.

Sonda Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası fürsəti qənimət bilərəy bir daha sizlərə işlərinizdə uğurlar arzulayıb müvəffəqiyyətlər əldə etmənizi diləyir və bu “xeyr işdə” (qarşı durmaların aradan qaldırılmasında) yardımçı olanlara səmimi təşəkkürümüzü bildiririy.

Hörmətlə

Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının baş katibi

Muhəmməd Həsən Əxtəri

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır