Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Haqq Yolu Fars Nyus-a istinadən
cümə axşamı

30 avqust 2012

19:30:00
342900

Qoşulmama Hərəkatının 16-cı Samiti

İİR prezidentinin xanımı Tehran sammitində iştirak edən ölkələrin birinci xanımları üçün şam yeməyi verib

Xanımı Əzəm Əs-Səadət Fərrah yaxın gələcəkdə Qoşulmama Hərəkatına üzv ölkələrin birinci xanımlarının xüsusi iclasının keçiriləcəyinə ümidvar olduğunu bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədi Nejadın həyat yoldaşı Qoşulmama Hərəkatında iştirak edən ölkələrin birinci xanımları üçün Tehranda şam yeməyi verib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Güzgülü zalında baş tutan şam yeməyində 29 ölkə başçısının həyat yoldaşı iştirak edib.

Qonaqları salamlayan İİR prezidentinin xanımı Əzəm Əs-Səadət Fərrah deyib: “Dünya mədəniyyətinin tərkib hissələri olan xoşbəxt cəmiyyət və davamlı sülhə nail olmaq, həmçinin, mənəvi dəyərləri qorumaq üçün həmrəylik və birgə səyə ehtiyac var. Davamlı sülh və sabitlik Qoşulmama Hərəkatına üzv ölkələrin qarşısında duran məqsəddir”.

Xanımı Əzəm Əs-Səadət Fərrah yaxın gələcəkdə Qoşulmama Hərəkatına üzv ölkələrin birinci xanımlarının xüsusi iclasının keçiriləcəyinə və tədbirdə qadın və gənclərin sosial fəallığının artırılması proqramının müzakirə olunacağına ümidvar olduğunu bildirib

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır