Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

30 avqust 2012

19:30:00
342632

Qoşulmama Hərəkatının 16-cı Samiti

İmam Xamenei: Suriya dövləti baş vermiş hadisələrdə məzlumdur

Vail Nadir əl-Həlqi:“Biz eyni zamanda terrorizimlə mübarizə apararaq ölkə siyasətlərində də islahatların və Milli Danışıqların aparılmasının tərəfdarıyıq.”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dünya Müsəlmanlarının Lideri həzrəti İmam Xamenei bu gün bir sıra dövlət başçıları və ali məqamlı heyət üzüvləri ilə görüş keçirtmişdir.

İmam Xamenei cənabları həmçinin bu gün Suriyanın Baş Naziri və Suriya dövlət heyətini də qəbul etmişdir.

Həzrəti Ayəyullah Seyyid Əli Xamenei görüşdə Suriyada baş verən ürəyağrıdıcı hadisələrin arxasında Amerika və sionist rejiminin dayandığın bildirərəy bütün məsuliyyətlərə də onların cavabdeh olmasını xatırlatmışdır.

İmam Xamenei cənabları ABŞ və müttəfiqlərinin Suriya məsələsinə dəxalət etməsinə işarə etdikdən sonra demişdir: “Qoşulmama Hərəkatının Suriya siyasəti və məsələlərinə dəxalət etmə haqqı ABŞ, NATO və bəzi qərb ölkələrindən qat-qat çoxdur.”

Dünya Müsəlmanlarının Lideri Suriyanın bu günkü vəziyyətin və ölkə camahatının qırılmasını qəbul edilməz bir məsələ olduğunu bildirərəy vurğulayıb: “Suriya hadisələrində əsas günahkar, bu ölkə daxilinə ardı kəsilməyən silahları göndərənlər və özündə heç bir məsulyyət hiss etməyən qruplara maliyə yardımları göstərənlərdir.”

Seyyid Əli Xamenei daha sonra Suriya dövlətinin hazırkı vəziyyətdə müxtəlif zülmlərə və təzyiqlərə məruz qaldığın bildirərəy deyib: “Suriya dövləti müxalifətçilərin və bəhanə ardıyca olan qruplarıan bütün bəhanələrin aradan aparmaqla yanaşı, ölkə daxilində də siyasi islahatlara davam etdirməlidir. Suriya rəsmiləri ölkədə baş verən hadisələrin həqiqi mahiyyətini və pərdə arxasında duranları müxtəlif Ərəb İctimaiyyətləri üçün ifşa edib məsələyə aydınlıq gətirməlidir.”

Görüşdə Suriya Baş Naziri Vail Nadir əl-Həlqi İran İslam Respublikasının tutduğu mövqeyindən təşəkkürünü bildirərəy, Suriya xalqının Prezidenti cənab Bəşşar Əsədin alqışlı salamların çatdırdıqdan sonra Suriya hadisələri barəsində hazırlanmış raportu cənab Seyyid Əli Xameneiyə təqdim etdi.

Cənab əl-Həlqi Qoşulmama Hərəkatının Suriya məsələsində daha da aktiv olamsının zəruriliyini vurğulayaraq bildirib: “Suriya dövləti ciddi olaraq terrorist qruplarla mübarizə aparıb, ölkənin müxtəlif məntəqələrini silahlı terrorçu dəstələrdən tamami ilə paklamaq niyyətindədir. Biz eyni zamanda terrorizimlə mübarizə apararaq ölkə siyasətlərində də islahatların və Milli Danışıqların aparılmasının tərəfdarıyıq.”

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır