Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

30 avqust 2012

19:30:00
342574

Qoşulmama Hərəkatının 16-cı Samiti

Tehran Zirvə Toplantısının ikinci günnün iclası başlanıb

Bu günə kimi 63 nəfər çıxış üçün ad yazdırmışdır. Lakin vaxtın azlığından təkcə 30 yaxın nümayəndə çıxış edə bilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qoşulmama Hərəkatına üzv ölkələrin liderləri üzrə 16-cı Sammiti bu gün 31 avqust 2012 tarixində səhər Tehran vaxtı ilə 10:00-da öz işinə davam edib.

Bu gün Zirvə Toplantısının sonuncu günüdür. Səhər işinə başlayan Sammit İran İslam Respublikasının prezidenti cənab Məhmud Əhmədi Nejadın çıxışı ilə baş tutub. Qoşulmama Hərəkatının 16-cı Sammitinin bu günkü iclasında dünyanın 120 ölkəsindən gəlmiş heyətlər və ali məqamlı nümayəndələr təmsil ediblər.

Bu günkü iclasda çıxış üçün adlarını təqdim edən bəzi ölkə prezidentləri və ölkəsin təmsil etdirən ali heyət başçıları, beynəlxalq səviyyəli lazımı məsələlər haqqında nəzərlərin bildiriblər.

Xtırladaq ki, bu günə kimi 63 nəfər çıxış üçün ad yazdırmışdır. Lakin vaxtın azlığından təkcə 30 yaxın nümayəndə çıxış edə bilib.

Qeyd edək ki, günortadan sonra Qoşulmama Hərəkatına üzv ölkələrin liderləri üzrə keçirilən 16-cı Sammitində ölkə liderləri və nümayəndələri çıxış etdikdən sonra Sammitin yekun mərasimi keçirilsin və Zirvə Toplantısının 701 bənddən ibarət bəyaniyəsi təsdiq ediləcəkdir.

Bildirək ki, Zirvə Toplantısının bəyaniyəsi artıq Hərəkatın Ekspertlər iclasında və Xarici İşlər Nazirləri üzrə Sammitində öz təsdiqin tapmışdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır