Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Kütləvi Xəbər Agentliyləri
çərşənbə axşamı

28 avqust 2012

19:30:00
341445

Qoşulmama Hərəkatının 16-cı Samiti

Pan Gi Mun: “İİR böyük tarixi və mədəniyət sivlizasiyasına malikdir”

Pan Gi Mun: “İran İslam Respublikası regional böhranların həllində mühüm vasitəçilik rolunu oynaya bilər”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Republikasında işgüzar səfərdə olan BMT baş katibi Pan Gi Mun Tehranın “Mehrabad” hava limanında jurnalistlərə açıqlamasında deyib: “İran İslam Respublikası regional böhranların həllində mühüm vasitəçilik rolunu oynaya bilər”

 Belə bir mötəbər tədbirə dəvət edildiyi üçün İran İslam Respublikasına təşəkkür edən P.G. Mun bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısının Tehranda keçirilməsi mühüm əhəmiyyət daşıyır.

O, bildirib: “Ümid edirəm ki, İran İslam Respublikasının yüksək səviyyəli rəsmiləri ilə konstruktiv müzakirələr edəcəyik. Daha çox da İİR mədəniyyəti və tarixini öyrənmək istəyirəm”.

Qeyd edək ki, BMT baş katibini hava limanında İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai, səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi və Tehran valisi Mürtəza Təməddün qarşılayıb. Onun bugünkü proqramında İİR-nın İslam Şurası Məclisinin spikeri Əli Laricani və İİR Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşlər var.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır