Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA “Mehr”-ə istinadən
çərşənbə axşamı

28 avqust 2012

19:30:00
341426

Qoşulmama Hərəkatının 16-cı Samiti

Əli Əkbər Salehi: “Pan Gi Mun İİR-ın nüvə obyektlərinə baş çəkə bilər”

Nazir prezident Mahmud Əhmədinejadın bu barədə təlimat verdiyini də açıqlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi deyib: “BMT baş katibi Pan Gi Mun istədiyi təqdirdə, İranın nüvə obyektlərinə baş çəkə bilər”.

O bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak edəcək dünya liderləri İsfahan, Təbriz, Şiraz şəhərlərinə səfər etməklə yanaşı, İslam Respublikasının sənaye müəssisələrinə, fabriklərinə, elm və araşdırma mərkəzlərinə də baş çəkə biləcəklər.

Nazir prezident Mahmud Əhmədinejadın bu barədə təlimat verdiyini də açıqlayıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən 2 günlük XVI zirvə toplantısı sabah Tehranda başlayacaq.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır