Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

28 avqust 2012

19:30:00
341402

Qoşulmama Hərəkatının 16-cı Samiti

Fələstinin Tehran Səfiri: “İİR-ın tərəqqisi İslam Dünyasının tərəqqisidir”

əl-Zəvavi: “İslam Ölkəsinin tərəqqisi bütün İslam Aləminə aiddir və mən bir müsəlman olaraq bu naliyyətlərə görə çox xoş halam”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fələstin Dövlətinin Tehrandakı səfiri cənab Səlah əl-Zəvavi Qoşulmama Hərəkatının 16-cı iclasında jurnalistlərə verdiyi müsahibəsində İslam Respublikasının Qoşulmama Hərəkatına başçılıq etdiyi və Zirvə Toplantısında Fələstin məsələsini laiqincə qaldırılmasına görə, başda Dünya Müsəlmanlarının Lideri İmam Xamenei cənablarına, İİR prezidentinə, İİR-ın bütün məsullarına və İran Xalqına öz təşəkkürünü bildirərəy deyib: “Fələstinin Qoşulmama Hərəkatı üçün böyük əhəmiyyət kəsb etməsini nəzərə alaraq iclasın yekun layihəsinin bir hissəsi Fələstin Probleminin çözülməsinə aid edilmişdir.”

O, daha sonra Qoşulmama Hərəkatına üzv olan ölkə nümayəndələrinə müraciət edərəy deyib: “Mən Zirvə Toplantısında iştirak edən qonaqlardan İran İslam Respublikasının müxtəlif bölgələrinə səfər edib İİR-ın elm və sənət sahəsində əldə etdiyi tərəqqinin şahidi olmasını istəyirəm.”

əl-Zəvavi daha sonra təkid edərəy deyib: “İran İslam Respublikasının əldə etdiyi naliyyətlər təkcə bu ölkəyə aid deyildir. İran İslam Ölkəsinin tərəqqisi bütün İslam Aləminə aiddir. Və mən bir müsəlman olaraq bu naliyyətlərə görə çox xoş halam”.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır