Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Ruhanilər Org
çərşənbə axşamı

17 aprel 2012

19:30:00
309587

Müsəlman Ölkəsini Yəhudiləşdirənlər

“Evrovision gəlir” Sən susursan?!

“Eurovision varlığımıza qarşı!”keçirilən müsabiqəyə göndərilmiş məqalə

Sən susursan

(mənsur şeir)

Bir yaranı bağlamamış, dərdlərinə doya-doya ağlamamış yeni bir dərd tapır səni, bir şiş çıxır düz alnının ortasına. Rəngi qara. Qarasına alnıvın da bəyazlığı batır, gedir. Avroviziya adlanan bəd xassəli bir şiş ilə dəyərlərin səni bir-bir atır, gedir. Bir yataqda sən kimsəsiz, xəstə, yorğun inləyirsən. Alnındakı şiş böyüyür gündən-günə və üzüvün paklığına sən o şişin kölgəsini salmağını izləyirsən. Səssiz-səssiz gözləyirsən. Sevinirsən, öyünürsən. Çiban boyda xəstəliyə alnımdakı dağ deyirsən. Ey avropa, bugünəcən tanımayıb görməmisən, bu dağ ilə məni tanı, say deyirsən. Sıxıb – sıxıb o çibanı, irinini axıdaraq avropanı ürəyimə yay deyirsən. Sən bilmirsən. Bu şiş səni yavaş-yavaş bitirəcək, yavaş -yavaş titrədəcək, yavaş-yavaş qızdıracaq, işıqlardan, səsdən-küydən, əyləncədən dönəcəkdir başın, sən də yıxılacaq, dağılacaq, sən olmaqdan çıxacaqsan. Bir bədəndə iki həyat yaşayanlar ağzın üstə gəzişəcək. Sən susarsan, unudarsan neft kəməri kimi uzun dillərini. Unudarsan muğam kimi, kaman kimi, saz, tar kimi səslərini. Dillərini səslərinin biləyinə büküb-büküb, qandallayıb susacaqsan. Sən dinəndə sən olursan. Əvəzindən dinəcəklər və susduqca sən olmaqdan çıxacaqsan. Tarixinə özgə əllər uzanacaq. Əllərini mənliyinə, dəyərinə, neçə-neçə yerlərinə uzadarlar. Keçmişini qurcalayıb, bu gününü parçalayıb, bir kristal zal qayırıb, gələcəyi bunlar üstə quracaqlar. Bir tərəfdə Qarabağın dura-dura bu mövzular üzərində duracaqlar. Light your fire deyə-deyə torpağını yandıracaq, yaxacaqlar. Bir müddət də bunlar ilə qatacaqlar başını sən susacaqsan və susduqca sən olmaqdan çıxacaqsan. Tədbir-tədbir, iclas-iclas, yavaş-yavaş zamanını alacaqlar. Bu məkandan o məkana çəkə-çəkə yoracaqlar, tikə-tikə udacaqlar. Yeyib səni taxıl-taxıl, meyvə-meyvə, üstündən də içib nefti boru-boru, kəmər-kəmər sümüyünü və dərini qoyacaqlar. Sən yenə də susacaqsan… və susduqca sən olmaqdan çıxacaqsan.

Başın üstə dalğalanan bayrağa bax, Azərbaycan. Ulduzuna, ayına bax, rənginə bax, Azərbaycan. Qırmızısı damla-damla şəhid qanı olub axır gözümüzə. Yaşıl rəngi İslam deyib tərs-tərs baxır üzümüzə. Göy rəngini yaradanda Türk demişik özümüzə, kökümüzə. Görünməkçün, bilinməkçün səbəb gəzmə, Azərbaycan. Bunun üçün sənin saysız səbəbin var. Gələcəyə gedən yolda zəfərin var, Qarabağa səfərin var. Mənəviyyat ətri gələn nəfəsin var. Bir Xocalı faciəsi yük olubdur, asılıbdır qisasından. Sənin hələ oynamağa, oxumağa həvəsin var? Sən susursan…

 

Lalə Quliyeva

[email protected]

“Eurovision varlığımıza qarşı!”keçirilən müsabiqəyə göndərilmiş məqalə.

MÜSABİQƏ DAVAM EDİR!

 

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu “Eurovision varlığımıza qarşı!” devizi altında ədəbi müsabiqə keçirir. Müsabiqəyə Eurovisionun təxribatçı mahiyyətini açan məqalələr, köşə yazıları, şeirlər qəbul edilir. Müsabiqəyə 1 may, 2012-ci il tarixində yekun vuralacaq. 7 may, 2012-ci il tarixində müsabiqənin qalibləri elan olunacaq və mükafatlar təqdim ediləcək. Müqəddəs Qum şəhərində institutun ofisində mükafatlandırma mərasimində iştirak edə bilməyən qaliblərin mükafatları göstərdikləri ünvana göndəriləcək.

Mükafatlar:

1-ci yer 1000 AZN

2-ci yer 700 AZN

3-cü yer 500 AZN

4-10-cu yerlər qiymətli mükafatlar

 

“Eurovision varlığımıza qarşı!”

müsabiqəsinin təşkilat komitəsi

Əlaqə üçün: [email protected]

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır