Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

14 yanvar 2024

12:55:00
1429325

Hollandiyada yəhudi ekstrimistləri dünyanın diqqətini Qəzzadan yayındırmaq üçün Qurani-Kərimi təhqir edib - Video

Bir qrup hollandiyalı isə cühüd ekstrimistlərinin Qurani-Kərimi təhqir etməsinə mane olmağa çalışsa da, təhlükəsizlik qüvvələri işə qarışaraq hollandiyalıları dağıtmağa başlayıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Hollandiyada Qurani-Kərimin təhqir olunması insanlarla polis arasında toqquşmalara səhnə olub.

Belə ki, Hollandiya polisi tərəfindən qorunan yəhudi ekstremisti Arnhem şəhərinin mərkəzində Quranı yandırmağa cəhd edib.

Bir qrup hollandiyalı isə cühüd ekstrimistlərinin Qurani-Kərimi təhqir etməsinə mane olmağa çalışsa da, təhlükəsizlik qüvvələri işə qarışaraq hollandiyalıları dağıtmağa başlayıb. Bu qarşıdurma zamanı bir neçə hollandiyalı həbs edilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!