Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

16 oktyabr 2023

10:50:00
1401704

İşğalçı İsrailin Qəzzaya qurudan hücum təhlükəsinə Surayya Əl-Qüdsdən təpki: Cəhənnəmə xoş gəlmişsiniz!

Əbu Həmzə uşaq öldürən sionist rejim hərbiçilərinə xitab edib: Biz sizi işğal etdiyiniz torpaqların dərinliklərində (evlərinizin içində) məğlub etdik, öz ayağınızla üstümüzə gəlməyə necə cürət edirsiz. Biz sizin üçün, siz yaşamağı və dünyanı sevdiyiniz kimi Allah yolunda cihad etməyi sevən Kişilər hazırlamışıq. Beləliklə, cəhənnəmə xoş gəlmişsiniz!

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İşğalçı rejimin Qəzza zolağına quru hücumu ilə bağlı təhdidlərinə cavab olaraq, Saraya əl-Qüdsun (İslami Cihadın hərbi qolu) rəsmi sözçüsü Əbu Həmzə dünən axşam audio faylında bildirib: “Müqavimət əzmlə mübarizəsini davam etdirir və İsrail düşməninin heç bir hərəkəti müqavimətin iradə və əzmini zəiflətməyib.”

Sionist rejimin Qəzzəyə qurudan hücum təhdidlərinə gəlincə, o, Müqavimət Qüvvələrinin Qəzzə zolağına hücuma hazırlaşan işğalçı rejim qüvvələri üçün cəhənnəm hazırladığını elan edib.

Müqavimət döyüşçüləri hər gün işğalçı rejimin ordusuna qarşı stabil müqavimətin ən heyrətamiz dastanlarını yaşadırlar. Düşmənin cinayətləri və təkəbbürü qarşısında Müqavimət möhkəmdir və qalib gəlməkdən başqa çarəsi yoxdur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!