Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

16 oktyabr 2023

10:30:00
1401694

Nücabənin baş katibi: Fələstin müqavimətini bütün silahlarımız və şəxsi heyətimizlə dəstəkləyirik/ Könüllü istişhadçıalr Qəzzaya getməyə hazırdır

Nucaba hərəkatı Fələstin müqavimətinə maksimum dəstək verməyə tam hazır olduğunu elan edərək qeyd edib: Bağladığımız pakta görə, biz sizə sıfırdan yüzə qədər silah, canlı qüvvə və imkanlarla dəstək verir, uyğun gördüyünüz hər cür yardıma hazırıq.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Nücəbə İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəabi HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Haniyə ilə telefon danışığında “Əqsa tufanı”nın qalibiyyətli əməliyyatını təbrik edib və deyib:

“Siz bu böyük qələbəniz və düşmənə verdiyiniz təəccüblü və ağır zərbəniz ilə İslam ümmətinin və bütün dünyanın ruhlandırıcı mənbəyi oldunuz.

Bizim üçün bu sürpriz “Adiyat” surəsini xatırladırdı ki, Allah-taala kafirləri təəccübləndirərək müsəlmanların böyük fəthi ilə bağlı tam bir surə nazil etdi...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!