Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Fars Xəbər Agentliyinin xəbərinə görə, Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Ermənistan parlamentində "Roma Statusu"nun təsdiqlənməsinə reaksiya verib və bunu yanlış qərar adlandırıb.
Ermənistan parlamentinin bugünkü iclasında əksəriyyəti hakim “Vətəndaş sazişi” partiyasından olan ümumilikdə 60 deputat bu müqavilənin ratifikasiyasına, 22 deputat isə əleyhinə səs verib. Bu qanun layihəsinin qüvvəyə minməsi üçün Ermənistan prezidenti tərəfindən təsdiq edilməsi lazımdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!