Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Son xəbərlərə görə, böyük ehtimala
qarşı, Xankəndi və ya Stepanakert 2025-ci ilədək Rusiyanın nəzarəti altında
qalacaq.
Azərbaycan ictimai-iqtisadi təklif paketini təqdim edəcək və Xankəndinin idarəsi rusların nəzarəti altında olacaq. Xankəndi çıxılmaq şərti ilə ətraf ərazilər Bakının nəzarəti altına keçəcək.
Silahlı qruplar tərkisilah olunacaqlar. İnsanlar bu müddətdə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edə bilərlər.
Bu qərar azərilərlə ermənilər arasında çəkişmə və toqquşmalardan olan nigarançılığa görə, qəbul edilib.
Azərbaycanda sosial media istifadəçilərinin əksər hissəsi bu məsələyə mənfi reaksiya göstərib. Onlar məsələyə məyusluqla baxırlar. Onların qənaətincə, bu qərarla, azəri əsgərlərin qanları yerdə qalacaq və İlham Əliyev Rusiya qarşısında lazımi ləyaqətə malik deyildir.
Belə bir halda, Ermənistanda Paşinyana qarşı etirazlar davam edir. Bəzi etirazçılar bildiriblər ki, Paşinyanın istefasınadək etirazları davam etdirəcəklər. Etirazlar hökumətin ermənilərin müdafiəsi sahəsindəki tədbirlərinin yetərsiz olmasına görədir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!