21 sentyabr 2023 - 12:35
Yəmən silahlı qüvvələri, İnqilabın 9-cu il dönümü münasibətilə Sanada möhtəşəm parad keçiriblər –Video

Mərasimdə hərbi donanmaya yeni daxil olan qabaqcıl, strateji və yeni silahların təqdimatı keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA:   Əl-Məyadin telekanalı 21 sentyabr inqilabının 9-cu ildönümü münasibətilə Yəmən silahlı qüvvələrinin Sənada keçirdiyi böyük hərbi paradın görüntülərini dərc edib.

Bu parad, 21 sentyabr 2014-cü il inqilabın qələbəsindən sonra Əl-Səbain meydanında keçirilən ən böyük paraddır.

Bu möhtəşəm paradda Yəmən ordusunun və silahlı qüvvələrinin müxtəlif bölmələri, ABŞ və Səudiyyə rejiminin təcavüzünə qarşı döyüşdə iştirak edən veteranları iştirak ediblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!