Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

20 sentyabr 2023

14:35:00
1394682

Qarabağda atəşkəs razılaşması elan edilib

Qarabağda yaşayan ermənilərin Azərbaycanın şərtlərini qəbul etməsi ilə Bakının bu bölgədəki hərbi əməliyyatı başa çatdı.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Qarabağ bölgəsində yerləşən erməni silahlı qüvvələri silahlarını yerə qoyub, döyüş mövqelərini və hərbi postlarını tərk edərək, tamamilə tərksilah edəcəklərini bəyan ediblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyri-rəsmi xəbərlərə görə, Dağlıq Qarabağ nümayəndələri ilə Azərbaycan hökuməti arasında bu regionun inteqrasiyası üçün danışıqlar sabah, cümə axşamı Azərbaycanın Yevlax rayonunda keçiriləcək.

Qarabağda dünənki razılaşdırılmış müharibədən sonra atəşkəs haqqında sazişin tam mətni belədir:

1. 2023-cü il sentyabrın 20-də Dağlıq Qarabağda saat 13:00-dan etibarən atəşin tam dayandırılması barədə əvvəlcədən müəyyən edilmiş razılıq əldə olunub.

2. Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qüvvələrinin Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazidən çıxarılması və silahlı təşkilat olan “Dağlıq Qarabağ Müdafiə Ordusunun” ləğvi və tam tərksilah edilməsi haqqında razılıq əldə edilib. Onların ağır texnika və silahlarının Dağlıq Qarabağ ərazisindən çıxarılması da razılaşdırılıb.

3. Azərbaycan tərəfinin qaldırdığı Dağlıq Qarabağ ermənilərinin reinteqrasiyası, hüquqları və təhlükəsizliyi ilə bağlı məsələləri, həmçinin, Azərbaycan Konstitusiyası çərçivəsində Dağlıq Qarabağ əhalisinin dolanışıq təminatı məsələləri, müqavilə əsasında yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hökumətinin nümayəndələri arasında keçiriləcək görüşdə müzakirə olunacaq.

Görüş sentyabrın 21-də keçiriləcək. Növbəti görüşlər də Yevlax şəhərində baş tutacaq.

Qeyd edək ki, dünəndən Qarabağ bölgəsində toqquşmalar Azərbaycan hərbi qüvvələrinin hava hücumu ilə başlayıb. Bakı bu addımı 2020-ci ildə atəşkəs razılaşmasının yerinə yetirilməməsi və həmçinin mina partlaması nəticəsində bu ölkənin 7 polisinin həlak olması ilə əlaqələndirib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!