Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

13 sentyabr 2023

08:40:00
1393366

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri: İranla bütün sahələrdə əlaqələrimiz güclü olacaq!

Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri ölkəsinin İran İslam Respublikası ilə əlaqələrində yeni fəslin başlamasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Bu əlaqələr ticarət, iqtisadiyyat və investisiyalar daxil olmaqla bütün sahələrdə güclü olacaq.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ötən axşam Çin Xalq Respublikasının Tehrandakı səfirliyində Çin Xalq Cümhuriyyətinin yaranmasının 74-cü ildönümü mərasimində iştirak edən Abdullah bin Səud Əl-Anzi mərasimin kənarında İRNA-nın xarici xəbər müxbiri ilə müsahibədə deyib: “Əlhəmdülillah, Səudiyyə Ərəbistanı Krallığı ilə İran İslam Respublikası arasında əlaqələr bərpa olunub. Bu münasibətlər konstruktiv, möhkəm və ümumi maraqlara, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanacaq.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!