Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
çərşənbə

13 sentyabr 2023

07:30:00
1393332

İran və Azərbaycan Respublikası hərbi-müdafiə həmkarlığı sənədi imzalayıblar

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini- general-mayor Məhəmməd Əhədi İran və Azərbaycan Respublikası arasında birgə hərbi-müdafiə əməkdaşlıqları komissiyasının üçüncü iclasının keçirilməsi istiqamətində yüksək rütbəli hərbi nümayəndə heyəti ilə Bakıya səfər edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi-müdafiə həmkarlığı sənədi 11 Sentyabr tarixində iki ölkənin hərbi rəsmiləri arasında imzalanıb.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini Azərbaycan Respublikasının müdafiə naziri- general-polkovnik Zakir Həsənov, bu ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə görüşüb və onlarla hərbi-müdafiə sahələri xüsusiyyət təşkil etməklə ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, habelə bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!