Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

29 avqust 2023

08:30:00
1389831

Əmir Abdullahian: Ərbəin yürüşü dünyada ədalət uğrunda sonsuz mübarizənin simvoludur

İİR Xarici İşlər Naziri bəyan edib ki, Ərbəin ziyarəti həmrəyliyin təzahürü və azad insanlar və azadlıq axtaranların görüş yeridir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İİR Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Bağdadın “Əz-Zora” qəzetində Ərbəinlə bağlı məqaləsində yazıb:

  İmam Hüseynin (əleyhissalam) Ərbəin yürüşü bəşər cəmiyyətinin ən böyük toplantısıdır və dünyanın hər yerindən, müxtəlif millətlərdən, rənglərdən və dillərdən olan milyonlarla müsəlman və qeyri-müsəlmanın hər il iştirak etdiyi böyük, orijinal və fundamental bir hərəkatdır. Ərbəin Hüseyni ədalətsizliyə, azadlıqlara qarşı çıxanlara mübarizənin simvolu və dünyada ədalət uğrunda sonsuz mübarizənin nümunəsidir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!