Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
çərşənbə axşamı

8 avqust 2023

14:30:00
1385588

Qərbin ikili standartlarının növbəti təzahürü

Qərb dövlətləri və qurumları o sıradan Fransa rəsmi Bakını sərhəddi açmağa və İrəvandan göndərilən yuk maşınlarını qeyd-şərtsiz olaraq Xankəndiyə buraxmağa çağırırlar.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ermənistanın Azərbaycan sərhəddinə humanitar yardım olduğunu bildirərək bir neçə yük maşını göndərməsi və Azərbaycan Respublikasının həmin yuk maşınlarının Laçın-sərhəd-buraxılış məntəqəsindən keməsinə icazə verməməsi qərb dövlətlərini narahat edib.

Qərb dövlətləri və qurumları o sıradan Fransa rəsmi Bakını sərhəddi açmağa və İrəvandan göndərilən yuk maşınlarını qeyd-şərtsiz olaraq Xankəndiyə buraxmağa çağırırlar.

Həmin dövlətlər və qurumlar 2014-cü ildə Rusiyadan Donetsk və Luqanska humanitar yük daşımasına qarşı çıxaraq bunu Ukraynanın suverinliyi və ərazi bütövlüyünə hörmətsizlik və işğal faktı kimi qiymətləndirdilər.

Siyasi elmlər doktoru Sabir Məmmədli Report.az-a verdiyi açıqlamada bunu ikili standartların növbəti təzahürü hesab edib:

“Qərb dövlətlərinin, xüsusilə Fransanın bir vaxtlar dediyini indi “unutması”, bu azmış kimi əks mövqe sərgiləməsi ikili standartların növbəti təzahürüdür”,- Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan Qərb dövlətlərinin bu cür qeyri-adekvat münasibətilə əvvəllər də rastlaşıb:

“Bu, göstərir ki, onlar baş verən proseslərə ancaq öz maraqları konteksindən yanaşırlar. Bunun üçün hətta lazım gələndə beynəlxalq hüququn tələblərini də görməzdən gələ bilirlər”.

S.Məmmədli xatırladıb ki, Ermənistan Azərbaycanla Naxçıvan arasındakı quru yolu 30 ildir blokadada saxlayır:

“Niyə Qərb dövlətləri bu barədə bir söz demir? Laçın yolu Azərbaycan ərazisidir. Deməli, yalnız bizim razılığımız olandan sonra ərazidən hansısa yüklər daşına bilər.”- Ekspert bildirib.

Qeyd edək ki, 2014-cü ildə Rusiyadan Donetsk və Luqanska humanitar yük daşınırdı. O zaman ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer vurğulamışdı ki, ölkəsi Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcək. ATƏT-in sədri olmuş Didye Burkhalter isə söyləyib ki, humanitar yardım Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmalıdır. Kanadalılar həmçinin qeyd ediblər ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadığını bir daha nümayiş etdirir.

İndi isə Azərbaycandan Laçın yoluna hərhansı nəzarətdən vaz keçməsi tələb olunub.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!