Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

8 avqust 2023

13:30:00
1385578

İİR XİN və baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavininin nümayəndə heyəti Bakıya gəlib

Qəbul zamanı cari il yanvarın 27-də Əliyevlər rejiminin Tehrandakı səfirliyinə qarşı öncədən planlaşdırılmış silahlı insidet ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikası Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin Bakıya işgüzar səfəri başlayıb.

Qəbul zamanı cari il yanvarın 27-də Əliyevlər rejiminin Tehrandakı səfirliyinə qarşı öncədən planlaşdırılmış silahlı insidet ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu silahlı insidentin törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!