Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
bazar ertəsi

7 avqust 2023

09:55:00
1385403

Qırxdan çox ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə iki gün müddətinə keçirilən Ukraynada sülh üzrə Ciddə konfransı dünən sona çatıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Kopenhagen konfransının davamında Ciddə konfransı keçirilib.

Ukraynanın yüksək vəzifəli rəsmiləri bir neçə ölkənin və beynəlxalq orqanın nümayəndələrilə yanaşı, konfransda iştirak ediblər.

Qırxdan çox ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə iki gün müddətinə keçirilən Ukraynada sülh üzrə Ciddə konfransı dünən sona çatıb.

Konfransın yekun bəyanatında deyilir ki: Ukraynada sülh üzrə Ciddə müzakirələri sülhün bərqərarı istiqamətində birgə zəminin yaradılmasına böyük köməklik göstərdi.

Bəyanatda əlavə olunur ki: Konfrans iştirakçıları Ukrayna böhranının həlli istiqamətindəki məşvərətlərin davamına, həmçinin konfransda irəli sürülən fikirlərdən istifadəyə təkid ediblər.

Bəyanat qeyd edibdir ki, Ciddə konfransında müsbət və müxtəlif fikir və baxışlar nəzərdən keçirilib.

Konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları dünən öz müzakirələrini başa çatdırsalar da, Ukrayna böhranı ilə bağlı həmkarlıq və koordinasiya məqsədilə texniki müzakirələr davam etdirilib.

Digər tərəfdən, Ciddə müzakirələrini yaxşı və faydalı adlandıran Almaniya xarici işlər naziri Annalena Berbok bildiribdir ki, ədalətli sülhün reallaşması istiqamətində atılacaq hər hansı addım, Ukrayna xalqının xeyrinə olacaq.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!