Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

13 iyul 2023

10:20:00
1379176

Mübahlə Bayramı; İslamın həqiqiliyinə, Şiəliyin və Əhli Beyt (ə) Məktəbinin Haqq olduğuna dair danılmaz bir sənəd

Mübahilə Hadisəsinin əzəməti onu İslam tarixində ən qalıcı hadisələrdən biri kimi yerləşdirmiş, lakin bu Əzəmətli Günün həqiqəti və yeri lazım olduğu qədər izah edilməmişdir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Ərəb dilində Mübahilə kəlməsinin kökü "bəhl"dir və “bəhl”-in mənası "lənət etmək"dir. Mübahilə sözü isə iki qarşı tərəfin bir-birini lənətləməsi mənasındadır. İslam Dinində Mübahilə haqqı isbat etmək üçün Allah Dərgahında yalançıya əzabın və lənətin nazil olması barəsində istifadə olunan sonuncu dəlildir.

İmam Sadiq (əleyhi səlam) Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: "Ovcunu onun ovcuna qoyub (yəni qarşı tərəflə əl-ələ görüşüb, onun əlini tutuğun halda) deyirsən: "Allahım! Əgər filankəs haqqı inkar, yaxud batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et".

Mübahlə Hadisəsi İslam tarixində ən mühüm hadisələrdən biri və Şiəliyin qanuniliyi və Əhli Beytin (əleyhimus-salam) Haqq olması üçün güclü bir sənəddir. Allah Sübhanəhu Təala Mübahilə günü belə istədi ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) haqqı qəbul etməyənlərlə Mübahilə etsin ki, Xatəm Peyğəmbərin (səlləllahu əleyhi və alih) dininin həqiqi həqiqəti hamıya aşkar olsun.

Böyük Əhəmiyyət kəsb edən Mübahilə hadisəsi hicri qəməri tarixi ilə 9-cu ildə, İlahi İmamət və Xilafət Hadisəsi olan, hicrətin 10-cu ilində baş vermiş Böyük Qədir Xum Hadisəsindən əvvəl baş verib. İslamın əziz Peyğəmbəri (səlləllahu əleyhi və alih) özünün yenicə formalaşmış hökumətinin əsaslarını qurduqdan sonra hökumət başçılarına məktublar yazıb onları onun dəvətini qəbul etməyə çağırdı. O, Nəcran yepiskopuna məktub yazdı və Nəcran xristianlarından haqq dini qəbul etmələrini istədi. Onlar özlərini haqlı saydıqları üçün Peyğəmbərin dəvətini qəbul etməkdən boyun qaçırdılar, lakin onun iddiasının doğruluğunu onunla müzakirə etmək üçün bir qrup böyüklərini Əzəmətli İslam Peyğəmbərinin yanına göndərməyə qərar verdilər. On nəfər Nəcran xristian alimlərindən və başbilənlərindən ibarət nümayəndə heyəti Mədinə Məscidində Həzrət Muhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) Peyğəmbərlə söhbət etdi, lakin hər iki tərəf özlərinin haqq olduqlarında israr etdiyi üçün söhbət mübahilə etməkləri ilə nəticələndi. Və qərara alındı ​​ki, ertəsi gün mübahilə üçün müəyyən bir yerdə hər iki tərəf bir-birləri ilə görüşəcəklər.

Həzrət Mustafa Peyğəmbər (səlləllahu əleyhi və alih) vəd edilən gündə parlaq bir günəş kimi, parlaq ay və parlaq ulduzların müşayiəti ilə görüşdə zühur etdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) dizləri üstə oturdu və özünü Mübahləyə hazırladı.

Nəcran xristianlarının gözləri uzaqdan onların nurlu və məsum sifətlərinə düşəndə ​​soruşdular: Bunlar kimlərdir? Məhəmmədin yanında olanlar kimdirlər?

Belə bir cavabı eşitdilər:

  “Qarşısındakı əmisi oğlu və qızının əri və onun üçün ən sevimli insandır; O iki uşaq onun qızından olan övladlarıdır; O qadın isə onun üçün ən əziz olan qızı Fatimədir.”

Xristian ağsaqqalları bunu eşidəndə dedilər:

 “Allaha and olsun ki, Məhəmməd peyğəmbərlər namaza oturduqları kimi oturur. Məhəmməd haqlı olmasaydı, ən əziz adamları ilə mübahilə etməyə gəlməzdi və əgər bizimlə mübahilə etsə, il bitməmiş, yer üzündə bir nəfər də olsun xristian qalmaz. Üzlər görürük ki, Allahdan istəsələr, dağı yerindən götürər.”

Mübəhlənin tələbi ondan ibarətdir ki, ən əziz və ən layiqli insanlar çağırılsın və Peyğəmbər (s) bu mühüm və həssas məclisdə iştirak etmək üçün öz yaxınlarını və əhlini şərik olaraq çağırdı və beləlikə də Mübahlə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra Həzrəti Əlinin (əleyhi səlam) hakimiyyətinin qanuniliyinə, Əhli Beytin şərəf və fəzilətinə dair möhkəm bir sənəd olaraq tarixə qeyd olundu.

Tarixi Mübahlə hadisəsinin xüsusiyyətlərini nəzərə almasaq belə, Əmirəl-möminin əleyhissalamın məqamının əzəməti ilə bağlı Mübahlə ayəsinin açıq-aydın sübutu, həmçinin Həzrət Peyğəmbərin (s) aydın bəyanı, bu əzəmətli günün əsas məqamlarındandır. Mübahlə hadisəsi Əhli-beytin (əleyhissalam) fəzilətinə və Əmirul-möminin Həzrəti Əlinin (əleyhissalam) Peyğəmbərdən sonra bilavasitə xilafətinə açıq-aşkar Quran Kərimə əsaslanan dəlilidir. Mübahlə ayələri Allaha ən yaxın, ən fəzilətli və ən sevimli bəndələrin kimlər olduğunu sübut edir.

Əllamə Təbatəbainin şərafətli Mübəhlə ayəsi barədə verdiyi təfsirinə əsasən, Əmirəl-möminin, Həzrət Zəhra və Həsneyn- İmam Həsən Muctəba və İmam Hüseyn (əleyhimus salam)-ın tövhid dəvətində Peyğəmbərin şərikləri olub, Peyğəmbərin və müqəddəs İslam dininin səhihliyini isbat edir, və Nəcran xristianlarının inanclarındakı şirk və təsəlsülü-sonsuz sililəliyi rədd edir.

Şübhəsiz ki, İmam Rza əleyhissalam Mübəhlə ayəsini Əmirəlmöminin əleyhissalamın Peyğəmbərdən sonra bilavasitə Allahın Yer üzündə təyin etdiyi Ümmətin Hakimi, İlahi Xəlifə və özünün canişinliyi üçün ən gözəl dəlildir. Məhz bu səbəbdən də İmam Rza əleyhissalam müxaliflərlə apardığı elmi münazirə və ihticaclarda Əmirul-möminin xilafətinin ən yaxşı səbəbi və sübutu kimi Mübahlə ayəsini hesab edib.

“Ali-İmran” surəsinin 61-ci ayəsindəki şahid, Həzrət Əliyə (əleyhissalam) aid olan “ənfusəna”(ərəbcə tərcümədə yəni “özüm”) kəlməsidir:

“فَمَنْ حَاجَّک فِیهِ مِنْ بَعْدِ مَا جَاءَک مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَکمْ وَ نِسَاءَنَا وَ نِسَاءَکمْ وَ أَنْفُسَنَا وَ أَنْفُسَکمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْکاذِبِینَ؛”

Ayənin Tərcüməsi: “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!””

Məmunun ona verdiyi sualda İmam Rza əleyhissalam Əmirəlmöminin əleyhissalamın fəziləti barədə nazil olan ən yüksək ayəni məhz bu Mübahilə ayəsi hesab etmiş və bu ayəni dəlil və sübut kimi gətirmişdir. Maraqlıdır ki, İmam Rza əleyhissalam Vilayət ayəsi (İnnəmə Vəliyikum Allah və Rəsul...) və ya İkmal Din (Əl-Youm Əkməltu Lakum Dinəkum...) ayəsi kimi başqa ayələri qeyd etməmişdir. Əli (əleyhis-salam) üçün ən mühüm fəzilət; Daha doğrusu, o, Quranın Peyğəmbər üçün ən yüksək fəziləti kimi Mübahlə ayəsini və Əmirəl-möminin əleyhissalamın bu ayəyə əsasən Peyğəmbərin eyni özü olması arqumentini qeyd etmişdir.

Həzrət Saminul-Hucəcin (əleyhis-salam) arqumentinə görə, Əmirəlmöminin Peyğəmbərin canı və eyni nəfsidir və əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) Allahın ən yaxşı peyğəmbəridirsə, Əmirul-möminin də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ən yaxşı davamçısı və canişidir. Odur ki, İslam ümmətinin haqqı budur ki, onların imamı Peyğəmbərdən sonra qeyb aləmindən heç bir xəbəri olmayan insanlar tərəfindən deyil məhz Allah Təalanın və Onun Qeyb aləmindən xəbərdar olmasına izin verdiyi Peyğəmbəri (s) tərəfindən təyin edilən insanların ən yaxşısı olsun, imamət və vəlayət ən fəzilətli və saleh şəxsin ixtiyarına verilsin.

Mübahilə Hadisəsinin əzəməti onu İslam tarixində ən qalıcı hadisələrdən biri kimi yerləşdirmiş, lakin bu Əzəmətli Günün həqiqəti və yeri lazım olduğu qədər izah edilməmişdir.

Son illərdə Böyük Vilayət və İmamət Bayramı və Qədir Xum hadisəsinin ildönümünün qeyd edilməsi dünyanın müxtəlif yerlərində insanlar və şiələr tərəfindən davamlı şıkildə il-ildən artıq gözəl keçirilir.

Amma müxtəlif səbəblərdən, o cümlədən Qədir gününün bitməsindən sonra İmamət və Vilayət Ongünlüyünün qeyd olunmasının başa çatması, İslamın və Əmirul-möminin vilayətinin haqq olmasına dair sənəd olan Şiəliyin iftixar etdiyi Mübahila günü insanların və medianın düşüncə və diqqət mərkəzindən qıraqda qalır. Halbuki bu günün əzəmət və əhəmiyyəti və bu bayramın maarif, adab və əməllərinin icrası daha çox mədəniləşməyə və ictimailəşdirilməyə ehtiyac duyur...

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!