Ankara 2020-ci ildə Ermənistan və Azərbaycan Respublikası arasında 44 günlük Dağlıq Qarabağ müharibəsində Bakıya dəstək verib. Bu geniş hərbi dəstək İrəvanla Ankara arasında münasibətlərin gərginləşməsinə səbəb oldu.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan dünən (çərşənbə) telefon danışığında ikitərəfli münasibətləri müzakirə edib və iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsini vurğulayıblar.
Xatırladırıq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması çərçivəsində bu günə qədər Moskva və Vyanada iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların dörd raundu keçirilib.
342/