İRNA “Leonardo” şirkətinin saytına istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti iki ölkənin müdafiə nazirlərinin nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün İtaliyada olub.
Azərbaycan və İtaliya arasında əvvəllər enerji sektoru ilə bağlı olan əməkdaşlıq müdafiə sənayesi məhsullarını əhatə etməklə genişlənir.
İtaliyanın “Leonardo” şirkətindən “C-27J Spartan” taktiki nəqliyyat təyyarəsinin alınması planı İtaliya və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri arasında keçirilən görüşdə yekunlaşdırılıb.
342/