Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyndə
bir müddət öncə sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxdığına
görə Xəlifə vəhhabi sülalə rejimi tərəfindən həbs edilmiş İmam Sadiq (ə) Məscidinin
imamı, Şeyx Məhəmməd Sənqur azadlığa buraxılıb.
Şeyx Sənqur 19 may 2023-cü il cümə günü xütbəsində Bəhreynin sionist rejimlə əlaqələrinin normallaşmasına uyğun olaraq Təhsil Nazirliyinin tədris planının dəyişdirilməsi üzrə hərəkətini tənqid etmiş və Bəhreyn hakimiyyətindən xalqı və məhbus ailələrini humanitar işin həlli ilə bağlı əminləşdirmələrini istəmişdir.
Ötən bazar ertəsi Bəhreyn rəsmiləri Şeyx Məhəmməd Sanquru cinayət təhqiqatına çağırıldıqdan sonra prokurorluğa göndəriblər.
Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasim İmam Sadiq (ə) məscidinin xətibinin həbsindən sonra Bəhreyn siyasi və təhlükəsizlik orqanları tərəfindən cinayət araşdırma mərkəzində Şeyx Sənqurun təhqir edilməsinin sionist tələbi olduğunu vurğulamışdır.
Bəhreyn vəhhabi hakimiyyəti sionist rejimin razılığını qazanmaq üçün daxili təhlükəsizliyin məhv edilməsi, ictimai asayişin xətərə düşməsi, ölkənin ilkin kimliyinin pozulması və ölkə sivilizasiyasına qarşı axmaq bir çevriliş bahasına olsa belə, istənilən addımı atacaq.
Bəhreyn müxalifət qüvvələri də birgə bəyanat yayaraq, Bəhreyndə tanınmış din xadiminin həbsini pisləyib və onun dərhal azad edilməsini tələb ediblər.
“Bəhreyn əl-Vəqf Cəmiyyəti”nin rəhbərlərindən olan Məcid Milad da öz növbəsində “Şeyx Sənqurun yüksək sosial bazaya malik elmi şəxsiyyət olduğunu və onunla tam həmrəy olduğumuzu bəyan edirik” deyə vurğuladı.
Bəhreynin Əl-Vəfaq rəsmilərindən olan Cəmil Kazım da Şeyx Sənquru İslam düşüncəsinin qürurlu alim və tədqiqatçılarından biri hesab edərək, onun yalnız ölkənin, xalqın mənafeyini güdən, təhlükəsizlik və sülhü istəyən mötədil siyasi islahatçı danışığa malik olduğunu vurğulayıb.
Bəhreynin bir neçə bölgəsi də Şeyx Sənqurun həbsini pisləyən ictimai nümayişlərin şahidi olub. Etirazçılar onun azadlığa buraxılmasını və Bəhreyn xalqının vəhhabi firqəsi tərəfindən məruz qaldığı təqiblərə son qoyulmasını tələb ediblər.
Bəhreynə qanunsuz yollarla hakim kəsilmiş vəhhabi əqidəli Xəlifə sülalə rejimi Bəhreyn əl-Vəfq təşkilatının baş katibi Şeyx Əli Salmanın başçılıq etdiyi bir çox şəxsiyyət və din alimlərini həbs edib. Və bir çoxları siyasi səbəblərə görə həbsə məhkum ediliblər. Lakin bütün bu qanunsuz hökmlər əl-Vəfq təşkilatı başda olmaqla bir çox insan haqları təşkilatları tərəfindən tənqid edilib.
Manama həmçinin Bəhreynin ən tanınmış Şiə Din rəsmilərindən olan Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum edib. Human Rights Watch bu hökmü özbaşınalıq adlandırıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!