Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bu il Azərbaycandan
Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaləqər şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.
Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".
Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:
1.Xarici pasport;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4.Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeyd edək ki, Həcc ziyarəti iyun ayının sonu iyul ayının əvvəllərinə təsadüf edəcək.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!