Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

25 fevral 2023

17:32:43
1348906

Bakı nümayəndələri Qarabağ erməniləri ilə görüşüb?

"Sputnik Armenia" dünən Azərbaycan və “Dağlıq Qarabağ” nümayəndələri arasında görüş keçirildiyini bildirib.

Məlumatda bildirilir ki, fevralın 24-də Rusiya sülhməramlı kontingentinin (RSK) komandanlığının iştirakı ilə Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrinin görüşü keçirilib.

 "Sputnik Armenia" bu məlumatı Rusiya sülhməramlılarının komandanlığına istinadla yayıb ancaq RSK-nın informasiya bülletenində bu məlumat yoxdur. 

 “Görüşdə “Dağlıq Qarabağ”-dakı istehlakçıların eleltrik və qaz təchizatının bərpası haqqında razılaşma əldə olunub", deyə agentliyin məlumatında bildirilir.

 Rusiya və Azərbaycan Respublikası tərəfindən bu məlumata hərhansı münasibət yoxdur.

342/