Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

12 fevral 2023

13:00:00
1345687

Seyid Mürtəza Əl-Səndi: Əl-Xəlifə ailəsinin üzvləri Bəhreyni özləri üçün xəzinə hesab edirlər

Əl-Səndi: Əl-Xəlifə ailəsinin üzvləri Bəhreyni özləri üçün bir ailə və qəbilə sərvəti hesab edirlər və bu səbəbdən də Xəlifə sülaləsi tərəfindən Bəhreyn vətəndaşlarına qarşı çoxlu təzyiq və ayrı-seçkilik var və bu, Bəhreyndə 14 fevral inqilabının səbəblərindən biridir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyn Əl-Vəfa əl-İslami Hərəkatının yüksək vəzifəli üzvü Höccətül-İslam və Müslimin Səid Mürtəza Əl-Səndi Bəhreyn 14 Fevral İnqilabının səbəblərinə toxunaraq deyib:

“Bəhreyndə 14 Fevral inqilabının bir neçə səbəbi vardır, bunlardan biri rejimin bəhreynli uşaqlar arasında ikili standart rəftarları, digər səbəb isə Xəlifə sülaləsinin Bəhreyndə icra, qanunvericilik və məhkəmə orqanları da daxil olmaqla bütün hakimiyyət üzərində mütləq hökmranlığıdır.”

Əl-Səndi sonra deyib: “Bu miqdar iqtidarı ilə kifayətlənməyən Xəlifə sülaləsi Bəhreynin maddi və mənəvi sərvətlərinə də tam sültəsini yeridibdir. Misal olaraq Bəhreyndən çıxarılan və ixrac edilən neftin miqdarı və onun nə qədərinin ölkənin infrastrukturunun qurulmasına xərcləndiyi barədə dəqiq statistika yoxdur...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!