Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
şənbə

21 yanvar 2023

16:08:11
1339976

Malayziyada keçirilən Quran Sənəti Festivalında Qurani-Kərimin ən böyük nüsxəsinin təqdimatı olub

Bu gün səhər Malayziyanın Putracaya şəhərində keçirilən Resto Beynəlxalq Quran Sənəti Festivalında Qurani-Kərimin ən böyük nüsxəsinin təqdimat mərasimi keçirilib.

"ABNA"-nın Malayziyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Resto Dünya Quran Sənəti Festivalının ən böyük Quran nüsxəsinin təqdimat mərasimi İran İslam Cümhuriyyətinin rəsmilərinin iştirakı ilə keçirilib.

Bu festival yanvarın 20-də səhər Putracayada yerləşən Resto Malayziya Fondunun Quran Nəşriyyat Mərkəzində başlayıb.

Resto festivalının səhər mərasimində İran İslam Cümhuriyyətinin Malayziyadakı səfiri və müşaviri, həmçinin Türkiyə və İraqın Malayziyadakı müşavirlərinin iştirakı ilə Quranın ən böyük nüsxəsinin təqdimat mərasimi keçirilib.

İranın müşavirinin sözlərinə görə, bu müshəfin uzunluğu səkkiz metr altmış santimetr, eni beş metr, çəkisi 1500 kiloqram və 429 səhifəsi var.

Həmçinin bu mərasimdə Resto Fondunun malayziyalı rəssamları tərəfindən ayələrə gözəl həkk olunmuş və rəssamların əlləri ilə bəzədilmiş “Əl-Vaqiə” surəsinin tablosunun təqdimatı olub.


342/