Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

2 yanvar 2023

18:20:58
1335491

Aliməqamlı Rəhbər: Elmi tərəqqi və bilik sərhədlərini aşmaq məsələsi unudulmamalıdır

İslam İnqilabının Aliməqamlı Rəhbəri Avropa İslami Tələbələr Dərnəkləri Birliyinin Mərkəzi Şurasının bir qrup üzvü ilə görüşdə vurğulayıblar: "Elmi tərəqqi və bilik sərhədlərini aşmaq məsələsi unudulmamalıdır".

 İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bazar ertəsi Avropa İslami Tələbələr Dərnəkləri Birliyinin Mərkəzi Şurasının üzvləri ilə görüşdə İslam dərnəklərinin əhəmiyyətinə toxunaraq, onları İslam Respublikasının sərvətlərinin biri və unikal missiyaya malik adlandırıblar və sabit addımlar atmağı, ətraf mühitə təsir göstərməyi və İslam Respublikasının yeni mesajını izah etməyi islam birliklərinin missiyalarından olduğunu vurğulayıblar.

Aliməqamlı Rəhbərin ofisinin informasiya portalının məlunatına görə, Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə, Avropa İslami Tələbələr Dərnəkləri Birliyinin qurucularından biri olan mərhum Höcətülislam Dr. Ejeyinin xatirəsini ehtiramla yad edərək, yeni və inqilabi baxışlara malik olan gənc tələbələrin fəaliyyətini yüksək qiymətləndiriblər.

Aliməqamlı Rəhbər, həmçinin əlavə ediblər ki, İslam dərnəkləri ətraf mühitə təsir göstərməklə yanaşı, üzvlərin özlərinin fikri və əqidə əsaslarını gücləndirmək üçün yaradılıb, lakin İslam Respublikasının əsas və mərkəzi fikrini tanıtmaq İrandan kənarda fəaliyyət göstərən İslam birliklərinin digər bir missiyasıdır.

O Həzrət İslam Respublikasının prinsiplərini izah etməyi, o cümlədən Cümhuriyyəti İslamla əlaqələndirməyi vacib məfhumlardan biri hesab edib və buyurublar: "İslam Respublikası üçün yeni söz odur ki, hökumətin qurulmasında xalqın təsiri ilə yanaşı din və iman prinsipləri də təsirlidir".

Həzrət Ayətullahül-üzma Xamenei İslam birliklərinin prinsip və əsasları qoruyub saxlamaqla müasirləşdirilməsini yaşadığımız şəraitin başqa bir tələbi hesab edərək, ədalət prinsipi kimi bəzi prinsip və məfhumların sabit və daimi olduğuna diqqət çəkiblər; Hansı ki, min illərdir mövcuddur, lakin ədalətə nail olmaq şəklində dəyişiklik və yenilik ehtimalı var.

Zati-aliləri elm və elmi tərəqqi məsələsini son illərdə ölkələrin ümumi müzakirəsi kimi səciyyələndiriblər, və Avropa İslami Tələbələr Dərnəklərinin budəfəki konfransında elmi toplantının keçirilməsini təqdir edərək, bildiriblər ki, elmi tərəqqi və qabaqcıl elmə nail olmaq məsələsi unudulmamalıdır  və belə təsəvvür olunmamalıdır ki, dini və inqilabi cəhətlərə diqqət yetirmək elmi tərəqqinin diqqətdən kənarda qalmasına səbəb olur.

342/