Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

16 noyabr 2022

09:30:00
1323607

Filippində Milli Hicab Günü qanun layihəsi qəbul olundu

Bu qanun layihəsinin izahatında deyilir: “Hökumət qadınların dövlət quruculuğundakı rolunu tanıyır, qadın və kişilərin qanun qarşısında bərabərliyinə təminat verir. Heç bir ayrı-seçkilik olmadan dini ayinlərin və ibadətlərin yerinə yetirilməsi həmişə icazəlidir."

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Filippinin Nümayəndələr Palatası ötən çərşənbə axşamı üçüncü və yekun oxunuşda müsəlman ənənələri haqqında məlumatlı artırmaq üçün hər il fevralın 1-ni Milli Hicab Günü elan edən qətnamə qəbul edib.

274 lehinə səslə parlamentarilər, Milli Hicab Günü ilə bağlı qanun layihəsi olan Nümayəndələr Palatasının 5693 saylı qanun layihəsini təsdiqləyiblər.

Bu qanun layihəsi Maguindanao və Basilan nümayəndəsi də daxil olmaqla bir sıra qanunvericilər tərəfindən yazılmışdır və onun məqsədi qadınları hicab taxmağa təşviq etmək, örtülü qadınlara qarşı ayrı-seçkiliyi dayandırmaq və hicab haqqında yanlış təsəvvürləri və yanlış fikirləri aradan qaldırmaqdır.

Bu qanun layihəsinin izahatında deyilir: “Hökumət qadınların dövlət quruculuğundakı rolunu tanıyır, qadın və kişilərin qanun qarşısında bərabərliyinə təminat verir. Heç bir ayrı-seçkilik olmadan dini ayinlərin və ibadətlərin yerinə yetirilməsi həmişə icazəlidir."

İzahatın davamında belə qeyd edlir: “Müsəlmanların hicablı adət-ənənələrini və hüquqlarını nümayiş etdirmək üçün hər il fevralın ilk günü Milli Hicab Günü keçirilməlidir. Müsəlman və qeyri-müsəlman qadınları bu gündə hicab taxmağa təşviq etmək lazımdır."

Bu qanun layihəsinə əsasən, “hicab” baş və sinəni örtən örtükdür və müsəlman qadınlar həddi-büluğa çatdıqdan sonra, xüsusən də cəmiyyətdə və naməhrəm yetkin kişilərin qarşısında olarkən onu geyinirlər. Bu termin həm də müsəlman qadınların "müəyyən təvazökarlıq standartına cavab verən" hər hansı baş, üz və ya bədən örtüyü təsvir etmək üçün istifadə olunur.

Qanun layihəsi davamında deyilir: "Dövlət qurumları, məktəblər və özəl sektor işçiləri və tələbələrinin anlayış və məlumatlarının artırılması üçün bu tədbirdən istifadə etmələrinə təşviq edilməlidir."

Bu vəzifə, hicaba riayət olunmasını təbliğ edən və maarifləndirən aparıcı qurum kimi Filippinin Milli Müsəlman Komissiyasının üzərinə düşür.

Bu təşkilat müsəlman qadınlar arasında hicabın bir həyat tərzi kimi dərk edilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirməlidir. Bu məqsədlə bu qanunun məqsədlərinə çatmaq üçün görüşlər, kampaniyalar və digər tədbirlər keçirilə bilər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!