Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

8 noyabr 2022

19:57:16
1321464

İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı: Bavər-373 hava hücumundan müdafiə sisteminin uçuş məsafəsi 400 kilometrə çatacaq

İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əlirza Səbahifərd Bavər-373 hava hücumundan müdafiə sisteminin uçuş məsafəsini iki il ərzində 300 kilometrə çatdırmağı bacardıqlarını billdirərək, deyib: "Hazırda 400 kilometrə çatdırmağı hədəfləyirik".

 general Səbahifərd,İRNA-ya müsahibədə bildirib ki, Bavər hava hücumundan müdafiə sistemi, radara tutulmadığını iddia edən digər təyyarələri və hətta beşinci nəsil təyyarələri hədəfə ala bilər.

Bu cür böyük uğura nail olmağın çoxlu araşdırma, sənaye, əməliyyat və s. bölmələrinin əməkdaşlığı sayəsində reallaşdığını bildirən general Səbahifərd, deyib ki, bu istiqamətdə Ordunun Hava Hücumundan Müdafiə Qüvvələri bu mühüm nailiyyətdə fəal və böyük rol oynayıb.

General Səbahifərd bu uğura nail olmaq üçün "retrospektiv qiymətləndirmələrinə" ehtiyac olduğunu qeyd edərək, əlavə edib: "Bizim hava hücumundan müdafiə sistemlərimiz Müqəddəs Müdafiə dövründə yaxşı vəziyyətdə deyildi. O, tamamilə xaricə asılı idi və buna görə də bugünkü vəziyyətə gəlmək üçün uzun bir yol keçib''.

342/