23 avqust 2022 - 14:47
Sabah Kirmanşahda veteran mədhiyəçilər konfransı keçiriləcək

İranın Kirmanşah şəhərinin ev sahibliyi ilə avqustun 23-dən 25-dək keçiriləcək Hüseyni veteran mədhiyəçilərə həsr olunmuş on doqquzuncu konfransda üç yüz qırx daxili və xarici qonaq iştirak edəcək.

Konfransda İrandan üç yüzdən çox, İraq, Əfqanıstan, Nigeriya, Pakistan, Mali, Uqanda, Fil Dişi Sahili, Türkiyə və Livan da daxil olmaqla on beş müsəlman ölkədən qırx qonaq iştirak edəcək.

Konfransda Hüseyni veteran mədhiyəçilər və xüddamlardan əlavə, bəzi şəhid ailələri də mükafatlandırılacaqlar.

Konfransın keçiriləcəyi müddətdə bu İmam Hüseyn(ə) xüddamlarının rozaları təşkil olunacaq, yerli kirmanşahlı avazlardan da istifadə olunacaq.

Aşura ayin və mərasimlərinin keçirilməsi, Aşura ayinlərilə mütənasib, istinad qruplarının təqdimatı, Hüseyni veteran mədhiyəçilər və xüddamlara həsr olunmuş konfransın keçirilməsinin məqsədlərindəndir.

Hüseyni veteran mədhiyəçilərə həsr olunmuş bundan öncəki konfrans Təbrizdə, bu qəbildən ilk toplantı isə Zəncanda keçirilmişdi.

342/