Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

12 aprel 2022

14:35:02
1247266

Azərbaycanlı politoloq həll prosesinin Rusiyasız nəticə verəcəyinə inanmır

N.Cəfərli “Müsavat TV” internet kanalı ilə müsahibədə: Sülh danışıqlarında Rusiyanın iştirakı qaçılmazdır

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, azərbaycanlı politoloq bəyan edib ki, Rusiyanı Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi proseslərdən kənarda saxlamaq olmaz.

Siyasi ekspert Natiq Cəfərli bu haqda deyib: “Brüsseldə keçirilən sammit nəticəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında ikitərəfli sülh prosesinin başlanmasına baxmayaraq, Rusiya bundan sonra da Qarabağ siyasi prosesindən kənarda qalmayacaq”.

N.Cəfərli “Müsavat TV” internet kanalı ilə müsahibədə qeyd edib ki, Brüssel bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunmasa da, Rusiyanın rolu yüksək qiymətləndirilib. Əlbəttə ki, ən mühüm uğur ondan ibarətdir ki, iki ölkə arasında təklif olunan sülh razılaşmasının hazırlanması üçün Azərbaycan Respublikası və Ermənistan Xarici İşlər Nazirliklərindən ibarət işçi qrupu yaradılacaq. Təbii ki, iki ölkənin xarici işlər nazirləri səviyyəsində Moskvada da görüş keçiriləcək! Bu görüş ya Rusiya xarici işlər nazirinin iştirakı ilə üçtərəfli olacaq, ya da ikitərəfli qaydada Moskvada təşkil olunacaqdır! Beləliklə də bu görüşlərdə Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi prosesdə qalması təəssüratı yaranacaqdır! »

Azərbaycan Respublikası Real Partiyasının sədr müavini həmçinin son günlər Tovuz bölgəsində Ermənistan tərəfindən baş vermiş hərbi gərginliyin arxasında Rusiyanın təxribatının mümkünlüyünü qeyd edib. “Azərbaycan Respublikasının kommunikasiya və enerji xətlərinin bu ərazidən keçdiyini nəzərə alaraq Rusiya bu cür təxribatla bu xətlərin təhlükəsizliyinin Rusiyadan asılı olduğunu göstərir. Əslində Rusiyanın provokasiyası Azərbaycan Respublikasının boru kəmərlərindən Avropaya enerji ixracının artırılması imkanlarına bir növ həssaslığından irəli gəlir. Çünki indiyədək Rusiya Avropanın enerji təchizatında monopoliya və üstün mövqeyə malik olub. Rusiya da Tovuz bölgəsində gərginlik yaratmaqla Azərbaycana xəbərdarlıq etmiş olur”, - deyə Natiq Cəfərli vurğulayıb.

Hazırkı qlobal vəziyyətdə Bakının Moskva ilə yaxın münasibətlərindən danışan politoloq deyib: “İndi Rusiyanın vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikasında rus sülhməramlılarının indi Qarabağdan qovulmalı olduğunu sadəlövhcəsinə deyənlər əslində belə bir addımın nə ilə nəticələnə biləcəyini anlamırlar. Rusiya 17 milyon kvadrat kilometr ərazisi olan böyük dövlətdir və hədəflərinə hansı nöqtədən zərbə vuracağı bəlli deyil!”


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!