Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

1 mart 2022

10:56:27
1234625

Ukrayna müharibəsini işıqlandıran ABŞ və Qərb mediasının qeyri-insani və faşizim nümunələri

Amerikanın NBC şəbəkəsinin Londondakı müxbiri ukraynalı mühacirlərin vəziyyətindən danışarkən qərb faşizimini ortaya qoyaraq, qeyri-insani sözlərlə deyib: “Bunlar Suriyadan gələn qaçqınlar deyil, Ukraynadan gəliblər!. Xristianlar, ağdərililər və mədəni baxımdan bizə çox yaxın olanlardırlar.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 2022-ci il, Cümə axşamı, fevralın 24-ü səhər saatlarında Putin rəsmi olaraq Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” elan etdi.

Rusiya, Ukraynadakı əməliyyatının müharibənin başlanğıcı olmadığını, əksinə qlobal müharibənin qarşısını almaq üçün bir cəhdi olduğunu bildirdi.

Rusiyanın Ukraynadakı əməliyyatına başladıqdan sonra imperialist və sionist dünya mediası və xəbər saytları cari xəbərləri böyük həvəslə işıqlandırıb, hadisənin mətnini və haşiyəsini təhlil edirlər.

Amma aydın olan odur ki, Əfqanıstan, Suriya, İraq, Fələstin və Yəməndəki müharibələri, milyonlarla günahsız Müsəlmanların NATO başda olmaqla ABŞ və sionist rejim tərəfindən kütləvi və fərdi şəkildə öldürülməsini, öz ata-baba yurdlarından didərgin salınmalarını örtbastır elətdirən və dünya ictimaiyyətinə unutduran hegemonçu ABŞ və Qərb mediası Rusiyanın hərbi əməliyyatlarına, xüsusi diqqət yetirir. Xüsusən də Amerika və Britaniya mediası öz təhlil və şərhlərində bu müharibəyə ayrı-seçkilik, qeyri-insani və faşizim baxışı ilə Qərbi Asiyadakı münaqişələrlə müqayisə edirlər.

Amerikanın ən böyük radio və televiziya şəbəkələrindən biri olan CBS müxbiri canlı müsahibəsində yəhudi irqçiliyini təzahür etdirərək deyib: "On minlərlə mülki şəxs Ukraynanı tərk etməyə can atır və bu rəqəm daha da artacaq. Ukrayna xalqı sığınacaqlardadır. Bu, onilliklər ərzində döyüşən İraq və ya Əfqanıstana bənzəmir. Bu, nisbətən sivil ölkədir və sivil ölkələrdən biridir. Avropa şəhərləri! ”

İngiltərənin BBC kanalı da bu açıqlamanı təkrar edərək, qurbanların avropalı olmasına diqqət çəkib! BBC kanalı üzrə analitik ağdərili irqçilik siyasətini aşılıyaraq deyib: “Bu müharibə mənim üçün acınacaqlı vəziyyətdir. Çünki motaliyalılar və mavi gözlü avropalılar hər gün Putinin raketləri və helikopterləri ilə öldürülür!”

Britaniyanın Sky News telekanalı da ayrı-seçkilik və qeyri-insani mövqe nümayiş etdirib. Sky News-un Polşadakı müxbiri canlı müsahibəsində ukraynalıların qeyri-mümkün problemlə üzləşdiyini bildirərək, qeyri-avropa ölkələrinə qarşı təhqiramiz ifadəli eyhamlarla deyib: “Ukrayna inkişaf etməkdə olan ölkə və yaxud üçüncü dünya ölkəsi deyil, Avropa ölkəsidir!”

Amerikanın televiziya və radio şəbəkəsi olan NBC də heç də geri qalmayıb və şəbəkənin Londondakı müxbiri çoxlarını qəzəbləndirən sözlər deyib.

O, ukraynalı mühacirlərin vəziyyətindən danışarkən qərb faşizimini ortaya qoyaraq, qeyri-insani sözlərlə deyib: “Bunlar Suriyadan gələn qaçqınlar deyil, Ukraynadan gəliblər!. Xristianlar, ağdərililər və mədəni baxımdan bizə çox yaxın olanlardırlar.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!