Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi Dinikitabxana.com-a isitinadla
cümə

18 fevral 2022

18:38:13
1230925

Şəhidlərlə Tanışlıq

Hacı Qasim... (2-ci bölüm)

...Hacı birdən üzünü Seyid Cavada tutub dedi: "Eşitmişəm ki, mənim barəm də yuxu görmüsən. Danış görüm, nə görmüsən". Seyid dedi: “Yuxuda gördüm ki, Peyğəmbər və övliyaların oturduğu bi ryerdəyəm, ayaq üstə dayanmışam. Əvvəlcə hiss etdim ki, kimsə Quran oxuyur, sonra səsini eşitdim. Həzrət Əlinin (ə) səsi idi. Ayənin məzmunu belə idiki, biz indi zəifik, vəziyyətimiz yaxşı deyil və düşmənə hücum edə bilmirik. Mən hələ də ayaq üstə dayanıb hamını müharibəyə çağırırdım. O səsieşidəndə isə sakit qaldım. Bundan sonra gedib divardakı xəncəri götürdüm, ancaq gördümki, qısa xəncərdir. İmam Əlinin (ə) Quran ayələri arasında belə söylədiyini də eşitdim: "Qasim Süleymani Peyğəmbərin gülüdür; nə deyirsə, qulaq asın!"...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Qarşınızdakı bu yazı Hacı Qasım Süleymaninin yaxın dostlarından biri olan Əli Şirazi tərəfindən 27 Avqust 2021 tarixdə təlif etdiyi əsərdən iqtibas edilib.

Əvvəli ötən sayımızda!

Üçüncü fəsil

Quldur və narkobaronlara qarşı

Bəluclara etimad

Həsən Polarək


1991-ci ilin yazında ölkənin şərqində sabitlik pozulmuşdu. Hacı oraya gedib hərbi birləşmələri təlimatlandırdı, nizama saldı, zəif cəhətlər üzərində işə başladı, eyni zamanda dini-mədəni işlər gördü. O, tayfa başçılarını dəvət edib onlarla danışdı, dedi ki, gərək bölgələrinin təhlükəsizliyini özləri təmin etsinlər. Onlara silah və digər imkanlar verdi. Böyük risk idi, amma o, Bəluc millətinə etimad etdi. Hacı Qasimin mənəvi cəhəti hərbi cəhətindən öncə insanları cəlb edirdi. İki il ötmədən və sərhədlərdə ən kiçik hərbi qarşıdurma baş vermədən bölgədə təhlükəsizlik yarandı.

Bir dəfə sərhəd qanunlarına məhəl qoymadan Pakistan və Əfqanıstanın 90 km-liyinə qədər girdi, aviasiya dəstəyi ilə diversiya əməliyyatı həyata keçirib quldur dəstələrinin əsir götürdüyü çoxlu əsgərləri azad etdi, uşaqların burnundan bir damla qan da tökülmədi. Qonşu ölkənin ərazisinə icazəsiz girmək problem yarada bilərdi, amma onun üçün uşaqların həyatı daha önəmli idi.



Yadigar şəkil

Həsən Mənsuri


Uşaqlarla birlikdə qarnizonun qapısından çıxanda Hacı Qasimin də qərargahdan çıxdığını gördüm. Fotoaparat əlimizdə idi. Ərəbnejad və Zadxoş da yanımdaydı. Cavad Zadxoş Hacı Qasimə yaxınlaşdı. Hacı, Cavadın zarafatcıl olduğunu bilirdi. Onun gəldiyini görən kimi Cavadla zarafat etmək üçün gülümsəyərək dedi: "Sizinlə şəkil çəkdirməyə vaxtım yoxdur!"

- Hacı ağa, biz sizinlə şəkil çəkdirmək istəmirik. Biz istəyirik ki, siz bizim şəklimizi çəkəsiniz! – deyə Cavad tez fotoaparatı ona verdi. Hacı Qasim özünü saxlaya bilməyib gülə-gülə şəklimizi çəkdi. Həmin yadigar şəklin fotoqrafı Hacı Qasimdir.




Rəftar tərzi

Sərdar Məhəmmədrza Həsəni

Sarəllah diviziyasının hüseyniyyəsində rəsmi mərasim idi. Sərdar Süleymani hüseyniyyənin bu tərəfində, bir əsgər də o tərəfində oturmuşdu. Əsgər ədəb-ərkandan kənar oturmuşdu, çıxış zamanı da danışırdı. Hacı Qasim mərasimdən sonra onu çağırdı, diviziya komandiri kimi cəzalandıra bilsə də, dedi: "Qardaşım, əzizim, ədəb-ərkanla oturmaq, nizam-intizama riayət etmək lazımdır. Rəsmi məclis idi, Tehrandan gəlmiş qonağımız çıxış edirdi. Quranın 30-cu cüzünü əzbərləsən, çıxışacağıq, əzbərləməsən, inzibati tədbir görəcəyəm".




Təslim

Sərdar Rza Kərəmi


1993-94-cü illərdə ölkənin şərqində sabitlik pozulmuşdu, quldur dəstələri polislərə qarşı pusqular qururdular. Çoxlu şəhid vermişdik. Yolları bağlayıb əsir tutur, uşaqlarımızı şəhid edirdilər. Abbas Naruyi o qədər həyasızlaşmışdı ki, jandarmeriyanın radio dalğasına girib deyirdi: "Abbas Naruyiyəm, burda dayanmışam".

Kəhnucda bütün tayfalardan quldurlara qoşulanlar vardı. Ciroft rayonunda Avərtin adlı bir bölgə vardı, dağın arxasında yerləşirdi. Silahlılar dağın zirvəsinə qalxıb 50-60 km-lik düzənliyə nəzarət edir, yaxınlaşan hər bir şeyi vururdular.

Həmin günlərdə Bamiri tayfasından Eyduk Bamiri adlı bir quldur təxminən yüz nəfəri öldürüb tayfasına sığınmışdı. Qərara alınmışdı ki, Qasim Süleymani həmin bölgəni təmizləsin. O, Sarəllah diviziyasının Bəm, İranşəhr və Kəhnuc briqadaları və aviasiya dəstəyi ilə bölgəni təmizləməyi planlaşdırdı. Bu əməliyyat o qədər təsirli oldu ki, tayfaların çoxu öz quldurlarını təslim etdilər. Silahları başlarının üstündə dağdan enirdilər. Bəziləri yerli ləhcədə deyirdilər ki, Qasim Süleymaniyə təslim oluruq.




Sərt baxış

Davud Cəfəri


Müharibədən sonra Sarəllah diviziyasına ölkənin cənub-şərqində qaçaqçılara və quldur dəstələrinə qarşı mübarizə tapşırığı verildi. 1993-cü ildə həmin bölgənin, qardaşı və qohumları quldurluq ittihamıyla həbs olunmuş kəndxudalarından birinin nümayəndələri Hacı Qasimlə görüşdülər. Korpus uşaqlarından üçünü girov götürmüşdülər, onların azadlığı qarşılığında kəndxudanın qohumlarının azad edilməsini istəyirdilər.

- İndi saat neçədir? – deyə hacı kəndxudanın əsas nümayəndəsini sərt baxışla süzdü, cavabı gözləməyib əlavə etdi: - Təxminən 4-dür. Həmin üç pasdar sabah saat 2-ə qədər sağ-salamat Kirmanda olmasa, nə kənd qalacaq, nə də kəndxuda!

Nümayəndələr gözləri bərəlmiş halda ona baxdılar və heç bir söz demədən qalxıb getdilər. Onun əzəmət və qətiyyəti öz işini gördü. Şöhrəti qulaqlarına çatmışdı, bilirdilər ki, heç kimlə zarafatı yoxdur. Ertəsi gün günortadan öncə üç pasdar Kirmandaydı.




Tədbirli komandir

Sərdar Əmin Şəriəti

Ölkənin şərqində sabitlik pozulmuşdu, quldurlar hər gün birini öldürürdülər. Narkotik maddə daşıyan avtomobil korteji günün günorta çağı yollarda gəzirdi, heç kim qarşılarını kəsməyə cürət etmirdi. Nəhayət, təhlükəsizliyi təmin etmək Hacı Qasimə tapşırıldı.

Qasim Süleymani bölgədə sabitliyi bərqərar etməkdən ötrü Milli Təhlükəsizlik Şurasında təhlükəsizliyə, mədəni, siyasi, ictimai və iqtisadi məsələlərə dair kompleks layihə qəbul etdirdi. Bu layihə bütün təhlükəsizlik qüvvələrinin əməkdaşlığına əsaslanır və İran sərhədlərindən kənara da şamil olurdu. Bir müddətdən sonra güclü kəşfiyyat işi baş tutdu, quldurların iclas və proqramlarından xəbərdar oldu. O, qədim müharibə uşaqlarından istifadə etdi və sonda bütün o bölgələrdə tam informasiya nəzarətini təmin etdi.

Növbəti mərhələ sərhədlərin bağlanması idi. Bu iş daxildə çoxlu etirazla üzləşdi, lakin o bunu etdi, sonra mühəndis-istehkam imkanlarıyla kanallar çəkdi. Narkotik maddə daşıyan maşınlar gəlib kanallara düşürdülər. Bundan sonra quldurlar narkotik maddələri dəvələrlə daşımağa başladılar. Hacı Qasim bu metodun da qarşısını aldı. Onlar çiyinlərində daşımağa başladılar - bunun da qarşısını aldı. Onun operativliyi, qətiyyəti və tədbirliliyi quldurları təngə gətirmişdi. Onlar Daxili Qoşunların Zabuldan Zahidana gedən əsgərlərini əsir tutub Əfqanıstana apardılar.

Hacı Qasim mənə dedi ki, tez Zahidana gəl. Gecə ikən Tehrandan ora getdim. Onu soruşanda dedilər ki, Əfqanıstana gedib. Mən də yola düşdüm. Bir əməliyyatla arxadan karvana hücum edib mühasirəyə aldıq. Bütün əsgərlər azad olundular. Bu əməliyyat quldurlara ağır zərbə vurdu.

Sərhədləri bağlayandan sonrakı plan daxili bölgələri təmizləmək idi. Kirmanla Zahidan arasındakı geniş ərazi və yüksəkliklər silahlı qaçaqçılarla doluydu. O vaxta qədər heç kim oralara getməyə cürət etməmişdi. Bölgənin əhalisi işsiz idi, quldur karvanlarını qorumaq üçün onlara pul və silah verilirdi.

Yüksəklikləri təmizləmək üçün plan hazırlandı. Hərtərəfli plan idi. Hacı Qasim əvvəlcə iqtisadiyyatdan başladı, məsul şəxsləri dəvət edib dedi: "Mən bunları dağlardan endirəcəyəm, amma yenə işsiz qalacaqlar".

Onlar da sözünü qəbul etdilər. Ovaxtkı məmurlara təqdim etdiyi layihə əsasında əhaliyə torpaq verildi, əkinçilik üçün su icazəsi alındı. Oraya qoşun da aparılmışdı, bütün bölgə top, tank və zirehli maşınlarla doluydu. Elan etdi ki, sizə 48 saat vaxt verirəm: kim dağdan enib silahını təhvil versə, ona iş verəcəyəm; enməsə, bizim düşmənimizdir və onunla vuruşacağıq.

24 saat ötməmiş dağın döşü qarışqa kimi adamlarla doldu. Silahla dağdan enirdilər. Hacı Qasim də sözünə əməl etdi. Ora stol qoymuşdu. İcra hakimiyyətindən onlara amannamə verib deyirdilər ki, bu torpaq, bu da iş; gedin, işləyin, yaşayın. Beləliklə, bölgədə sabitlik bərqərar olundu. O, sərhədləri daha ciddi şəkildə bərkitdi. Sonra bölgənin şəhər və kəndlərində xalqa xidmət üçün tibb məntəqələri açdı, təhlükəsizliyi əhaliyə tapşırdı. Onlar üçün yorulmadan işləyirdi. Xalq da ona inanır, etimad edir və sevirdi.




Əhrar quyuları

Sərdar Qulamrza Kərəmi


Eyduk Bamiri mülki insanlardan, təhlükəsizlik qüvvələrindən, polis və pasdarlardan təxminən yüz nəfəri öldürmüş bir quldur idi, İranşəhr və Kəhnuc rayonlarında at oynadırdı. Avərtin adlı strateji dağ kəndinin Kamrani tayfasından bir qadınla ailə qurmuşdu, günbəgün daha çox quldurluq edirdi. Əhalinin canına da qorxu salmışdı.

Qasim Süleymani bu nəticəyə gəldi ki, təhlükəsizliyi bərqərar etməkdən ötrü Avərtin kəndində hərbi əməliyyata başlamaq lazımdır. Bəm, Kirman və İranşəhr istiqamətlərindən bir əməliyyat planlaşdırdı. Mən Bəm briqadasında idim. İranşəhr və Kirmandan da briqadalar yola düşdü. Süleymani şəxsi heyətini helikopterlə Kirmandan gətirib lazımi bölgəyə boşaltdı və Eydukun başçılıq etdiyi silahlı dəstələrlə döyüş başlandı.

Bu əməliyyatda bir qrup quldur ələ keçirildi, bir qrupu öldürüldü, Eyduk Bamiri isə qaçdı. Hacı Qasim əmr etdi ki, Kamrani tayfasını 60 km aşağıya köçürsünlər. O vaxtacan belə bir iş görülməmişdi. Bu hadisə bomba kimi əks-səda doğurub digər tayfaların ürəyinə vahimə saldı. Bundan sonra Ciroft və Kəhnucda görüşlər keçirdi.

Ciroftda bütün tayfa başçılarını topladı, quldurları dövlətə təslim etməkdən ötrü on gün vaxt verib dedi: "Adam öldürənlərə möhlət veririk ki, razılıq alsınlar; əks-təqdirdə, məhkəməyə gedəcəklər. Lakin bu müddətdən sonra hansı tayfa quldurları təhvil verməsə, Kamrani tayfası kimi onları da köçürəcəyəm".

Qaşını qaldıranda siması dəyişirdi, hədələyəndə hamı bilirdi ki, dediyini edəcək. Kamrani tayfası buna bir nümunə idi. İki gündən sonra Kəhnucda da oxşar görüş keçirib oradakı tayfa başçılarını topladı və eyni sözü söylədi. Onların təslimolma görüntüləri var. Deyirdilər ki, biz Qasim Süleymaniyə təslim oluruq.

Yalnız birindən başqa bütün tayfalar quldurları təslim etdilər. Qasim Süleymani də əkinçiliyə başlamaları üçün onları torpaq və su ilə təmin etdi. Deyirdi ki, bunlar baxımsız qalıblar, iqtisadi durumlarını düşünməliyik. Əhrar adlı bir layihə çərçivəsində həmin tayfalara quyu qazmaq üçün yüzdən artıq qazıntı icazəsi aldı. Düşünürdü ki, iqtisadi işlər görmək və bunun yanında mədəni fəaliyyətlərlə məşğul olmaq lazımdır. Polisi, korpusu, valiliyi - hamını bu işə səfərbər etmişdi.




Əsirlə rəftar

Sərdar İsgəndəri

Bir gün Qasim Süleymanini görməyə getdim. Ölkənin cənub-şərqində onun nəzarəti altında quldur dəstələrini tapmaqla məşğul idik. Bir dəfə hər bir cinayətə əl atan bir dəstə ilə rastlaşdıq. Hacı Qasimə məlumat verəndə narahat olub dedi: "Onları ələ keçirməkdən ötrü nə bacarırsınızsa, edin. Nə istəsəniz, verəcəyəm".

Mənə ezamiyyət vərəqi alıb dedi ki, mənimlə gəl. Qərargahdan həyətə çıxdıq. Bir neçə böyük maşını göstərib dedi: "Bunları və istədiyin qədər canlı qüvvəni götür, onları ələ keçir və gətir!”

Canıma qorxu düşdü, amma tapşırığı qəbul etdim. Bizə son tövsiyələrini verdi. Quldurların get-gəl etdikləri ilk yerdə pusqu qurduq, lakin gələn olmadı. İkinci və üçüncü yerlərdə də nəticə əldə edə bilmədik. Dağ və düzənliklərdə bir neçə həftə pusqu qurmaqla məşğul olduq. Harada mümkün olurdusa, pusqu qururdum, amma onları tapa bilmirdim. Çox narahat idim.

Bir gün uşaqların biri mənimlə əlaqə saxlayıb dedi:

– Onları tapdıq.

– Necə? – deyə soruşdum.

– Hüseynabad kəndindəki dostlarımdan biri onların izini tapıb. Bu axşam ora gedirlər.

Tez uşaqları hazırladım, günorta saat 2-də bir neçə maşınla kəndin yolunun kənarında pusqu qurduq. Bir müşahidəçi qoyub özümüz digər tərəfdə silahları hazırladıq. Saatın əqrəbləri tərpənmək bilmirdi. Axşam düşməkdə idi. Bir qədər sonra şam namazlarımızı qıldıq. Allahdan istəyirdim ki, bu əməliyyat uğurlu olsun. Dua etdiyim yerdə yoldan bir neçə maşın səsi gəldi. Müşahidəçi işarə ilə obyektin kəndə doğru gəldiyini bildirdi. Onların yerləşdiyinə əmin olandan sonra gecə vaxtı sakit çöldə yola düşdük.

Gizləndikləri yeri bilirdik. Oranı dörd tərəfdən mühasirəyə aldıq. Əməliyyat evə bir neçə əl qumbarası atmaqla başlandı. Bir neçə saat vuruşduq. Biz xeyli sursat götürmüşdük, onlarınkı isə az idi. Buna görə çox müqavimət göstərə bilmədilər. Bir neçə saat vuruşandan sonra hamısı əllərini başlarına qoyub evdən çıxdı.

Kəndin bir tərəfində dizi üstə oturdub qollarına qandal vurduq. Hava işıqlanmağa başlayanda Hacı Qasimə xəbər verdim. Çox sevindi; sanki dünyanı ona vermişdik. Dedi ki, indicə gəlirəm.

Bir saatdan sonra uzaqdan helikopter səsi gəldi. Bildim ki, özüdür.

Helikopteri çətinliklə yerə oturtduq. Hamımıza təşəkkür etdi. Ona dedim: "Onları kənd yolunun kənarında saxlamışam. Sizi gözləyirdim". Təəccüblə mənə baxıb dedi: "Tez gedək".

Fikirləşirdim ki, yəqin, onları görəndə çəkməsi ilə üz-başlarına vuracaq. Onlara necə nifrət etdiyini bilirdim. Lakin görəndə narahat halda dedi: "Bu nə vəziyyətdir?! Niyə onlara xörək və su verməmisiz? Niyə onları belə ortada saxlamısız? Bu necə əsir tutmaqdır?!"

- Bunlar iğtişaş törədənlər, adam öldürənlərdir! - təəccüblə dilləndim.

- Bu, əsir düşmələrindən öncəyə aid idi. Əsir tutandan sonra onlarla ürəyin istəyən kimi rəftar edə bilməzsən, - deyə cavab verdi.

Mənə qəribə gəlirdi. Ondan belə rəftar gözləmirdim. Helikopterə minəndə dedi: "Əsirlərlə rəftarda həzrət Əlinin yolu belə deyil. Biz gərək Əli kimi yaşayaq!"




Quldurların diz çökməsi

Sərdar Məhəmmədəli (Əziz) Cəfəri


Müharibədən sonra ölkənin cənub-şərqində – Sistan və Bəlucistan, Kirman və Hürmüzqan vilayətlərinin bir hissəsində vəziyyət olduqca ağır idi. İş o yerə çatmışdı ki, inqilab düşmənləri magistral yollarda pusqu qurur, mülki insanları əsir tuturdular. Onda korpusun Quru Qoşunlarının komandanı idim. Hacı Qasim tez-tez deyirdi ki, gərək bir şey fikirləşək. Milli Təhlükəsizlik Şurasına təklif etdik ki, korpus cənub-şərqdə təhlükəsizliyi təmin etməyə hazırdır. Hacı Qasimin razılaşmalarından sonra bu iş baş tutdu, tapşırığı da onun özünə verdik. O, 1994-95-ci illərdə cənub-şərqdə korpusun Qüds qərargahının komandiri idi. İşə başladı və bir ildən az müddətdə bölgənin quldur dəstələri silahlarını yerə qoyub təslim oldular. Bəzi region ölkələri, hətta Ərəbistanın təhlükəsizlik təşkilatları tərəfindən güclü himayə olunan və Amerika tərəfindən idarə edilən quldur dəstələrinin təslim olması hamını təəccübləndirirdi. O zamandan etibarən ölkənin cənub-şərqində təhlükəsizlik pozulmadı.




Hədsiz təvazökarlıq

Əhməd Dehqan


1997-ci il idi, müharibədə Qasim Süleymaninin müavini olmuş Qasim Mirhüseyni barədə kitab yazırdım. Qərara gəldik ki, bir gün səhərdən axşama qədər Kirmanda olum və Hacı Qasim mənə ondan danışsın. Günün ilk və son uçuş biletlərini aldılar, hələ günəş çıxmamış Kirmana çatdım. Məni qarşılamağa gəlmiş ucaboy kişi soruşdu: "Hacı Qasimi gördün?"

– Yox, – deyə cavab verdim.

– Bir işi çıxdı, həmin təyyarə ilə Tehrana getməyə məcbur oldu. Günortaya qədər qayıdacaq.

Sarəllah diviziyasının qonaq evinə getdik. İkimərtəbəli ev idi, kiçik bir qapı ilə yandakı evə yolu vardı. Həmin gün bildim ki, yandakı Hacı Qasimin evidir. Gəlib dedilər ki, bekar qalmayasan deyə gedək, şəhəri və tikilməkdə olan müharibə muzeyini göstərək. Gedib Gəncəli xan hamamını, Əli Əkbər sənət muzeyini və digər yerləri görüb günorta qayıtdıq. Həmin ucaboy kişi yenə utana-utana yaxınlaşıb dedi: "Hacı Tehrandan zəng vurub dedi ki, sizdən üzr istəyim, axşamüstü qayıdacaqmış".

Bu sözündən utandım. Mən tanınmaz yazıçı idim, o isə məşhur bir diviziyanın komandiri; lakin gecikdiyinə görə məndən üzr istəməyə adam göndərmişdi. Axşamüstü də gəlmədi. Ucaboy kişi yenə gəlib dedi ki, Hacı Qasim axşam gələcəyini söyləyib.

Günbatan çağı ikinci mərtəbənin pəncərəsinin yanında dayanmışdım. Hacı Qasim gəldi, maşından enib o biri evə, 10-15 dəqiqədən sonra da ev paltarında bayıra çıxıb bu biri evə girdi. Qapını açanda məni qucaqlayıb üzr istədi. Mən yenə xəcalətimdən tərlədim.

Oturub danışmağa başladıq. Söhbətin ortasında dedi ki, şam yeməyimizi gətiriblər. Gecənin yarısına qədər Mirhüseynidən danışdı. Bəzən kövrəlir, bəzən gülürdü. Söhbət əsnasında bir söz dedi, heç vaxt yadımdan çıxmaz. Kərbəla-5 əməliyyatının çətinliklərindən və Qasim Mirhüseyninin şəhadətindən danışıb dedi:

- Mən Əli ibn Əbu Talibin (ə) dövründə olmamışam ki, Malik Əjdərin döyüşünü görüm. Lakin Malik Əjdər Mirhüseyni kimi döyüşmüşsə, ağır mühasirə zamanı Mirhüseyni kimi olubsa, həqiqətən də, cəsur və qəhrəman olmuşdur.

Mirhüseyni barədə bu bənzətməsi məni çox heyrətləndirdi.

Gecənin yarısı söhbətimiz bitdi. O gedəndən sonra kasetlərə xeyli qulaq asdım. Sübh tezdən getməyə hazırlaşdım. Hələ hava işıqlanmamış aşağı enəndə onu gördüm. Təsəvvür edirsinizmi, tanınmaz bir yazıçını yola salmağa çıxmışdı! Necə xəcalət çəkdiyimi və onun qəlbləri necə fəth etdiyini gərək orada olub öz gözlərinizlə görəydiniz!

Bir neçə aydan sonra kitab hazır oldu. Bir nüsxəsini Hacı Qasimin oxuması üçün göndərdilər. Bir neçə gündən sonra mənə bir qeyd yazdığını xəbər verdilər. Gedib aldım. Bu sözləri yazmışdı: "Oxuyub ağladım. Kərbəla-5 əməliyyatının bütün gecələrinin savablarını bu kitabla dəyişməyə hazıram!"




On milyon

Məcid Namcu


1993-cü ildə Hüseynzadə və Haşimi ilə birlikdə bir Toyota avtomobili ilə Tehrana iclasa gedib yenə Kirmana qayıtdıq. İclas quldurların keçdikləri boğazların bağlanması barədə olmuşdu, protokolu da bizdəydi. Kirmanda qərara gəldik ki, əməkdaşları evlərinə çatdıraq və yoldaşlarımızın biri sübh çağı maşını idarəyə təhvil versin.

Gecə saat 2-də Hüseynzadəgilin küçəsinə girdik. Küçə bir qədər qaranlıq idi. Birdən küçəyə bir maşın döndü. Nissan Patrol avtomobili idi. İçindən təxminən 15-16 silahlı düşüb bizi mühasirəyə aldı. Bildik ki, quldurlardır. Hüseynzadə Mühəndis-istehkam rəisi idi. O vaxtacan quldurların kimisə tutub sağ buraxdıqları görünmədiyindən Hüseynzadə onların komandiri Eyduk Bamiriyə dedi: "Baxın... mən pasdaram, bunlarsa mühəndisdirlər. Məni apara bilərsiniz".

Onlarsa yalnız maşınımızı istəyirdilər; bizi yerə endirdilər və qəza işıqlarını kəsib maşını apardılar.

Ertəsi gün bu hadisə Sərdar Süleymaniyə məruzə olundu. Biz onun yanına getdik. Hadisəni söyləyəndə quldurların Kirmanın Azadlıq meydanına və Şəfa xiyabanına qədər gəldiklərinə təəccübləndi.

Sonralar bildik ki, onların maşınlarından biri çöllükdə xarab olubmuş. Maşın tapmaqdan ötrü şəhərə gəliblər və torlarına biz düşmüşük. Qasim Süleymani həmin gün bizə dedi: "Əgər sizi aparıb hər birinizə on milyon tümən də istəsəydilər, verərdim".




Əşirət gəncləri

Sərdar Xəlili


Yoxsul idilər, düz-əməlli gəlirləri yox idi. O zaman xurma indiki qədər yeyilmirdi ki, satıb dolanışıqlarını təmin etsinlər. Quldurların təhrikləri onları aldadırdı, pul qarşılığında onlara işləyirdilər.

Hacı bekar durmadı, fikirləşdi ki, əşirətlərin tələyə düşməsinin qarşısını necə ala bilər. Həmin gənclərin bəzisi fərari əsgərlər idi. Hərbi biletləri olmadığına görə işləyə bilmir, bekarlıqdan quldurlara yaxınlaşırdılar. Qərara alındı ki, fərarilər gəlib əsgər forması geyinsinlər, öz bölgələrində xidmət etsinlər, maaş da alsınlar. Çünki çoxunun ailə-uşağı vardı. Bu onların xeyrinə idi. Evlərinin yaxınlığında xidmət edirdilər, gəlirləri olurdu, sonra da hərbi bilet alıb sürücülük vəsiqəsi ala, haradasa işləyə, iş icazəsi ala, halal və hörmətli bir iş qura bilərdilər. Həmin əsgərlərin nisbətən savadlı olanlarının çoxu hacının vasitəsilə polis işləməyə başladı.




Girovların azadlığı

İbrahim Şəhriyari


Lar dərəsi bölgənin strateji nöqtəsi idi: İran, Əfqanıstan və Pakistan sərhədi. Lakin yoldan istifadə etmək çox çətin idi.

Həmid Notaninin başçılıq etdiyi əllidən çox quldur, hərbi hissələrə bölünmək üçün Zahidana gedən əsgərlərin yolunda pusqu qurmuşdular. Onlar ilk dəfə idi belə nizam-intizamlı pusqu qururdular. Məsələnin başqa yerdən idarə olunduğu bəlli idi. ABŞ, İsrail və Ərəbistan əməliyyat planı hazırlamışdı. Günorta saat 2-də iki avtobusun qarşısını kəsib bütün əsgər və gizirləri girov götürdülər. Onları kamera önündə danışdırmaq, sonra aparıb öldürmək, bununla da İran dövlətini zəif göstərmək istəyirdilər.

Bu xəbər Hacı Qasimə çatdı. Kirmandan yola düşüb gecənin yarısı bizim yanımıza gəldi. Bir helikopterlə və bir atəş komandasıyla quldurların başı üstə getdik. Özümüzə gələndə gördük ki, Əfqanıstan torpaqlarının 25 km-liyindəyik.

Bölgəni araşdırıb əmr etdi ki, quldurlara kömək edən maşınları vursunlar. Təyyarələrimizin bombardmanı nəticəsində çoxu məhv edildi, bir qismi də qaçdı. Korpus sərhədə nəzarəti ələ keçirdi. Piyada qüvvələrə əmr etdi ki, tankla Robat kəndinə, uşaqlarımızın səngərdə saxlandığı yerə girsinlər. Quldurlar bizim əlimizdəydilər; həm qurudan, həm də havadan. Seyyidüş-şühəda briqadası üç piyada batalyonla və ağır texnikalarla əməliyyata başladı. Yetmiş beş quldurun iyirmi beş nəfəri öldürüldü, qalanı da ölümə yaxınlaşdı. Əfqanıstanlı ağsaqqallar söz verdilər ki, girovlarınızı sağlam təhvil alacaqsınız, amma digərləri ilə işiniz olmasın. Hacı da şərtlərini qəbul etdi. Əməliyyatı o qədər yaxşı idarə etdi ki, bir kəndlinin də burnu qanamadı. Doxsan altı girovun hamısı günortadan sonra saat 4-də sağ-salamat azadlığa çıxdı.




Ongünlük imkan

Əlican Süleymani


Kəhnuc rayonunun icra hakimiyyətində iclas təyin etmişdi. Bəzi müharibə komandirləri də yanındaydı. Bütün tayfa başçılarını çağırmışdı. İclasda çıxış etdi; İslamın meydana çıxmasından, Peyğəmbər dövründən, imamların tarixindən, Kərbəla hadisəsindən, İslam inqilabına və İmam Xomeyni hərəkatına qədərki bütün hadisə və müsibətlərdən danışıb dedi:

– Bu gün İslam Respublikası sizə önəm verir, sizi mötəbər bilib dəvət edib. Mənim yanımda oturanların hamısı səkkiz il müharibə görüblər, başlarına gəlməyən qalmayıb. Onlarda qorxu və həyəcan yoxdur. Onlar burdadırlar və təhlükəsizliyi təmin etməyincə getməyəcəklər. Bizim qarşımızda sizlər varsınız. Biz sizi tanıyırıq, sizə dəyər veririk. Dedik ki, sizlər böyüklərsiniz, kömək edə bilərsiniz. Tayfalarınızdan hər hansı səbəbdən quldurluq və fərarilik etmiş adamları gətirməyə on gün vaxtınız var. Silahları özünüz toplayın, hamısı birlikdə gəlsin. Mən hər tayfadakı nümayəndəmi sizin evlərinizə göndərəcəyəm. Siyahılarınızı verin, silahları və şəxsləri müəyyən edin. Mənim tam səlahiyyətli nümayəndəm də oraya gəlib amannamə verəcək. Boyunlarında haqq qalmış, məsələn, kimisə öldürmüş adamlar da qanuni işləri ilə məşğul olsunlar; ya razılıq alsınlar, ya qanbahasını versinlər; qanun nəyi tələb edirsə. Xüsusi problemi olmayanlar da gəlib silahlarını yerə qoysunlar. Qanuni işlərini görənə qədər digərləri üçün də problem olmayacaq.





Dördüncü fəsil

Livan və Əfqanıstan

Ağrı və yuxusuzluq

Seyid Həsən Nəsrullah

1998-ci ildən, onunla əlaqələrimiz başlayandan çox az olub ki, biz onun yanına gedək. Həmişə o gəlirdi. Burada bütün qardaşları görür, özü döyüş yerinə gedir, döyüşçü və mücahidləri dinləyirdi. Bu iş idarəetmə və komandirlik sahəsində ona böyük üstünlüklər qazandırırdı. Hacı Qasim komandirlərin yazılı məruzələri ilə kifayətlənmirdi; meydana gedib öz gözləri ilə görür, sözləri dinləyir, müxtəlif səviyyələrdə adamlarla söhbət edirdi. Həmişə ön xəttə, ölümün üstünə gedirdi. Bu sahədə onunla fikir ayrılığımız vardı. Mən həmişə onu arxada saxlamağa çalışırdım.

2006-cı ilin iyulunda, otuz üç günlük müharibədə Tehrandan Dəməşqə gəldi, bizimlə əlaqə saxlayıb dedi ki, Cənubi Zahiyəyə sizin yanınıza gəlmək istəyirəm. Dedim ki, bu, mümkün deyil; bütün körpülər vurulub, yollar bağlanıb, İsrail qırıcıları hər bir hədəfi vururlar, vəziyyət çox ağırdır. O isə israrla dedi: "Maşın göndərməsəniz, özüm gələcəyəm”. Nəhayət, özünü bizə yetirdi və axıra qədər yanımızda qaldı.

Hacı Qasim yorulmurdu. Hamımız yorulur, bəzən çox sıxıntı keçirirdik. O isə saatlarla işləyir, yorulanda da işinə davam edirdi.

Bir dəfə gələndə dişi ağrıyırdı. Dözülməz ağrısı vardı. Dedik ki, həkim gətirək. Dedi ki, indi yox, iclasdan sonra. Altı saat oturub ağrıya dözür, iclası idarə edir, qərar qəbul edir, sonra həkimə gedirdi. İndiyədək Hacı Qasim qədər ağrı və yuxusuzluğa dözən bir adam görməmişəm.
 



İsrail hərbi kateri

Mənuçöhr Müttəki


Qasim Süleymaninin komandirliyinin parladığı yerlərdən biri də otuz üç günlük müharibə idi. O, bu müharibəni bir növ idarə edirdi. Döyüş taktikalarını, strategiyaları Seyid Həsən Nəsrullahla və Hizbullahın əsas komandirləri ilə xəritə üzərindən araşdırırdı. Məlum idi ki, İsrailin Aralıq dənizindəki hərbi katerinə təsadüfi şəkildə raket dəyməmişdi. Onlar bir plan əsasında qərara gəlmişdilər ki, sionist rejimin dəniz qüvvələrini sıradan çıxarsınlar. Elə də oldu. Kater vurulandan sonra dəniz qüvvələri daha döyüşə girmədi. Çünki eyni taleyi yaşayacaqlarını bilirdilər. İsrail ilk dəfə hiss edirdi ki, quru yolla irəliləyə bilmir. Halbuki öncəki təcavüzlər zamanı əsas uğurlarından biri Livan torpaqlarına girməsi və Quru Qoşunlarından istifadə etməsi olmuşdu. Bu müharibədə isə sərhəddən irəli gedə bilmədiklərini, hətta işğal etdikləri məhdud bölgədə də qala bilmədiklərini gördülər və geri çəkildilər.
 


Müqavimət ruhu

Xalid əl-Bətş


Biz hər dəfə onun və İslam Respublikasının qonağı olanda birlikdə yeyirdik, birlikdə otururduq, sözlərini dinləyirdik. O da bizim fikirlərimizə qulaq asırdı. Həmişə onun lütfkarlığını, təvazökarlığını görürdük. Deyirdi ki, mən sizin qulluğunuzdayam.

Hacı Qasim Süleymani Fələstin müqavimətinə müxtəlif şaxələr əlavə etdi, Allah-Taalanın köməyi ilə Qəzzə zolağında müqaviməti genişləndirdi. O, müqaviməti ehtiyacı olan hər bir şeylə təmin edirdi: siyasi, hərbi, hətta təhsil imkanlarıyla. Hacı Qasim Fələstinin müqavimət ruhu idi, müqavimətin nəbzi onun dəstəyi ilə döyünürdü. Səraya əl-Qüds, əl-Qəssam və Fələstin müqavimətinin digər islamçı və millətçi təşkilatları arasında fərq qoymurdu, hamıya kömək edirdi. Çünki bizim hamımız sionist düşmənə qarşı vuruşurduq. Hacı Qasim məşhur olduğu böyük səbri ilə Qəzzədə müqaviməti gücləndirə bildi.




Əməliyyat otağında

Xalid Qədumi

Aydın siyasi düşüncə və baxışa malik hərbi şəxsiyyət az olur. Hacı Qasim Süleymaninin şəxsiyyətini fərqləndirən əsas səciyyə buydu. Onun Fələstin müqavimətinə xidmətlərini iki yöndən izah etmək olar:

Birincisi düşüncə yönüdür. O, daim düşünürdü ki, müqavimət cəbhəsi sionist rejimi necə məğlub edə bilər. Mənim fikrimcə, bu düşüncə önəmli məsələdir və sionist düşməni qorxudan amildir; xüsusən İslam ümmətinin ixtilafları kənara qoyub bir sırada birləşməsinə gətirib çıxardıqda.

Hacı Qasimin şəxsiyyətini fərqləndirən və müqavimətlə münasibətində bariz olan ikinci cəhət təcrübədən tutmuş himayəyə qədər hər bir şeyini müqavimətə təqdim etməsidir. O həmişə qardaşlara deyirdi ki, nəyimiz varsa, ortadadır; nə istəyirsinizsə, nəyə ehtiyacınız varsa, götürün. Bu, maddi dəstək baxımından idi: silah, logistika, hərbi iştirak və texnoloji baxımdan ehtiyac olanlar. Habelə proqram və siyasət baxımından da beləydi. O, bütün təcrübələrini qardaşlara ötürürdü. Bu isə müqavimətə, xüsusən Fələstin müqavimətinə köməkdə mühüm rol oynayırdı.

HƏMAS hərəkatı bu dəstəyə xüsusi şəkildə şahid olmuşdur. Düzdür, bizim əlaqələrimiz qədim idi, onun Qüds qüvvələrinə gəldiyi zamandan başlamışdı, amma Hacı Qasim İzzəddin Qəssam briqadasında və HƏMAS-dakı qardaşlarında əsl ciddiliyi görəndə bu əməkdaşlıq pik nöqtəsinə çatdı. Biz bunu xüsusən də 2008-ci ildəki müharibədə gördük. Hacı Qasim cihadın kömək istəyini qəbul edib Dəməşqə gəldi, Qəssamla HƏMAS arasındakı müştərək əməliyyat otağında İsrailə ağır zərbə endirməkdə fələstinli mücahidlərin strategiyasını yaxından izlədi. İsraillilərin “Tökmə qurğuşun əməliyyatı” adlandırdıqları Furqan müharibəsində inkarolunmaz müsbət təsirləri oldu. Düşmənin mömin və mücahidlərdən ağır zərbə aldığı bu döyüşdə onunla çiyin-çiyinə idik.




Təhlükə dolu həyat

Sərdar Hüseyn Salami

Sərdar Süleymani sionistlərə qarşı müharibəyə qoşulanda fələstinlilər daşla vuruşurdular. Onun xidmətləri sayəsində bu gün Qəzzə, Qərb sahili və Fələstinin şimalı sionistlərə qarşı alov meydanıdır və onlar qorxularından ətraflarına divar çəkmişlər. Süleymani İsraili həbs etmişdir. O,  Livan müharibəsində sionistlərə qarşı bir başa müharibəyə qoşuldu. Onun hünəri təhlükə dolu həyatındaydı. O, müsəlmanlar təhlükə altında qalmasınlar deyə Aralıq dənizində dayandı, amerikalıların Yeni Orta Şərq projesini iflasa uğratdı. General Süleymani o qədər güc qazanıb ki, sionistlər qulaqlarını itiləsələr, sərhədlərinin dibində iranlı, hicazlı, livanlı və pakistanlıların səslərini eşidərlər.




Proqnoz

DoktorMəhəmmədbaqirBabayi

Sərdar Süleymaninin İraq-İran müharibəsində diviziya komandirliyindən Vəlfəcr-8, Kərbəla-4 və Kərbəla-5 kimi mühüm əməliyyatların komandirliyinə qədər əldə etdiyi təcrübələri onu üzbəüz sahə döyüşlərinə tam alışdırmışdı. O, müharibədən sonra şərq sərhədlərində quldurlara qarşı mübarizəsi nəticəsində düşmənin müxtəlif təhdidləri ilə əlbəyaxa olmuşdu. Bu çətin sınaqlardan başı uca çıxması onu 33 günlük müharibədəki daha mürəkkəb sınağa tam hazırlamışdı. Onun qorxmaz və yorulmaz ruhiyyəsi və qeyri-bərabər döyüşlərin sirləri ilə tanışlığı, dünyanın hərbi strateqlərinin gözlədiyinin əksinə olaraq, 33 günlük müharibənin Livan xalqının və Hizbullahın xeyrinə bitməsinə səbəb oldu. Hacı Qasim və İmad Müğniyə sionist düşmənin taktikalarına dair dəqiq proqnozla mürəkkəb bir əməliyyat həyata keçirdilər, İsrail gəmisini onlarla hərbçi ilə birlikdə məhv etdilər. İsrail onun bu müharibədə iştirakından elə qəzəblənmişdi ki, Beyrutun Zahiyə bölgəsində PUA və döyüş təyyarələri ilə onu öldürməyə çalışdılar, ancaq müvəffəq ola bilmədilər.




Müdafiəsiz xalq
Doktor Misbah Baqiri Kəni

Hacı Qasimi tanıyanlar döyüş yoldaşlarının müsibətinin ona necə ağır təsir etdiyini bilirlər. Bununla yanaşı, şəhid ailələrinin vəziyyəti ilə maraqlanır, onlara atalıq edirdi. Məhz buna görə şəhid övladları onun şəhadətindən sonra deyirdilər ki, sanki yenidən yetim qaldıq.

Bir dost deyirdi ki, Qəzzə müharibəsinin bitməsinə bir gün qalmış, yəni 21-ci gündə hər iki tərəf bir gündən sonra atəşkəs təklifini qəbul etdi. Axşam namazının vaxtı gəldi. Hacı Qasim namazda elə ucadan,hönkürtü ilə ağlayırdı ki, hamımız heyrətləndik. Namazdan sonra cəsarətimi toplayıb soruşdum:

- Niyə buqədər ağlayırdınız?

- Bu son 24 saatda sionist rejim bundan artıq rüsvay olmayacağından arxayındır. Buna görə də,Qəzzə əhalisinin, xüsusən də zavallı uşaqların başına dayanmadan bombalar tökəcək, onları qanlarına qəltan edəcək. Qarşımızdakı 24 saatda baş verəcək faciələrə görə narahatam; Allaha yalvarırdım ki, bəlaları uzaqlaşdırsın, - deyə cavab verdi.





Müqavimət özəkləri

Doktor Mürtəza Əşrafi

Sərdar Süleymaninin başçılıq etdiyi Qüds korpusunun regiondakı böhranların idarəsinə dair ən önəmli strategiyalarından biri müqavimət özəkləri yaratmaq və onların ümumi fəaliyyətlərini tənzim etmək olmuşdur. Buna ən bariz və uğurlu nümunə region hadisələrində, xüsusən də sionist rejimlə mübarizədə mühüm rol oynayan Livan Hizbullahıdır. Hizbullah Qərbi Asiyanın kiçik bir ölkəsində sırf milli və adi bir partiya deyil. Bu partiya çox transmilli xüsusiyyətlərə və önəmli regional funksiyaya malikdir. Bu uğurlu nümunə səbəbindən İran digər ölkələrdəki müqavimət özəkləri olan belə təşkilatların yaradılmasına səbəb oldu. General Qasim Süleymani İraqda Həşdəl-şəbinin yaradılmasına böyük kömək etdi, Bədr korpusu, Əsaib əl-Həqq və İraq Hizbullahı kimi təşkilatları açıq şəkildə dəstəklədi. Sonda isə Həşd əl-şəbi İraq parlamenti tərəfindən silahlı qüvvələrdən biri kimi təsdiq olundu və qanuni status aldı. O, Suriyanın könüllü Vətən müdafiəçiləri təşkilatını idarə etməklə terrorçu qruplaşmalara qarşı mübarizədə mühüm rol oynadı. Sərdar Süleymaninin Suriya müharibəsindəki şah əsərlərindən biri yerli qüvvələrin təşkilatlandırılması idi. Müqavimət cəbhəsi onun sayəsində terrorçu qruplaşmalara qarşı mübarizə və Dəməşqin itirdiyi coğrafiyaya qayıdış imkanı qazandı. Bundan əlavə, o, Fatimiyyun və Zeynəbiyyun diviziyaları kimi xüsusi təşkilatların yaradılmasında da mühüm rol oynadı.





İkiqa rdaş

Haim Tomer

Yaxşı yadımdadır, Qasim Süleymani 2006-cı il müharibəsində iştirak edirdi. O, Hizbullahın gücünü ondəfələrlə artırmaq istəyirdi. Əməliyyat bitəndə isə məqsədinə çatmışdı. Süleymani ilə Müğniyə onminlərlə dəqiq raket başlığı əldə etməyə çalışırdılar. Onlar iki qardaş kimi yan-yana oldular və məqsədlərinə çatdılar.




O bir nəfər

Əli Soufan

İstəsə, öz avtomobili ilə Tehrandan Livan-İsrail sərhədinə qədər gedə bilər və yolda onu heç kim saxlamaz. Lakin Orta Şərqin bu ən qüdrətli komandiri sərt və kobud danışmır, olduqca təvazökardır. Kiminsə onun qəhrəmanlıqlarını tərifləməsinə qoymur, əlini öpməyə icazə vermir. Amerika qəzetlərinin biri Süleymanini sonsuz həddə sevimli olmasıyla bərabər, olduqca təvazökar təsvir etmişdir. Terrorizmlə mübarizə mərkəzinin aylıq jurnalının yazarı təkidlə bildirirdi ki, bu sakitlik və təvazökarlıq 2018-ci ilin yayında,müvəqqəti olaraq, öz yerini qəzəbə verdi. O, Trampın İran prezidenti Həsən Ruhaniyə qarşı təhdidli tvitindən yazır, sonra general-leytenant Süleymaninin bu təhdidə cavabını əks etdirirdi. Süleymani Həmədandakı çıxışında demişdi:

“Cənab qumar bazTramp! Siz bizim regiondakı güc və imkanlarımızdan yaxşı xəbərdarsınız, qeyri-bərabər döyüşdə necə qüdrətli olduğumuzu bilirsiniz. Gəlin –sizi gözləyirik. Biz bu meydanın adamlarıyıq. Siz bilirsiniz ki, bizimlə müharibə hər şeyinizi itirməniz deməkdir. Bəlkə də müharibəni siz başlada bilərsiniz, ancaq sonunu təyin edən biz olacağıq”.

Əgər Amerika əleyhinə belə aşkar təhdidləri edə biləcək bir nəfər varsa, o da Qasim Süleymanidir; hansı ki, amerikalı təhlilçi onu hər yerdə hazır olan qüdrətli casus adlandırmışdı. Başqa bir amerikalı ekspert onu İranın əsl Xarici işlər naziri sayırdı. Onların heç biri boşuna demirdi. Süleymani Amerika xalqı tərəfindən tanınmasa da, İranın xarici siyasətinin böyük bir hissəsini təxminən təkbaşına idarə edirdi. O, İrandan xaricdə-Dəməşq, Beyrut, Bağdad, hətta Moskvada da siyasi liderlərin sirdaşına çevrilmişdi.




Çevrilişə qarşı

Nurəddin Şirin

Qasim  Süleymani 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd zamanı ABŞ-Sionizm-Səudiyyə üçlüyünün planı qarşısında təkbaşına dayanmışdı.
Türkiyənin 80 milyondan çox əhalisini, generallardan tutmuş qalstuklu siyasətçilərə qədər kimi araşdırsanız, heç biri Türkiyəni çevrilişçilərdən qorumaq üçün bu iranlı, kirmanlı general qədər təsirli iş görməmişdir.




Qədim komandir

Əli Soufan

İran sonillərdə Orta Şərqdə, Livan və Suriyadan İraq və Yəmənə qədər müxtəlif ölkələrdə öz gücünü nümayiş etdirmişdir. İranın müvəffəqiyyət açarlarından biri yarım hərbi güclə dövlət gücünü birləşdirməyə əsaslanan özünə məxsus strategiya olmuşdur. Bu strategiya müəyyən həddə Livanda Hizbullah modelindən ilhamalmışdır. Hamı etiraf edir ki, bu siyasətin memarı İranın Qüds qüvvələrinin qədim komandanı Qasim Süleymanidir.




120 komandir

Seyid Həsən Nəsrullah

(İŞİD İraqda olanda) gecə saat 12-də bizim yanımıza gəldi. Yadımdadır, dedi ki, günəş çıxana qədər sizdən 120 əməliyyat komandiri istəyirəm. Dedim ki, hacı, indi gecə saat 12-dir, mən 120 əməliyyat komandirini haradan gətirim? Dedi ki, başqa yolumuz yoxdur.

Qasim Süleymani ilə əlaqəmizin olduğu bu 22 ildə bizdən heç vaxt birşey istəməmişdi. İstədiyi yeganə iş bu idi, bunu da İraq üçün istəyirdi. Onda hiss etdim ki, onun bütün dünyası İraqdan və bu döyüşdən ibarətdir. Həqiqətən, bu döyüşə qərq olmuşdu, düşünürdü ki, həll edici döyüşdür, səhlənkarlıq edə bilmərik. Ondan ötrü ölümə də hazır idi.

- Hacı, uşaqlar mənə dedilər ki, Bağdad-Samirra yolunda gedən karvanda siz də olmusunuz. Bu, təhlükəli işdir, - ona dedim.

- Başqa yol yox idi. Mən getməli idim ki, digərləri də gəlsinlər. Zaman çox azdır. Öncədən planlamaqla vuruşa bilmərik. Gərək başqa hesab-kitabla döyüşə girək, - deyə cavab verdi.

İraqda başverənlərə görə,həqiqətən, narahat idi. Razıydı ki, min dəfə öldürülsün, ancaq o ölkənin əhalisini, müqəddəs ziyarətgahları və elm hövzələrini xilas etsin, bu təhlükəni İraqdan və bütün regiondan uzaqlaşdırsın.




Sevimli aşiq

Seyid Həsən Nəsrullah

Döyüş yerlərində, İraq və Suriya cəbhələrində olduğuna görə həmişə təhlükədəydi. Lakin arxa cəbhədə qalmağı qəbul etmirdi, irəli gedib öz gözləri ilə görmək, yerindəcə dəyərləndirmə aparmaq, ön xətdəki döyüşçülərə baş çəkmək, onların yanında olmaq istəyirdi. Deyirdi ki, İraq və Suriyadakı döyüşlərin güclü müqavimətə, böyük cəsarətə və cəbhələrdə davamlılığa ehtiyacı var. Bunlar isə arxa cəbhədən idarə etməklə həyata keçə bilməz.

Hacı Qasim Süleymani səviyyəsində bir komandirin cəbhələrdə olmasının ən böyük nəticəsi psixoloji və mənəvi möhkəmliyin yaranması idi. Onun cəbhələrdə iştirakı döyüşçülərə güc verirdi, onların, bütün təhlükə və çətinliklərə rəğmən, möhkəmliyinə, müqavimətinə və qalmasına kömək edirdi. Özü deyirdi ki, mənəvi, psixoloji və emosional cəhət onun üçün önəmlidir. Hacı Qasim döyüş yerindəki ən ön istehkamlardakı uşaqların yanına gedəndə onunla görüşüb-öpüşürlər, ağlayırlar, qucaqlayırlar, oraya qədər getdiyinə görə etiraz edirlər. Bu psixoloji təsir çox əhəmiyyətlidir. Məhz buna görə döyüşçülərlə Hacı Qasim arasında dostluq və sevgi yaranırdı. Əgər hərbi birləşmələri arxa cəbhədən idarə etsəydi, bu münasibət yaranmazdı.
Şəkil və video görüntüləri saytlarda və sosial şəbəkələrdə yayılanda onunla danışıb dedim ki, hacı, bunlar təhlükəlidir. Mənə dedi: "Döyüş yerindəki, ön istehkamlardakı uşaqlar ölümə hazır olan könüllülərdir. Onların telefonlarını alıb, "Şəklimi çəkməyin; mənim üçün təhlükəlidir" deməyə utanıram”.

Bu baxımdan, Hacı Qasimin ilk şəkilləri özü və Qüds qüvvələri tərəfindən yox, ön xətdəki döyüşçülər tərəfindən yayılırdı, oradan da xəbər saytlarına keçirdi.




Aşiqanə

Höccətül-İslam Seyid Haşim Heydəri

Hacı Qasim imamı və rəhbəri sevdiyi kimi, Seyid Həsən Nəsrullahı da çox sevirdi. Seyid də onu çox sevirdi.

Təxminən yeddi il öncə Seyid Həsən Nəsrullahın yanındaydım. Görüşlərin birində ondan soruşdum: "İmam Mehdidən (ə) və Böyük Rəhbərdən sonra ən çox kimisevirsiniz?"

Gülüb dedi: "İlk dəfədir mənə bu sual verilir –Hacı Qasim Süleymanini". Sonra əlavə etdi: "Təsadüfən, bir neçə gün qabaq sübh namazından sonra fikirləşirdim ki, həzrət Əzrayıl gəlib mənə, "SeyidHəsən, sənin ruhunu alım, yoxsa Qasim Süleymaninin? – desə, tez cavab verərəm ki, mənim".



Hərbi dahi

Doktor Sədullah Zarei

Komandirlərin biri deyirdi ki, Qasim Süleymani Qüds qüvvələrinə komandan təyin olunandan bir  qədər sonra Əfqanıstana gəldi, oranın hərbi şəxsiyyətlərindən Əhməd Şah Məsudu görmək üçün Pəncşir dərəsinə getdi. Şah Məsud Talibanın mühasirəsində olan bölgənin hərbi xəritəsini açanda Qasim Süleymani yerin taktiki və əməliyyat xüsusiyyətləri barədə danışıb düşmənin vəziyyətini izah etdi. Onların arasında uzun müzakirə getdi, halbu ki Qasim Süleymani oraya ilk dəfə idi ayağını qoyurdu. Elə danışırdı ki, sanki orada yaşayır və bütün xırdalıqları bilir. Əhməd Şah Məsud Hacı Qasimə demişdi: "Komandan, siz hərbi məsələləri çox yaxşı bilirsiniz".

Əhməd Şah Məsud uzun illər SSRİ-nin qızıl ordusuna qarşı partizan müharibəsi apararaq "Pəncşir dərəsinin şiri" ləqəbini almış, şöhrəti hər yerə yayılmışdı.




Meydan adamı

Sərdar Abdullah Mübini

1997-2000-ci illərdə, Taliban Əfqanıstanın 90 faizinə nəzarəti ələ keçirəndə və Birləşmiş Əfqanıstan Cəbhəsi yalnız Pəncşir dərəsindən və digər kiçik yerlərdən ibarət hissəyə sahib olanda bəzi ekspertlər düşünürdülər ki, burada müqavimətin qələbəsindən söhbət gedə bilməz. Sərdar Süleymani isə Əfqanıstanın cihad təşkilatlarına dəstəyi davam etdirdi,quru yolun bağlanmasına baxmayaraq, müxtəlif üsullarla Əhməd Şah Məsuda və cihad təşkilatlarına kömək etdi, onları qələbəyə apardı.

İŞİD-in və digər təkfirçi qruplaşmaların Suriyanı ələ keçirdikləri günlərdə də eyni vəziyyət hökm sürürdü. Əl-Nüsrə cəbhəsi Suriyanın prezident sarayının yaxınlığına qədər getmişdi. Ümidsizliyin son həddində ikən,Qasim Süleymaninin idarəçiliyi hadisələrin gedişatını dəyişdirdi.








Beşinci fəsil

Suriya

Həmanın azadlığı

Sərdar Məhəmmədrza Fəllahzadə

Novruz bayramı idi. Hacı Qasim Suriyadakı komandirlərlə əlaqə saxlayıb vəziyyətin yaxşı olmadığını, əhəmiyyətli bir bölgənin təhlükə altında olduğunu öyrəndi. Düşmən mühasirəyə aldığı Həma şəhərini işğal etmək, bununla da Şimali Hums vəTəlbisə bölgəsinə, sonra isə Qərbi Qələmuna birləşərək Hələbi tutmağa çalışırdı. Bununla da ölkə sahildən və Dəməşqdən ibarət iki adaya bölünəcəkdi.

Hac ı Qasim Qənat Məlik kəndinə atasını görməyə getmişdi. Xəbəri eşidəndə soruşdu: "Gəlimmi?"

Biz Suriyadaydıq. Dedik ki, yox, Allaha təvəkkül, özümüz idarə edərik. Lakin ürəyi dözmədi, həmin gün Suriyaya gəldi. Özünü Həmaya yetirib Zeynəlabidin dağının hündür biryerinə qalxdı. Durbini götürüb soruşdu: "Əsas hücum hardadır?"

– Hər iki tərəfdən ciddi şəkildə gəlirlər, – deyə cavab verdik.

– Əsas hücum bir tərəfdədir, - dedi və diqqətlə baxandan sonra əlavə etdi: – Əsas hücum Asi çayının qərbindədir.

– Hansı səbəbdən?

– Düşmən oradan Həmanı adi gözlə görür, pulemyotla vura bilir. Buna görə də, Həmanı tutmağa həvəslənib, - deyib bizə baxdı. – Biz də o zaman Xürrəmşəhrin divarlarını, xurmalıqlarını görüb azad etməyə həvəslənirdik. Bunu necə başa düşmürsüz?

– Əgər başa düşsəydik, biz də Hacı Qasim olardıq! – zarafata dedim.

Hacı Məərdəs, Suran, Qumhanə və Asinin qərbindən Həlfayaya qədər cəbhələrə baxış keçirəndən sonra müdafiə vəziyyətini hücuma çevirməkdən ötrü iclaslar keçirdi. Bir qədər sonra əməliyyatlar başlandı, bir ay ötmədən Həmanın şimalındakı şəhər və kəndlər azad edildi, terrorçular Həlfayanın şimalına qədər geri çəkildilər. Təkfirçi terror təşkilatları bu ağır məğlubiyyətdən sonra atəşkəs təklifini qəbul edib müdafiə qınlarına çəkildilər.




Hacı Qasim hardadır?

Sərdar Mahmud Çaharbaği

Mühasirədə olan Nübl və əl-Zəhra rayonlarına gələn ilk şəxslərdən idi. Mənə dedi:

– Hacı Mahmud, Nüblə gedək?

– Gedək, - deyə cavab verdim.

Hələbin cənubunda maşına minib Nüblə getdik. İllərlə mühasirədə qalmış Nübl və əl-Zəhra sakinləri iranlıların gəldiyini eşidəndə,Hacı Qasimin də gələnlər arasında olduğunu biləndə sevindiklərindən uçmağa qalmışdılar. Bilmirəm bütün əhali bunu birdən-birə necə öyrənmişdi. Gəlib soruşurdular ki, Hacı Qasim hardadır? Onu görmək, onunla şəkilçəkdirmək istəyirdilər. O da evlərdə, küçələrdə kiçik qız və oğlan uşaqlarının başlarını tumarlayır, onlara konfet və şokolad verirdi. Uşaqlar o qədər sevinirdilər ki, sanki bütün dünyanı onlara verirdin.
 



Xalqa xidmət

Sərdar Məhəmmədrza Fəllahzadə

Hələbdə əhalinin şəhərdən çıxarılmasına şəxsən kömək edirdi. Özü maşınla camaatı daşıyırdı ki, digərləri daha çox çalışsınlar. Tez-tez tapşırırdı ki, camaatın qış geyimi, adyalı və rahat yorğan-döşəyi olsun. Su, yemək və dərman təminatı ilə də ciddi maraqlanırdı. Hələbdə, Bukamalda və bütün Suriyada imkanlarının bir qismini əhalinin təhlükəsizliyinə, yerləşdirilməsinə, qidalanmasına və sağlamlığına həsr edirdi. Elə davranırdı ki, elə bil, öz ata-anası, qardaş-bacıları, övladlarıdır.

İŞİD Hələbi mühasirəyə almış, insanları özünə qalxan etmişdi. Şəhər azad ediləndə özü dayanıb insanlara yol göstərirdi. Onda kiçik yükmaşını vardı, qocaları mindirib qaçqın düşərgəsinə aparırdı. İnsanlara ürəyi yanırdı, deyirdi ki, bu Allah bəndələri məzlumdurlar.




Mühasirə

Sərdar Mahmud Çaharbaği

Hələbdə vuruşduğumuz yerdə düşmən arxadan yolumuzu bağlayıb bizi mühasirəyə aldı; artıq nə yemək gəlirdi, nə sursat, nə yanacaq, nə də canlı qüvvə. Bir helikopter çox çətinliklə gecə qaranlıqda bəzi şeylər gətirib gedirdi. Hacı Qasim bu vəziyyətdə mühasirə olunmuş bölgəyə gəlib vəziyyəti idarə etməyə başladı. Əbu Əhmədi Əsəriyaya göndərdi, özü də Xənasir bölgəsindən vuruşmağa başladı. Bu mühasirə bir aydan sonra yarıldı və Hacı Qasim bu müddətdə bölgədən getmədi.





Xalqın xilası

Sərdar Əsğər Səburi

Hacı Qasim, ənazı, on dəfə mühasirəyə düşmüşdü. Əlli mindən çox suriyalı könüllünün vuruşduğu Hələb əməliyyatında 10-12 gün tam mühasirədə qaldı. O, hara gedirdisə, qələbə əldə olunurdu. İnsanlar təhlükədə olanda onun üzündə narahatlıq ifadələri yaranırdı. Fuə və Kəfəriyada iyir mim ininsan İŞİD-in mühasirəsinə düşəndə dəfələrlə ağlamışdı. Onları xilas etməyə çox zaman sərf etdi və nəhayət, razılaşma ilə xilas edildilər. O, insanların öldürülməsinə dözə bilmirdi. Süleymaninin tədbirləri olmasaydı, Suriya, İraq və Yəməndə çoxlu günahsızların qanı axacaqdı. Onun komandirliyi çoxlarının həyatını xilas etdi. Əgər İŞİD Amirliyə çatsaydı, Hələbi və ya başqa bir yeri ələ keçirsəydi, böyük qətliam baş tutacaqdı. İraq və Suriyada azad edilən bölgələrin çoxu Əhli-sünnə ardıcıllarına məxsus idi. Onun üçün şiə və sünninin fərqi yox idi, müsəlmanların canı dəyərli idi. Müqavimət cəbhəsini və məzlumları müdafiə etməkdə müsəlmanlar arasında heç bir fərqin olmadığını inqilab rəhbərindən öyrənmişdi. Düşmənlər də buna görə ona kin bəsləyirdilər.





Xilas uçuşu

Sərdar Əsğər Səburi

2012-ci il, 18 iyulda Suriyanın Dövlət Təhlükəsizlik Şurasında bir bomba partladı. Bu hadisə Dəməşqin işğalı üçün əməliyyat parolu idi. Bununla regionun İsrailə qarşı ən mühüm müqavimət qalası olan Suriya süqut edəcəkdi. Müxalif qüvvələr BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın dəstəyi və humanitar yardım adı ilə ölkənin müxtəlif yerlərinə silah-sursat göndərdilər, Dəməşqin işğalı üçün 250 döyüş pikapı daxil olmaqla böyük qüvvə hazırladılar.

Suriyanın Dövlət Təhlükəsizlik Şurasında baş verən, ən mühüm komandirlərin və təhlükəsizli kməmurlarının öldürüldüyü partlayışdan sonra Dəməşq şəhəri mühasirəyə alındı və bir hissəsi ələ keçirildi. Hacı Qasim onda Tehranda idi. Müctəhidlərin nümayəndələrindən, diplomatlardan, onların ailələrindən və həzrət Zeynəbin ziyarətçilərindən ibarət təxminən 250 iranlı havalimanına toplaşmışdı. Havalimanı da atəş altındaydı. Suriyadakı komandirimiz Hüseyn Həmədani oradaydı, ancaq onunla əlaqəmiz kəsilmişdi.

Qərara gəldik ki, insanları xilas etmək üçün Tehrandan bir təyyarə göndərək. Mənə dedilər ki, İmam Xomeyni hava limanına gedim. Mən çatanda Hacı Qasim oradaydı. Hava limanında xüsusi bir iclas keçirdi. Ağa Qaani də iştirak edirdi. Hacı Qasim özü Airbus təyyarəsi ilə uçmaq istəyirdi. Qərarını vermişdi. Özüylə iyirmi xüsusi qüvvə götürdü və Dəməşqə getdik. Orada nə baş verdiyini, yerə sağlam oturacağımızı, raketlə, yoxsa qumbara atanla vurulacağımızı bilmirdik. Təyyarədə hərəmiz birneçə sətirlik vəsiyyətnamə yazdıq, Dəməşqin xəritəsini açdıq və bölgü başlandı.

Aerodromu tüstü və alov bürümüşdü. Pilot yerə otura bilmirdi. Uşaqların dua və təvəssülləri dayanmırdı. İnanılmaz olsa da, təyyarə yerə oturdu və zalın ən yaxın hissəsində dayandı. Planlaşdırdığımız kimi, 250 nəfəri tələsik mindirdik və təyyarə İrana uçdu. Çiyinlərimizdən ağır yük götürüldü. Hacı Qasimin komandirliyinə əmin halda həmin iyirmi nəfərlə birlikdə Dəməşqə girdik.




Səmimilik

Əhməd Şəlilian

Sriyanın Vətən müdafiəçilərinin həssas bir bölgədə səngərləri vardı. Bir dəfə Hacı Qasim gedib onların yanında oturdu, əyilib əllərindən öpdü. Həmişə döyüşçülərdən birneçə addım öndə gedir, durbin götürüb ətrafı araşdırırdı. Dünyanın heç bir yerində komandan əlinə durbin götürüb kəşfiyyat işi görmür, hamısı əməliyyat otağında oturub xəritə üzündən araşdırır; batalyon və diviziya komandirləri məruzə edir, komandan qərar qəbul edir. Lakin Hacı Qasim döyüş yerində suriyalı döyüşçülərlə oturub söhbət edir, bəzən onlarla xörək yeyirdi. Bir də görürdük ki, Hacı Qasim gəldi; oturub zarafatlaşır, danışır, halımızı soruşur, uşaqları qucaqlayır, sevgi göstərir, işlərini görüb gedirdi.




Etinasızlıq

Fatimiyyun birləşməsinin komandiri

Döyüş yerlərinə baş çəkmək üçün, adətən, helikopterlə gedib-gəlirdik. İraqla Suriya sərhədində yerləşən bölgələrin İŞİD-də nazad olunduğu günlərdə qərara gəldik ki, gedib döyüşçülərə başçəkək, vəziyyətlərini öyrənək. Amerikalılar da elan etmişdilər ki, bu zonanın 55 dərəcə orbit mövqeyinə kimsə yaxınlaşmasın.

Hacı uçuş zamanı dəftərinə qeydlər edirdi, Amerika qırıcıları da bizim helikopterimizi görüb uzaqlaşdırmağa çalışırdılar. Onlar helikopterdə hansı şəxsiyyətin getdiyini bilmirdilər. Mən həyəcanlandım, bir neçə dəfə hacıya dedim: "Qırıcılar bizə yaxınlaşırlar". O isə soyuqqanlılıqla yazmağa davam edir, heçbaşını da qaldırmırdı.




Bukamalda

Seyid Həsən Nəsrullah

Qasim Süleymani Bukamal döyüşünün əvvəlindən ön xətdə şəhadətlə üz-üzə idi. Atası vəfat etdiyinə görə yalnız bir neçə gün döyüşdə iştirak edə bilmədi, sonra yenə Bukamala qayıtdı.




İŞİD-lə müharibə

Höccətül-İslam Abbas Məhəmmədhəsəni

Sərdar Süleymani yalnız 22 günlük Qəzzəvə 33 günlük Livan müharibələrində deyil, hətta 2011-ci ildə Suriyada müharibə başlayandan döyüş yerlərində olmuşdu. Suriya dövləti torpaqlarının təxminən 80 faizini itirdiyi zaman da İŞİD terrorçularına qarşı döyüşün önxəttində əsgər olmuşdu. O, 2012-ci ilin yanvarında Suriya prezidenti ilə görüşəndə İŞİD prezident sarayının 700 metrliyinə çatmışdı. Həmin dönəmdə İŞİD-ə qarşı müharibəyə komandirliyi qəbul etdi. Onun rəhbərliyi sayəsində 2019-cu ildə vəziyyət tam əksinə oldu: Suriya torpaqlarının 80 faizi ordunun və müqavimət qüvvələrinin nəzarətinə keçdi, Hacı Qasim özünə məxsus komandirliyi ilə bu ölkənin əksər torpaqlarını təkfirçi terrorçulardan təmizlədi.



Səbir daşı

Doktor Sədullah Zarei

Suriya və İraq müharibələrinin ağır günlərində yönələn ittihamlara heç vaxt cavab vermirdi. Dostlarına da icazə vermirdi ki, belə məsələlərlə məşğul olsunlar. Qüds qüvvələrinin Komandirlər Şurasının son iclasında bəzi orqanların onu və Qüdsqüvvələrini zəiflətməyə çalışdıqlarına dair məruzəni eşidəndə də tövrünü pozmadı.
- Bu məsələlərə cavab verməyə heç bir ehtiyac yoxdur. Zaman çoxlu məsələləri həll edəcək. Üstəlik,  bizim ixlasımız olsa, Allah işləri düzəldəcək, - qərarlı şəkildə bildirdi, sonra həmin məruzəni edən dostlara dedi: - Heç kimin bu ittihamlara cavab verməyə haqqı yoxdur!




Getməliyəm

Sərdar Məhəmmədrza Nəqdi

Həmin günlərdə çoxları Bəşşarın və Suriyanın fatihəsini oxumuşdular. İŞİD-in prezident sarayını ələ keçirməsinə bir şey qalmamışdı. İranda Hacı Qasimi məzəmmət edən inqilabçılar da az deyildilər. Deyirdilər ki, sən yaxşı adçıxarmış adamsan, oraya gedib adını batırırsan. Qələbəyə ümid nəinki yox idi, hətta məğlubiyyəti qaçılmaz bilirdilər.
Onun Suriyada iştirakına qarşı dünyada hansı bəyanatlar verilmədi! Lakin Qasim Süleymani möhkəm dayanıb dedi: "Mən yalnız onu bilirəm ki, İslam məndən bunu istəyir. Vəzifə budur. Getməliyəm!"




Böyük insan

Doktor Siyamək Moresidq

Mən bir məsihiyəm. Hacı Qasim mənim üçün iranlı müsəlman və şiə deyildi, böyük insan idi. O, Suriyanın məsihi, aşuri və izədilərini İŞİD-dən xilas etmişdi. Baxmırdı ki, sünni, yoxsa şiədir; xristian, yoxsa başqa bir dindəndir. Heç kimin canının, malının, namusunun əcnəbi əlinə düşməsini istəmirdi, regionda təhlükəsizliyin bərqərar olunmasına, dünyada ilahi ədalət sisteminin qurulmasına çalışırdı.




Mehriban
Sərdar Seyid Əkbər Təbatəbai

Həşd əl-şəbinin təkfirçilərə qarşı böyük və inanılmaz qələbəsi Hacı Qasimin İŞİD-in sonuna dair vədinin həyata keçməsini hər an yaxınlaşdırırdı.  Həmin günlərdə İŞİD silahlıları müqavimətin bir neçə bazasına hücum etmişdilər, bir neçə düşərgəyə, o cümlədən Səddəl-Vər bazasına zərər dəymişdi. Hacı Qasim həmin bölgələrə gəldi. O, Suriyaya gələn kimi birləşmə komandirlərinin məruzələrini özlərindən eşitmək üçün Tədmur qərargahında iclas keçirirdi. Şəxsi heyəti Səddəl-Vərdə yerləşmiş Fatimiyyun komandiri iclasda İŞİD-in hücumu zamanı onlara kömək tərzindən şikayətləndi və bunu İŞİD-in uğurunun səbəbi bildi. İclasın davamında digər komandirlər də bəzi məsələlərə  toxundular. Bu isə Hacı Qasimin məni danlamasına səbəb oldu. Elə hirslənmişdi ki, məni danışmağa qoymurdu; hətta dediki, sən daha bu işə yaramırsan!

Döyüş yerindəki şəxsi heyətin vəziyyəti ilə ciddi məşğul olmaq Hacı Qasimin önəmli komandirlik prinsiplərindən idi. Onun üçün fərqi yox idi ki, bu döyüşçü iranlı, əfqanıstanlı,pakistanlı, yoxsa suriyalıdır. Deyirdi ki, niyə bu qüvvələrin problemlərini həll etməmisiniz? Nə qədər izah edirdiksə, qane olmurdu. Axırda dedi ki, səhər çağı helikopterlə gedib təmas xəttini görmək istəyirəm.

Hacı Qasim bunu deyən kimi alnımda soyuq tər yarandı. "Məgər belə gərgin vəziyyətdə Hacı Qasimi aparmaq, helikopterlə mövqeləri göstərmək olar?!" – deyə öz-özümə düşündüm. Əbu Baqirlə görüşüb dedim:

– Sən Allah, bir iş gör, hacını helikopterlə getməyə qoyma.

– Nə edim?! Məgər onun sözünün üstünə söz demək olar?! – deyə cavab verdi.

Hacı Qasim iclasdan sonra qaşqabaqlı halda başqa bir otağa keçdi. O qədər narahat idi ki, şam yeməyini yemədi. Biz də yemədik.

Sübh çağı mən, Əbu Baqir və Hacı Qasim helikopterə mindik. Tədmurdan yola düşüb bir çöllüyün üstündən keçdik. Aşağıda İŞİD-in çadırlarını görürdük. Oranın İŞİD düşərgəsi olduğunu deməyə cürətim çatmadı. Hacı soruşdu: "Bu çadırların altında 23 kalibrli toplarınız da var?”

– Hacı ağa, bağışlayın... bunlar İŞİD çadırlarıdır, – deyə cavab verdim.

Oradan keçib Bədr çadırlarına çatdıq. Dedi ki, gedək Səddəl-Vərə.

Təyinat yerində helikopterdən endik. Hacı gördü ki, hər şey qaydasındadır: qazanlarda yemək bişir, çənlər su ilə doludur,  xəstəxana hazır vəziyyətdədir və s. Oradan maşınla başqa beş düşərgəyə də baş çəkdik. Hər şey qaydasındaydı, bütün birləşmələrin konteyneri və panel səngərləri var. Ondan sonra Heydəriyyun və Fatimiyyun qüvvələrinə də başçəkib helikopterin yanına qayıtdıq. Orada mənə dedi: "Sən bir neçə gün burda Heydəriyyunun yanında qal".

Gedəndə ikimizdə soyuq sağollaşdıq. Hacı helikopterlə qayıtdı. Zənnimcə, İrana getmək istəyirdi, Şəhid Möhsün Höcəcinin dəfnində iştirak edəcəkdi.

Mən orada qaldım və səkkiz-doqquz gün hacını görmədim. Onuncu gün bir qardaş gəlib mənə bir təsbehlə üzük verdi. Dedim ki, bunlar nədir? Dedi: "Hacı Qasim bunları Nəcəfdən sənə göndərib. Deyib ki, bunları seyidə verin, təbərrük üçün İmam Əlinin (ə) zərihinə sürtdüyümüdə söyləyin”.

Hacının bu rəftarı mənə çox təsir etdi; üç-dörd gün yeyib-yata bilmədim. Bildim ki, incikliyi ürəyimdən çıxarmaq istəyir.




Duyğusal əlaqə

Sərdar Seyid Məhəmməd Hicazi

Fatimiyyun və Heydəriyyunun bütün döyüşçüləri ilə mehriban idi, hamısını öz övladı bilirdi. Qardaşların biri danışırdı ki, onun bir əfqanıstanlı döyüşçünün əlini öpdüyünü öz gözlərimlə görmüşəm. Belə böyük bir şəxsiyyətin əyilib bir əfqanıstanlının əlini öpməsi kiçik məsələ deyil. Əfqanıstanlı, iraqlı, livanlı və suriyalı döyüşçülərin çoxu onu tanıyır və sevirdi.




İŞİD-in sonu

Sərdar Seyid Əkbər Təbatəbai


İŞİD döyüşçüləri Məhkan şəhərində həddən-artıq güclü müqavimət göstərirdilər, təslim olmaq fikirləri yox idi. Müqavimətləri o qədər güclü idi ki, döyüşçülərimiz orada bir neçə gün tərpənə bilmədilər. Şəhərə girib imkan və texnikalarını görəndə müqavimətlərinin səbəbini bildik. Texniki imkanlarının yalnız biri iki min ədəd hündür pikapdan ibarət idi. Hamısını qoyub qaçmışdılar.

Biz Bukamala yaxınlaşdıqca müqavimətləri də çoxalırdı. Döyüşü eləplanlaşdırmışdılar ki, heç bir yolla yığışdırmaq olmurdu. Amerikalılar və kürdlər şəhərə bizdən tez girmək istəyir, Hacı Qasimin İŞİD-in məhvinə dair planının baş tutmamasına çalışırdılar. Hacı Qasim daim təkidlə tapşırırdı ki, tutduğunuz hər biryeri təmizləyin; əgər İŞİD ünsürləri yuva qurmuş olsalar, işimiz çətinə düşəcək və sərhəddə yenə təhlükəsizliyi pozacaqlar.

Hacı düşünürdü ki, amerikalılar sərhədin hamı üçün təhlükəli qalmasınıi stəyirlər, lakin biz onların qaydalarıyla oynamamalıyıq. Gərək amerikalıları və terrorçuları elə çıxaraq ki, belə bir imkanları olmasın. O tez-tez deyirdi: "İraq və Suriyadakı müqavimət döyüşçülərinin bir-biri ilə əlaqələrinin  olması üçün Bukamal sərhədində təhlükəsizlik hökm sürməlidir”.

O, fikrini bir misalla əsaslandırıb deyirdi: "Yadınızdan çıxıbmı, bir ay öncə Səxənə və Tənyanda suriyalı uşaqlardan iyirmi yeddisinin başını kəsdilər?! Buna görə də, bölgədə tam təhlükəsizliyin təmin olunması üçün həm İŞİD-in kökünü kəsməli, həm də amerikalıları uzaqlaşdırmalıyıq".

Hacı Qasim 19 noyabr  2017-ci ildə iclas keçirib "Səhra əməliyyatı"nın sona çatdığını və İŞİD-in məhv edildiyini elan etdi.
 



Unudulmaz anlar

Sərdar Seyid Əkbər Təbatəbai

Axşam xəbər verdilər ki, Hacı Qasim bizi səhər yeməyinə dəvət edib.

Sübh erkəndən komandirlərdən birneçəsi ilə birlikdə hacının qaldığı binaya getdim. Biz çatanda süfrə sərilirdi. Səhər yeməyi hazırlanana qədər lövhənin qarşısına keçdi və öncədən bizə dediyi tədbirlərin təxminən hamısını təkrarlayıb yazdı, biz də qeydlər götürdük. Süfrədə işdən danışmaq istəyəndə isə imkan vermir, mənəvi məsələlərə toxunurdu.

Yeməkdən sonra mənəvi mövzunu daha ciddi şəkildə, Bədr əməliyyatından bir xatirə ilə davam etdirdi:

– Bədr əməliyyatı ağırəməliyyat idi. Bu əməliyyatda çoxlu döyüşçülərimiz şəhid oldu. Onların ən görkəmlisi Mehdi Bakiri idi. Biz buna görə çox narahat olduq. Əhməd Kazimi ilə qərara gəldik ki, birlikdə qərargaha gedib Möhsün Rzayiyə etiraz edək, deyək ki, bu işlərinizlə korpusu dağıtmaq istəyirsiniz. Gedib onunla danışdıq. Ağa Möhsün bizi dinləyəndən sonra dəftərinin arasından bir kağız çıxardı,dediki, İmam Xomeyninin müraciətidir.

Hacı Qasim imamın komandir və döyüşçülərə ünvanladığı həmin müraciətinin hamısını əzbərdən bizə söylədi. Müraciətin mətni belə idi:

"Bəzilərinin narahat olduğunu xəbər vermişlər. Demək istəyirəm ki, narahatlığa əsas yoxdur. Əlbəttə, mən sizin üçün və şəhidlər üçün dua edirəm, ancaq hamı bilməlidir ki, biz Allahın iradəsinə tabeyik. Biz məsum imamlardan üstün deyilik. Bəzən onlar da zahiri məğlubiyyətlə üzləşmişlər; həm Peyğəmbər (s), həm Əmirəlmöminin (ə), həm İmam Həsən (ə) və həm İmam Hüseyn (ə). Biz bunların yanında kimik ki! Əsas olan Allahın iradəsidir; O nə istəyirsə, yaxşı və bal kimi şirindir. Onun istədiklərini açıq qucaqla qəbul etməli və heç vaxt narahat olmamalıyıq. Elə indicə çox möhkəm şəkildə növbəti əməliyyatlar barədə düşünün və əmin olun ki, siz qalibsiniz.  Allah üçün görülən işdə məğlubiyyət yoxdur!"

İmamın müjdə verdiyi qələbə bir ildən sonra Vəlfəcr-8 əməliyyatında həyata keçmişdi.

Hacı Qasim sözünün davamında bir qədər lətifəyə keçdi, komandirlərin Əhməd Kazimi və Mürtəza Qurbani ilə zarafatlarından danışdı. Gülməli idi. Həmin gün gözəl məclis keçdi. Hacı birdən üzünü Seyid Cavada tutub dedi: "Eşitmişəm ki, mənim barəm də yuxu görmüsən. Danış görüm, nə görmüsən".

Seyid dedi:

– Yuxuda gördüm ki, Peyğəmbər və övliyaların oturduğu bi ryerdəyəm, ayaq üstə dayanmışam. Əvvəlcə hiss etdim ki, kimsə Quran oxuyur, sonra səsini eşitdim. Həzrət Əlinin (ə) səsi idi. Ayənin məzmunu belə idiki, biz indi zəifik, vəziyyətimiz yaxşı deyil və düşmənə hücum edə bilmirik. Mən hələ də ayaq üstə dayanıb hamını müharibəyə çağırırdım. O səsieşidəndə isə sakit qaldım. Bundan sonra gedib divardakı xəncəri götürdüm, ancaq gördümki, qısa xəncərdir. İmam Əlinin (ə) Quran ayələri arasında belə söylədiyini də eşitdim: "Qasim Süleymani Peyğəmbərin gülüdür; nə deyirsə, qulaq asın!"

- Seyid Cavad, gördün, İmam Əli (ə) də deyib ki, mənim sözümə qulaq asasız! Bəs niyə bəzən sözlərimi dinləmirsiz?! – hacı deyib güldü,sonra soruşdu: - Yuxunun yozumunu kimdənsə soruşmusan?

- Yox, - deyə Seyid Cavad cavab verdi.

Hacı iclasın davamın da təxminən bir saat yarım yalnız dini mövzulardan danışdı. Əməkdaşların maddi və mənəvi vəziyyətini yaxşılaşdırmaq üzərində çox təkidlə dayanırdı; deyirdi ki, Malikə baş çəkin, Müdafiə nazirinin ailəsinə baş çəkin. Uzun müddətdir xəbərimiz olmayan uşaqları bir-bir soruşub dedi ki, onları yaddan çıxarmayın.

Hacı Qasim iclasların əvvəlində bir qədər mənəvi və duyğusal sözlər danışır, sonra söhbətinin əsasını hərbi və təşkilat məsələləri üzərində cəmləşdirirdi. Həmin iclasda isə yalnız irfani və emosional məsələlərdən danışdı. Son iyirmi dəqiqədə yenə planlarını təkrar etdi, İdlibin azadlığı üzərində dayanı bdedi: "Əgər siz İdlib əməliyyatını uğurla həyata keçirsəniz, o bölgələri azad etsəniz, şəhid ailələrini sevindirəcəksiniz. Çünki şəhidlərin çoxunun cəsədi  Xantumanda və Hələbdə qalıb, ailələrinə təhvil verə bilməmişik”.




İradələrin döyüşü

Sərdar Seyid Əkbər Təbatəbai

Müqavimət qüvvələri təyin etdiyimiz istiqamətlərdən irəliləməyə başladılar. Döyüşçülərimiz ildırım sürəti ilə 30 km irəlilədilər. Sonra daha 40 km də gedib 2017-ci ilin 6 mayında günortadan sonra Zaza üçyoluna çatdılar.

Əməliyyat eləsürətlə getdiki, 48 saat sürən ilk iki addımda Həzrət Abbas diviziyamız həssas Zaza bölgəsinə yerləşdi. İraq sərhədinə hələ 50 km qalırdı. Bunu da bilirdik ki, amerikalılar sərhəddən 20 km aralıya yerləşiblər və bizim birləşmələrimizə problemyarada bilərlər. Heydəriyyuna göstəriş verdik ki, Keyd sərhədinə doğru irəliləsin.

Heydəriyyun mayın 18-də sübh çağı yola düşdü, lakin Keydə çatmamış Amerika təyyarələri onları bombardmanla hədələdi. Qırıcılar Heydəriyyun qüvvələrinin toplaşdığı yerin ətrafına bir neçə fosfor raketi atıb xəbərdarlıq etdilər ki, yollarına davam etsələr, vurulacaqlar. Heydəriyyun komandiri buxəbərdarlığı görən kimi yolunu Tənəf sərhədinə doğru dəyişdi, günorta saat 12-də Tənəfin 10 km-nəçatdı. Amerikalılar bundan narahat oldular. Biz qərargahdan hadisələri izləyirdik. Bu zaman rus koordinator bizə amerikalı komandirin müraciətini oxudu: "Bizim qüvvələrimiz Tənəfə yerləşmişlər. Bu şəhərin 50 km-lik orbiti qadağan olunmuş zonadır, həmin ərazidə hər bir hərəkətə qarşı tədbir görüləcək. Siz əraziyə daxil olmusunuz. Cəld oranı tərk edin. Əks təqdirdə, qırıcılarımızın hədəfi olacaqsınız".

Buna baxmayaraq, Heydəriyyun komandirinə dedimki, amerikalıların xəbərdarlığına fikir verməsin, şəxsi heyəti Keyd üçyoluna qədər aparsın. Bu qarşıdurma zamanı Amerika qırıcıları bizim bir buldozerimizi vurub yandırdılar. Həmin buldozer bizə torpaq istehkam düzəldirdi. Alovu söndürməyə getmiş ekskavatoru, sonra da TIR üstündəki bir tankımızı vurub yandırdılar. Həmin həssas anda Hacı Qasim son qərarını verib dedi: "Amerikalıların xəbərdarlığına məhəl qoymadan irəliləyin!"

Rusların koordinator zabiti bizə amerikalıların başqa birmesajını oxudu: "Amerikalıların nəzarətində olan bölgəyə yaxınlaşmayın, əks təqdirdə, qırıcılarımızın hücumuna məruz qalacaqsınız!"

Bu zaman əməliyyat komandirimiz rus nümayəndə ilə amerikalılara qısa və gözlənilməz bir mesaj göndərdi: "Əgər amerikalılar bu şəkildə davam etsələr, Tənəfi bombardman edəcəyik!"

Bu mesaj çatdırılanda amerikalı hərbçilər qadağan olunmuş ərazidən kənarda ABŞ bayrağı ucaldıb istehkam qururdular. Onlara bu məqsədlə növbəti xəbərdarlıq da edildi: "Səmadakı bombalı PUA atəşə hazır vəziyyətdədir!"

Qərargahdan dərhal atəş əmri verildi və amerikalıların mövqeyinin ortasına bir raketen dirildi. Həmin raket partlamasa da, amerikalıların düşərgəsinə vahimə salmağa və münaqişənin sonlandırılmasına kifayət etdi. Onlar Tənəfdəki 55 dərəcə orbit mövqelərinə qayıtdılar.




Həma strategiyası

Sərdar Seyid Əkbər Təbatəbai

2017-ci ilin novruz bayramında Hələb şəhərindəi dim. Silahlılar Həma vilayətinə hücum etdilər. Onların məqsədi vilayətin mərkəzi olan Həma şəhərini ələkeçirmə kidi. Hacı Qasim baharın dördüncü günündə Suriyaya gəlib dərhal iclas əmri verdi. Komandirlərin bir qrupu ilə birlikdə toplaşdıq.
Əvvəlcə özümüzün və düşmən qüvvələrinin vəziyyəti araşdırıldı və Həmaya hücum təkfirçi qruplaşmaların növbəti hərəkətlərinin həyəcan siqnalı kimi qəbul olundu.

Həqiqət bu idi ki, o zaman Suriyanın Dəməşq, Həma, Hums və Hələb kimi mühüm şəhərləri dövlətin əlində olsa da, ümumilikdə, ölkənin 80 faizi Əsədə müxalif qüvvələrin nəzarətindəydi. Üstəlik,  son hücumda Həma şəhəri və onun ətrafıda işğalla təhdid olunurdu. Əgər bu, baş tutsaydı, Hums və Hələb şəhərləri də mühasirə təhlükəsində qalacaqdı.

Hacı Qasim həmin iclasda müqavimət qüvvələrinin gələcək əməliyyat və müdafiə strategiyasını bəyan etdi. Həmin strategiyaların biri Həmanın işğalının qarşısını almaq idi. Hacı dedi: "Birləşmələr bütün imkanlarıyla Həmaya gedib təkfirçiləri geri qovmalıdırlar!"

Hacı Qasim daha çox buna görə narahat idi ki, silahlılar Həmanı tutsaydılar, Humsa birləşər, o tərəfdən Hələb magistralını bağlayıb Tədmuru təhlükəyə salardılar və Suriyanın parçalanması qətiləşərdi. Odur ki,  həmin iclasda bəyan olunan ilk strategiya torpaqları hərtərəfli müdafiə etmək və təkfirçi qüvvələri Həmanın işğal olunmuş bölgələrindənçıxarmaq idi. İclasdan sonra hamımız Hacı Qasimin birinci strategiyasını həyata keçirməyə səfərbər olunduq. Bu məqsədlə Fatimiyyun, Heydəriyyun, Zeynəbiyyun, Vətən müdafiəçiləri, Suriya ordusu, hətta ruslarla birgə var-gücümüzlə Həmaya doğru yola düşdük.




Peşəkar müşahidəçi

Güləli Babayi

Bir gün Hacı Qasim döyüş bölgəsinə gəldi. Orada bir sement zavodu, zavodun həyətində 250 pilləli boş suçəni vardı, təkfirçi qruplaşmaların mövqelərini müşahidə etmək üçün qüllə kimi istifadə edirdik. Hacı Qasim həmin gün 250 pilləni qalxıb işğal altında olan bölgələri hündürdən diqqətlə izlədi, oradaca əmr etdi ki, həmin ərazilər tezliklə azad edilməlidir,əks təqdirdə, bütün nailiyyətlər hədər gedəcək. O, sözünün davamında dedi: "Mən belə qəbul etmirəm. Əbu Baqirin müalicə dövrü bitib, gəlib əl-Eys şəhərinə yerləşib. Elə etməlisiniz ki, ən azı, yol açılsın. Şəhərin azadlığının şərti yolun tam açılmasıdır".



Qayğıkeş

Sərdar Seyid Əkbər Təbatəbai

Şəhərin tam azadlığından ötrü əməliyyat planı hazırlayırdıq. Hacı Qasim bölgəyə baxış keçirəndən sonra israr etdi ki, bu əməliyyat çox tez bir zamanda başlamalıdır. Xüsusən də əməliyyat planını hazırlayanların bir qismi ilə birlikdə gedib bölgəni öyrənəndən sonra bu qərara gəldi. O, bir çox səbəblərdən israr edir və düşünürdü ki, bu şəhər strateji əhəmiyyətə malikdir, iqtisadi baxımdan Suriyanın ticarət mərkəzidir, həssas hərbi əhəmiyyət daşıyır, əgər işğal olunsa, Suriya bölünəcək. Üstəlik, təkfirçilər Hələb şəhərini keçid hökumətlərinin paytaxtı elan etmiş, əsas mərkəzlərini bu şəhərə yerləşdirmişdilər.

Hacı Qasimin planına görə, Kastlo avtobanını ələ keçirsəydik, terrorçuların quru yolunu bağlayar,Hələbin şərqində mühüm iqtisadi mərkəzlərə gedə, düşmənlərin şəhəri ələ keçirmək üçün həyata keçirdikləri ardıcıl hücumlara son qoya bilərdik.

Hələbin şimal-şərqində "Gənclər evi" adlı yaşayış məntəqəsi vardı. Əməliyyatın üçüncü və ya dördüncü günü Hacı Qasim oraya gəldi. Halbuki ora düşmən snayperlərinin hədəfində idi, get-gəl edən hər kəsi vururdular. Hətta gələrkən Hacı Qasimin yanındakılardan birinin ayağının yanından bir neçə güllə keçmişdi.

Hacıya yalvardıq ki, oradan uzaqlaşsın. O, dedi: "Gərək yaranmış vəziyyətdən maksimum yararlana, onları bacardığınız qədər təqib edib şəhərdən çıxarasınız. Lakin onlara mütləq qaçış yolu qoyun, yalnız ölüm və ya əsirlik seçimində qalmasınlar. Onları dünyanın müxtəlif yerlərindən aldadıb buraya gətiriblər, qaçmaq istəsələr, mane olmayın”. O, bütün əməliyyatlarda təkid edirdi ki, aldanmışların qaçması üçün yol qoyun.




Gənc komandirlər

Sərdar Seyid Əkbər Təbatəbai

Döyüş mövqeyinin komandiri Müslim adlı gənc bir pasdar idi. Mənəviyyatlı,  cəsarətli və ləyaqətli komandir idi. Hacı Qasimin İraq və Suriya cəbhəsində gördüyü yaxşı işlərdən biri də belə istedadlı gəncləri istiqamət, batalyon və briqadalara komandir təyin etməsi idi. O, belə gəncləri çox sevirdi, onların qeydinə qalırdı. Onlardan birinin şəhid olduğunu eşidəndə bir neçə gün narahat olur, gedib şəhidin ailəsi ilə görüşəndən sonra bir qədər sakitləşirdi.




İtibaxış

Məhəmmədmehdi Əbülhəsəni

Onu Bukamal kimi əməliyyatlarda görmək lazım idi. O, Amerikanı məğlub etdi, bu da onun nifrət və ədavətinə səbəb oldu. Həmçinin Bağdad, Dəməşq və Ərbil kimi paytaxtların azadlığında mühüm rol oynamış, onları İŞİD-dən xilas etmişdi.
Kadr seçimində məqsəd, səbir və iradə üzərində təkid göstərirdi. Bu üç amili işlərdə müvəffəqiyyət səbəbi bilir və nəzərə alırdı. O, iti və dərin baxışlı adam idi. Onun bariz strateji xüsusiyyətlərindən biri vaxtında qərar qəbul edib düşmənin planlarını pozmasıydı. Mən ondan yalnız ləyaqət və qəhrəmanlıq görmüşəm. Qayğıkeş insan idi, öz ölkəsini yaxşı müdafiə etdi və canını da bu yolda qurban verdi.




Müqavimət cəbhəsi

Möhsün Pakayin


O, diplomat və siyasətçi olmasından əlavə, həm də mütəfəkkir idi, düşünürdü ki, ölkənin təhlükəsizliyinin təmin olunması üçün bütün regionda təhlükəsizlik bərqərar olmalıdır. O, Suriya hakimiyyətini müdafiə etdi və bu gün milli hakimiyyət möhkəmlənmişdir.

Qasim Süleymani düşünürdü ki, bu regional təhlükəyə qarşı mübarizə aparmaq lazımdır. Bu məqsədlə Suriya və İraqın ərazi bütövlüyünü siyasi və diplomatik sahələrdə müdafiə etdi, bütün region ölkələrinin vahid müqavimət cəbhəsini yaratmağa çalışdı və buna nail oldu.

Bu gün İŞİD diz çökmüşsə, ondan yalnız təkfirçi düşüncə qalmışsa – tezlikcə o da məhv olacaq – Qasim Süleymaninin iradə və siyasətinin nəticəsidir.





Generalın düyməsi

Höccətül-İslam Əli Səidi Şahrudi

Mina hadisəsində şəhid olmuş ağa Rüknabadi bir dəfə mənə bir xatirə danışdı. O deyirdi:

"Hacı Qasimin gördüyü işlərdən biri Suriyanın yüksək vəzifəli komandanlarını hərəkətə gətirməsidir. Onları müxtəlif yollarla tərpədirdi. Bir gün Suriya ordusunun yüksək rütbəli zabitlərinin bir qismini toplayıb dedi: "Siz nə üçün Humsa, Hələbə, Həmaya getmirsiniz?" Dedilər ki, orada düşmən çoxdur, ora getmək təhlükəlidir.

Hacı Qasim görkəmini dəyişərək oraya gedib-gəldi, yenə həmin adamları toplayıb dedi: "Sayları çox deyil, onlara qalib gəlmək olar". Bundan sonra da işin üsullarını bəyan etdi. Bir suriyalı general-leytenant Hacı Qasimə dedi: "Sizin paltarınızın düyməsi mənim general-leytenant poqonumdakı ulduzlardan üstündür. Siz dünyanın o başından gəlib fədakarlıq edirsiniz, bizsə öz ölkəmizdə bacarmırıq".




Əncir

Doktor Hüseyn Əmir Abdullahian

Suriya müharibəsinin qızğın çağında Dəməşqə gedib Prezident Bəşşar Əsədlə görüşdüm. Görüşdən sonra səfirlikdəki dostlar dedilər ki, Sərdar Süleymani Dəməşqdədir və sizi görmək istəyir. Onu terrorizmə qarşı döyüş meydanında, özü də Dəməşqdə görmək xoş idi. Bu görüş Dəməşqin gərgin təhlükəsizlik durumunda baş tutdu. Getdiyimiz yolda ondan çox İŞİD qüvvələri ilə rastlaşma ehtimalı vardı.

Biz uçulub-dağılmış bir bölgəyə daxil olduq. Maşından enəndə Hüseyn Purcəfəri həmişəki təbəssüm və tələskənliklə mənə yaxınlaşdı. Səmimi şəkildə hal-əhval tutandan sonra dedi: "Qaç... qaç... hacı gözləyir..."

Sərdar Süleymani bir neçə Hizbullah komandiri və suriyalı generalla birlikdə bir binada Dəməşqin ətrafındakı bölgələri təkfirçi terrorçulardan azad etmək planını müzakirə edirdi. Önündəki stolun üstündə bir qab meyvə vardı. Gördümki, qabda əncir də var. Onunla danışdığım yerdə əncirlərin dörd-beşini birdən yedim.

Hacı Qasim söhbət əsnasında ağa Purcəfərini çağırdı.

- Yenə əncirimiz var?

- İndi baxaram, - Purcəfəri dedi və bir neçə dəqiqədən sonra bir qab əncirlə gəldi.

Əvvəlki meyvə qabına baxıb gördüm ki, cəmi iki əncir qalıb. Fikir vermədən hamısını yemişdim. Sərdar Süleymaniyə dedim: "Deyəsən, hamısını yedim, sizə heçnə qalmadı!"

Gülümsəyib dedi: "Yox, mən əncir yemirəm. Gördüm ki, sən xoşlayırsan, dedim, gətirsinlər. Ye. Nuş olsun!" Və israr etdiki, yenə yeyim.

Görüşdən sonra məni hava limanına apardılar. Tehrana gedən təyyarədə baş stüardessa mənə yaxınlaşıb dedi: "Süleymani adlı bir nəfər sizə böyük bir qutuda əncir göndərib. Ənciri uçuş kabininə gətiriblər".

Onun belə səxavətli rəftarından təəccübləndim. Əlbəttə, bu rəftarı yeni bir şey deyildi. O,  təhlükə və həyəcanın zirvə nöqtəsində belə xırdalıqlara fikir verə bilirdi.
 



Kəşfiyyat

Sərdar Əli Əsədi

Bir əməliyyatdan ötrü Hacı Qasim tərəfindən Suriyaya çağırıldım. Onunla müharibə vaxtından münasibətimiz vardı. Buna görə dəvətini qəbul etdim. Göydə olarkən təyyarənin pəncərəsindən uzaqlara baxıb öz-özümə düşünürdüm: "Görəsən, ölkəmin torpağına yenə qayıdacağammı?!"

Axşam saat 9-da təyyarədən enib maşına mindim. Bir qədər sonra mühafizə olunan bir binaya çatdım. Bildim ki, hacı oradadır. Maşından enib içəri girdim. Məni görən kimi stuldan qalxıb qarşıladı.  Onu qucaqladım. Bir neçə saniyədən sonra dedi: "Həşdəl-şəbi komandirlərinin bir neçəsi ilə iclasımız var.  Siz də mütləq iştirak edin".

İclasa girib komandirlərin yanında oturdum. Hacı Hələbin bir hissəsini azad etmək üçün əməliyyat planını izah etdi. İclasın sonunda xəritələrə baxıb dedi: "Bu xəritələr tam deyil. Gərək özüm kəşfiyyata gedim".

Ratsiyasını götürüb binadan çıxdı. Mən mat-məəttəl ətrafıma baxa-baxa öz-özümə dedim: "Gedim,  hacını bu fikrindən daşındırım".

Binadan çıxanda gördüm ki, bir neçə nəfər çöllüyə tərəf gedir. Ətraf mühitin qaranlığı, dəhşətli artilleriya və atəş səsləri adamın canını lərzəyə salırdı. Onlara doğru qaçıb ucadan çağırdım. Dayandılar. Biri mənə yaxınlaşdı. Ay işığında gördümki, Hacı Qasimdir. Tövşüyə-tövşüyə dedim: "Hacı, nə edirsiz?! Hamımızın ümidi sizədir. Başınıza bir iş gəlsə,müqavimətin taleyi necə olar?!"

Əlini çiynimə qoydu, sevgi dolu nəzərlə baxıb dedi: "Əgər mən kəşfiyyata getməsəm, döyüşdə itkilərimiz ikiqat çox ola bilər. Uşaqların qanının hədər getməsini istəmirəm. Əgər mən və mənim kimilər kəşfiyyata getsək, daha asanlıqla qələbə əldə olunar".

Bildimki, qərarlıdır. Yalnızbunudedimki, özünüzdənmuğayatolun. Sonrasağollaşıbbinayaqayıtdım.



Şəfqət və Qüdrət

Sərdar Həsən Danayifər

2020-ci ilin martında Dəməşqdə Suriyanın Müdafiə naziri ilə görüşümüz vardı. O dedi: "Mən hərbçi kimi fikirləşirəm ki, bir insan da şəfqət və hərbi qüdrət necə cəm ola bilər? Dünyada şəfqəti və mehribanlığı olan heç bir hərbçi yoxdur. Lakin Hacı Qasim işğal ərəfəsində olan hansı cəbhəyə gedirdisə, komandirlərimiz ruhlanır, dəyişir, tükənməz bir hərbi gücün köməyə gəldiyini hiss edirdilər. Xüsusi əzəməti, möhkəmliyi vardı. Mən onun əsgərlərlə yerdə oturub xörək yediyini bir neçə dəfə görmüşəm. Mən bir əsgərlə xörək yeyə bilməzdim. Əsgərinin yetim olduğunu biləndə öpür, hörmət edirdi. Bu  xarakterin, bu üsulun nə olduğunu hələ də başa düşə bilmirəm. Əgər məqamım yüksəlsəydi və dünyanın Allahın hüzurunda olduğunu bilsəydim, hər şey həll olardı".



İnsanlıq məzhəbi

Höccətül-İslam Seyid Abdullah Nizam

Hacı Qasim və yoldaşları məsihi şəhəri olan Məlulanı azad etdilər, amma şəhərdə heç bir din və məzhəb dəyişikliyi olmadı. Hacı Qasim Qələmunu azad etdi. Qələmun əhalisi dəyişdi? Başqa məzhəbin, başqa firqənin ardıcılı oldular? Yox; olduqları kimi qaldılar. Hacı Qasim bu ölkənin firqə və məzhəbləri arasında ayrı seçkilik etmirdi, deyirdiki, bizinsanlıqüçün, insanları xilas etməkdən ötrü vuruşuruq.



Kreml sarayında namaz

İbrahim Şəhriyari

Namaz vaxtı idi. Maşını kənara çəkib saxladıq. Dedimki, hacı, Allah qəbul eləsin!

- Allah qəbul eləsin, - dedi və mənə baxıb əlavə etdi: - İbrahim, bir dəfə elə namaz qılmışam ki, onun mənəvi ləzzətini cəbhələrdə də dadmışam.

– Sizin bütün namazlarınız məqbuldur, – cavab verdim.

Hacı Qasimin namaz qılması fərqli idi.

Bir dəfə Putinlə görüşü vardı, Kremlə getmişdi. Rusiya prezidenti gələnə qədər azan vaxtı oldu. Hacı ayağa qalxıb azan və iqaməsini dedi. Səsi zalı bürümüşdü. Sonra namaza başladı. Hamı ona baxırdı. Deyirdi ki, ömrü boyu namazdan belə həzz almayıb. Namazdan sonra alnını möhürə qoyub dedi: "İlahi! Sənin böyüklüyün budur: Bir gün Kreml sarayında bütün dünyada İslamı məhv etmək planı cızırdılar, indi isə mən Qasim Süleymani burda namaz qılıram!"



Razılaşma

Şüeyb Bəhmən

Onun Rusiyaya səfəri və Vladimir Putinlə razılaşması region və dünya miqyasında dönüş nöqtəsi oldu,  terrorizmə qarşı 4+1 sazişi ilə özünü göstərdi. Rusiyanın 30 sentyabr 2015-ci ildə Suriya müharibəsinə qoşulması Orta Şərq, xüsusən də Suriya hadisələrinə böyük təsir buraxdı. Habelə Sərdar Süleymani ilə Putin arasında baş tutmuş razılaşma İran və Rusiyanın iki tərəfli münasibətlərinə təsir etdi, iki ölkə arasında hərbi, təhlükəsizlik və informasiya əməkdaşlıqlarının artmasına səbəb oldu.




Şam

Əhməd Şəlilian

Bir məsələ barədə dostlarla aramızda fikir ayrılığı yarandı. Sərdar Süleymaninin tövsiyəsinə ehtiyacımız oldu. Bu fürsətdən istifadə edib onun olduğu yerə qayıtdıq. Olduğu yerlərdə həmişə adam çox olurdu, amma həmin günlərdə sakitlik idi. Döyüşçülərin bir neçəsi oradaydı. Purcəfəriyə dedim: "Hacını görmək istəyirəm". Dedi ki, yanında heç kim yoxdur, keç içəri.

İçəri girib hacını gördüm. Otaqda tək idi, Quran oxuyurdu. Salamlaşandan sonra məsələni ona söylədim. Bir qədər dayanıb dedi: "Siz gedin. Deyəcəyəm ki, sizin dediyiniz icra olunsun".

Bu əsnada ağa Purcəfəri şam yeməyini hazırlamışdı. Yaxşı xörək idi. Soruşdu ki, kimin üçündür? Dedilər ki, sizin üçün. Məndən soruşdu ki, sizin şamınız nədir? Dedim ki, aşpazımız badımcanla kartof bişirib. Gülüb dedi ki, onu gətirsinlər. Mən icazə istəyib qalxanda əlimi hacının dizinin üstünə qoydum ki, ayağa qalxmasın. Əlimi tutub dedi: "Qal, birlikdə yeyək".

Tapşırdı ki, ona gətirilən birinci xörəyi qapıdakı keşikçiyə versinlər. Suriyanın Vətən müdafiəçilərindən, Əhli-sünnə ardıcıllarından idi.



Bizə isə badımcanla kartof gətirdilər, üç nəfərə yedik.

Rusiyalı zabit

Rusiya təyyarəsi süqut edəndən sonra rus helikopterləri dərhal pilotu xilas etməyə çalışdılar, lakin suriyalı müxaliflərin və Türkiyəyə bağlı türkmənlərin raketlərdən və digər müasir silahlardan güclü atəşi ilə üzləşdilər. Təkfirçi-vəhhabi hərbi birləşmələrin bir neçəsi pilotu əsir tutub Rusiyaya qarşı dividend qazanmaq üçün həmin yerə göndərmişdilər.

Sərdar Süleymani ruslarla əlaqə yaradıb xəbər verdi ki, rus pilotu xilas etmək üçün xüsusi komanda hazırlayıb. Onlara təklif etdi ki, bu komanda qurudan əməliyyata başlasın, Rusiya qüvvələri də havadan dəstək versinlər və peyk informasiyaları ilə təmin etsinlər. O, söz vermişdi ki, bu zaman rus pilotu sağ-salamat qaytaracaq.

Peyk aparatları tərəfindən müəyyən edildi ki, rus pilot Suriya ordusu ilə müxaliflərin vuruşduğu mövqedən təxminən 6 km arxadadır. Hizbullahın xüsusi əməliyyat birləşməsindən altı döyüşçü və onsəkkiz suriyalı xüsusi təyinatlı əməliyyatın icrası üçün önxəttə yaxınlaşdılar. Eyni zamanda Rusiya hərbi aviasiyası ərazinin ətrafında atəş cəhənnəmi yaradıb bütün istehkamları yerlə-yeksan etdilər. Belə ki, orada yerləşmiş düşmən qüvvələrinin çoxu qaçmağa üstünlük verdi və xüsusi komandanın girişinə imkan yarandı.

Komanda əraziyə daxil olub orada qalmış düşmən qüvvələrini məhv edəndən sonra müasir imkanlarla pilotu xilas etdi.


Ardı Var...



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!