Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

16 oktyabr 2021

15:01:48
1189125

Geydərin Hiyləgərlikləri Silsiləsindən

1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri (Hissə 2)

İsrarla edilən birmənalı təklif bundan ibarətdir ki, biz onların xeyrinə müharibəyə qatılaq. Açıq deyirlər ki, biz bütün Azərbaycanı ixtiyarınıza verməyə və Azərbaycanda İslam Respublikası yaradılmasına hazırıq və İranın yardımı olmadan müdafiə edə bilmirik və ermənilərin Bakıya qədər irəliləməsi mümkündür...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Müharibə gedərkən Bakıda İran və Azərbaycan Respublikası prezidentləri arasındakı görüşdən çox önəmli detallar

1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərmiş məşhur siyasətçi mərhum Əli Əkbər Haşimi Rəfsəncani 1993-cü il oktyabr ayının 26-da Azərbaycan Respublikasına rəsmi səfər edib. Ayətullah Haşimi Rəfsəncaninin gündəlik xatirələrinin bu səfər günlərinə təsadüf edən hissəsində maraqlı məlumatlar öz əksini tapır. Mərhum Haşimi Rəfsəncanının bu səfərdə Azərbaycan Respublikasının keçmiş prezidenti Mərhum Heydər Əiyev ilə hər yerdə birlikdə olduğunu eləcə də həmin illərin Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın çətin dövrü olduğunu nəzərə alaraq bu məlumatlar İran-Azərbaycan əlaqələrinin hansı təməllər üzərində və necə qurulduğu barədə ciddi təsəvvür yaradır.

İkinci Hissə: 27 oktyabr 1993

 

...Qapalı müzakirələr üçün prezident qərargahına getdik. Təmtəraqlı binadır. Doktor Vilayəti və cənab Həsənov da iştirak edirdilər. Tərcüməçi səfirimiz idi. Telefon zəng çaldı və danışdı, məlum oldu ki, müharibə ilə əlaqədardır; cənab Əliyev dedi ki, Zəngilan tərəflərində Araz ermənilərin ağır atəşi altındadır və əhali İrana qaçaraq Araz çayını keçir və boğulanlar olur. Çarəsizcəsinə yardım istədi. Bu qapalı müzakirələrin əsas mövzusuna başlanğıc və atmosfer yaratmaq niyyəti daşıya bilərdi, amma həqiqətdən uzaq da deyildi.

Xəritə gətirdilər və izah elədilər. Bəlli oldu ki, Zəngilan süqut edərsə, Ermənistan sərhəddindən Parsabadadək ermənilər Arazın şimalında bizim sərhədlərə yapışacaqlar.

İsrarla edilən birmənalı təklif bundan ibarətdir ki, biz onların xeyrinə müharibəyə qatılaq. Açıq deyirlər ki, biz bütün Azərbaycanı ixtiyarınıza verməyə və Azərbaycanda İslam Respublikası yaradılmasına hazırıq və İranın yardımı olmadan müdafiə edə bilmirik və ermənilərin Bakıya qədər irəliləməsi mümkündür...

Bu xatirənin davamı növbəti hissədə...

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!