Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi SAHAR TV-ə istinadla
cümə

15 oktyabr 2021

20:27:54
1188954

Geydərin Hiyləgərlikləri Silsiləsindən

1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri (Hissə 1)

(Heydər Əliyev) Şam yeməyindən sonra dedi ki, Tehrandan alınan silahların göndərilməsi tezləşdirilsin eləcə də fərarilərin qaçarkan İrana keçirdikləri silahlar da Azərbaycana qaytarılsın; tapşırıq verdim dərhal yerinə yetirilsin...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Müharibə gedərkən Bakıda İran və Azərbaycan Respublikası prezidentləri arasındakı görüşdən çox önəmli detallar

1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərmiş məşhur siyasətçi mərhum Əli Əkbər Haşimi Rəfsəncani 1993-cü il oktyabr ayının 26-da Azərbaycan Respublikasına rəsmi səfər edib. Ayətullah Haşimi Rəfsəncaninin gündəlik xatirələrinin bu səfər günlərinə təsadüf edən hissəsində maraqlı məlumatlar öz əksini tapır. Mərhum Haşimi Rəfsəncanının bu səfərdə Azərbaycan Respublikasının keçmiş prezidenti Mərhum Heydər Əiyev ilə hər yerdə birlikdə olduğunu eləcə də həmin illərin Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın çətin dövrü olduğunu nəzərə alaraq bu məlumatlar İran-Azərbaycan əlaqələrinin hansı təməllər üzərində və necə qurulduğu barədə ciddi təsəvvür yaradır.

Birinci Hissə: 26 oktyabr 1993

 

...Cənab Heydər Əliyev tərəfindən mehmanxanada xüsusi şam ziyafəti verildi. Mehdi və Yasir(Haşimi Rəfsəncanının oğulları) Doktor Vilayəti, oğlu(İlham Əliyev) və cənab Həsənov da (baş nazir) İştirak edirdi. Daha çox Rusiya, respublikalar və Azərbaycanın vəziyyəti barədə danışdıq. (Heydər Əliyev) Şam yeməyindən sonra dedi ki, Tehrandan alınan silahların göndərilməsi tezləşdirilsin eləcə də fərarilərin qaçarkan İrana keçirdikləri silahlar da Azərbaycana qaytarılsın; tapşırıq verdim dərhal yerinə yetirilsin...

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!